İKİTƏRƏFLİ MÜNASİBƏTLƏR
  1. 1.Qısa tarixi məlumat:

Bolqarıstan Respublikası ölkəmizin müstəqilliyini 14 yanvar 1992-ci il tarixində tanımış və iki ölkə arasında diplomatik münasibətlər 05 iyun 1992-ci ildə qurulmuşdur.Bolqarıstan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi 1999-cu il dekabr ayında fəaliyyətə başlamışdır. 16 aprel 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İ.Əliyev Bolqarıstanda Azərbaycan Səfirliyinin təsis edilməsi haqqında sərəncam imzalamışdır. Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı fövqəladə və səlahiyyətli Səfiri xanım Nərgiz Qurbanova, Bolqarıstan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli Səfiri xanım Maya Xristovadır.

  1. 2.Müqavilə-hüquq bazası:

Azərbaycan   Respublikası  və Bolqarıstan  Respublikası  arasında  74  sənəd imzalanmışdır.

          İmzalanmış sənədlər

  1. 1992-ci il 5 iyun – Oslo şəhərində imzalanmışdır – Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında diplomatik münasibətlərin qurulmasına dair Protokol
     
  2. 1995-ci il 29 iyun – Sofiya şəhərində imzalanmışdır – Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Saziş
     
  3. 1995-ci il 29 iyun – Sofiya şəhərində imzalanmışdır – Azərbaycan Respubikasının Hökuməti ilə Bolqarıstan Respubikasının Hökuməti arasında öz sərhədləri arasında və sərhədlərindən kənarda hava nəqliyyatı haqqında Saziş
     
  4. 1995-ci il 29 iyun – Sofiya şəhərində imzalanmışdır – Azərbaycan Respubikasının Hökuməti ilə Bolqarıstan Respubikasının Hökuməti arasında sərnişinlər və mallar üçün beynəlxalq yol nəqliyyatı haqqında Saziş
     
  5. 1995-ci il 29 iyun – Sofiya şəhərində imzalanmışdır – Azərbaycan Respubikası ilə Bolqarıstan Respubikası arasında mülki məsələlər üzrə hüquqi yardım haqqında Saziş
     
  6. 1995-ci il 29 iyun – Sofiya şəhərində imzalanmışdır – Azərbaycan Respubikası ilə Bolqarıstan Respubikası arasında cinayət məsələləri üzrə hüquqi yardım haqqında Saziş
     
  7. 1995-ci il 29 iyun – Sofiya şəhərində imzalanmışdır – Azərbaycan Respubikası ilə Bolqarıstan Respubikası arasında ekstradisiya haqqında Saziş
     
  8. 1997-ci il 9 noyabr – Bakı şəhərində imzalanmışdır – Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Bolqarıstan Respublikasının Xarici İşlər Nazirliyi arasında Əməkdaşlıq haqqında Protokol
     
  9. 1999-cu il 2 dekabr – Bakı şəhərində imzalanmışdır – Azərbaycan Respublikasının Prezidenti və Bolqarıstan Respublikasının Prezidenti Birgə Bəyannamasi
     
  10. 1999-cu il 2 dekabr – Bakı şəhərində imzalanmışdır – Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Bolqarıstan Respublikasının Milli Statistika İnstitutu arasında Əməkdaşlıq haqqında Saziş
     
  11. 1999-cu il 2 dekabr – Bakı şəhərində imzalanmışdır – Azərbaycan Respublikasının Hökuməti ilə Bolqarıstan Respublikasının Hökuməti arasında gömrük məsələlərində qarşılıqlı əməkdaşlıq haqqında Saziş
     
  12. 1999-cu il 2 dekabr – Bakı şəhərində imzalanmışdır – Azərbaycan Respublikasının Hökuməti ilə Bolqarıstan Respublikasının Hökuməti arasında turizm sahəsində əməkdaşlıq üzrə Saziş
     
  13. 2001-ci il 31 oktyabr – Şumen şəhərində imzalanmışdır – Bakı Slavyan Universiteti ilə Konstantin Preslavski adına Şumen Universiteti arasında əməkdaşlıq haqqında Saziş
     
  14. 2002-ci il 25 sentyabr – Sofiya şəhərində imzalanmışdır – Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Bolqarıstan Respublikasının Müdafiə Nazirliyi arasında hərbi sahədə əməkdaşlıq üzrə Saziş
     
  15. 2002-ci il 10 oktyabr – Sofiya şəhərində imzalanmışdır – Bakı Slavyan Universiteti ilə Müqəddəs K.Oxridski adına Sofiya Universiteti arasında əməkdaşlıq haqqında Saziş
     
  16. 2004-cü il 7 oktyabr – Bakı şəhərində imzalanmışdır – Azərbaycan Respublikasının Prezidenti İ. Əliyev və Bolqarıstan Respublikasının Prezidenti G. Pırvanovun Birgə Kommunikesi
     
  17. 2004-cü il 7 oktyabr – Bakı şəhərində imzalanmışdır – Azərbaycan Respublikasının Hökuməti ilə Bolqarıstan Respublikasının Hökuməti arasında ictimai səhiyyə və tibb sahəsində Əməkdaşlıq haqqında Saziş
     
  18. 2004-cü il 7 oktyabr – Bakı şəhərində imzalanmışdır – Azərbaycan Respublikasının Hökuməti ilə Bolqarıstan Respublikasının Hökuməti arasında ticarət gəmiçiliyi sahəsində Əməkdaşlıq haqqında Saziş
     
  19. 2004-cü il 7 oktyabr – Bakı şəhərində imzalanmışdır – Azərbaycan Respublikasının Hökuməti ilə Bolqarıstan Respublikasının Hökuməti arasında malların beynəlxalq kombinə edilmiş nəqliyyatı sahəsində Əməkdaşlıq haqqında Saziş
     
  20. 2004-cü il 7 oktyabr – Bakı şəhərində imzalanmışdır – Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında Ticarət, İqtisadiyyat, Elm və Texniki Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın İkinci İclasının Protokolu
     
  21. 2004-cü il 7 oktyabr – Bakı şəhərində imzalanmışdır – Azərbaycan Dövlət Teleqraf Agentliyi (Azərtac) ilə Bolqarıstanın Xəbər Agentliyi  (BTA) arasında Əməkdaşlıq haqqında Saziş
     
  22. 2005-ci il 23 sentyabr – Sofiya şəhərində imzalanmışdır – Azərbaycan Respublikasının Prezidenti və Bolqarıstan Respublikasının Prezidenti Birgə Bəyannaməsi
     
  23. 2005-ci il 23 sentyabr – Sofiya şəhərində imzalanmışdır – Azərbaycan Respublikasının Hökuməti ilə Bolqarıstan Respublikasının Hökuməti arasında viza rejiminin sadələşdirilməsi haqqında haqqında Saziş
     
  24. 2005-ci il 23 sentyabr – Sofiya şəhərində imzalanmışdır – Azərbaycan Respublikasının Hökuməti ilə Bolqarıstan Respublikasının Hökuməti arasında Avropa və Avro-Atlantik inteqrasiyası üzrə Əməkdaşlıq haqqında Memorandum
     
  25. 2005-ci il 23 sentyabr – Sofiya şəhərində imzalanmışdır – Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Bolqarıstan Respublikasının Milli Gömrük Agentliyi arasında professional heyətin ixtisasının artırılması və müvafiq peşə təlimləri də daxil olmaqla gömrük əməkdaşlığının həyata keçirilməsi üzrə Anlaşma Protokolu
     
  26. 2005-ci il 23 sentyabr – Sofiya şəhərində imzalanmışdır – Azərbaycan Respublikasının və Bolqarıstan Respublikasının aviasiya rəhbərlikləri arasında gələcək əməkdaşlıq haqqında Protokol
     
  27. 2005-ci il 23 sentyabr – Sofiya şəhərində imzalanmışdır – Azərbaycan Dövlət Televiziya və Radio Qapalı Səhmdar Şirkəti (AZTV) ilə Bolqarıstan Milli Televiziyası (BNT) arasında əməkdaşlıq haqqında Memorandum
     
  28. 2006-cı il 19 sentyabr – Bakı şəhərində imzalanmışdır – Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Bolqarıstan Respublikasının Gənclər və idman məsələləri üzrə Dövlət Agentliyi arasında gənclər siyasəti və idman sahəsində əməkdaşlıq haqqında Saziş
     
  29. 2007-ci il 15 may – Bakı şəhərində imzalanmışdır – Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Bolqarıstan Respublikasının Ədliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş
     
  30. 2007-ci il 12 noyabr – Bakı şəhərində imzalanmışdır – Azərbaycan Respublikasının Hökuməti ilə Bolqarıstan Respublikasının Hökuməti arasında iqtisadi əməkdaşlıq haqqında Saziş
     
  31. 2007-ci il 12 noyabr – Bakı şəhərində imzalanmışdır – Azərbaycan Respublikasının Hökuməti ilə Bolqarıstan Respublikasının Hökuməti arasında anti-inhisar siyasəti və rəqabətin müdafiəsi sahəsində əməkdaşlıq haqqında Saziş
     
  32. 2007-ci il 12 noyabr – Bakı şəhərində imzalanmışdır – Azərbaycan Respublikasının Hökuməti ilə Bolqarıstan Respublikasının Hökuməti arasında gəlirlər və əmlak üzərinə qoyulan vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması üzrə Saziş
     
  33. 2008-ci il 18 aprel – Sofiya şəhərində imzalanmışdır – Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Bolqarıstan Respublikasının Xarici İşlər Nazirliyi arasında məsləhətləşmələr üzrə Anlaşma Memorandumu
     
  34. 2008-ci il 30 sentyabr – Sofiya şəhərində imzalanmışdır – Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında Ticarət, İqtisadiyyat, Elm və Texniki Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Üçüncü İclasının Protokolu
     
  35. 2009-cu il 3 iyun – Bakı şəhərində imzalanmışdır – Bakı Slavyan Universiteti ilə Bolqarıstanın Milli və Dünya İqtisadiyyatı Universiteti arasında əməkdaşlıq haqqında Saziş
     
  36. 2009-cu il 13 noyabr – Sofiya şəhərində imzalanmışdır – Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi ilə Bolqarıstan Respublikasının İqtisadiyyat, Energetika və Turizm Nazirliyi arasında enerji sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu
     
  37. 2010-cu il 16 aprel – Sofiya şəhərində imzalanmışdır – Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət  Universiteti ilə Bolqarıstan Milli İncəsənət Akademiyası arasında əməkdaşlıq haqqında Saziş
     
  38. 2010-cu il 16 aprel – Sofiya şəhərində imzalanmışdır – Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilə Bolqarıstan Milli Teatr və Kino Akademiyası arasında əməkdaşlıq haqqında Saziş
     
  39. 2010-cu il 23 sentyabr – Bakı şəhərində imzalanmışdır – Bolqarıstan Respublikasının Özəlləşdirmə və Özəlləşdirmədən sonra Nəzarət Agentliyi ilə Azərbaycan Respublikasının Əmlak məsələləri üzrə Dövlət Komitəsi arasında əməkdaşlıq haqqında Memorandum
     
  40. 2011-ci il 8 aprel – Bakı şəhərində imzalanmışdır – Azərbaycan Respublikasının Hökuməti ilə Bolqarıstan Respublikasının Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Saziş
     
  41. 2011-ci il 14 noyabr – Bakı şəhərində imzalanmışdır – Azərbaycan Respublikasının Hökuməti ilə Bolqarıstan Respublikasının Hökuməti arasında təsnifatlandırılmış məlumatın qarşılıqlı mübadiləsi və mühafizəsi haqqında Saziş
     
  42. 2011-ci il 14 noyabr – Bakı şəhərində imzalanmışdır – Azərbaycan Dövlət İqtisadiyyat Universiteti ilə Bolqarıstanın Milli və Dünya İqtisadiyyatı Universiteti arasında əməkdaşlıq haqqında Saziş
     
  43. 2011-ci il 14 noyabr – Bakı şəhərində imzalanmışdır – Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyası ilə Bolqarıstan Respublikasının Xarici İşlər Nazirliyinin Diplomatik İnstitutu arasında əməkdaşlıq haqqında Memorandum
     
  44. 2011-ci il 14 noyabr – Bakı şəhərində imzalanmışdır – Azərbaycan Respublikasının Əmək və Əhalinini Sosial Müdafiəsi Nazirliyi ilə Bolqarıstan Respublikasının Əmək və Sosial Siyasət Nazirliyi arasında əməkdaşlıq haqqında Memorandum
     
  45. 2011-ci il 29 noyabr – Bakı şəhərində imzalanmışdır – Azərbaycanın Milli Elmlər Akademiyası ilə Bolqarıstanın Elmlər Akademiyası arasında əməkdaşlıq haqqında Saziş
     
  46. 2012-ci il 26 aprel – Bakı şəhərində imzalanmışdır – Azərbaycan Respublikasının Hökuməti ilə Bolqarıstan Respublikasının Hökuməti arasında cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında Saziş
     
  47. 2012-ci il 26 aprel – Bakı şəhərində imzalanmışdır – Azərbaycan Respublikasının Hökuməti ilə Bolqarıstan Respublikasının Hökuməti arasında fövqəladə hallar üzrə əməkdaşlıq haqqında Saziş
     
  48. 2012-ci il 26 aprel – Bakı şəhərində imzalanmışdır – Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) ilə Bolqarıstanın Enerji Holdinqi (BEH) arasında təbii qaz və neft sahəsində Anlaşma Memorandumu
     
  49. 2012-ci il 26 aprel – Bakı şəhərində imzalanmışdır – Azərbaycanda İxracın və İnvestisiyanın Təşviqi Fondu (AZPROMO) ilə Bolqarıstanın Ticarət və Sənaye Palatası arasında Anlaşma Memorandumu
     
  50. 2012-ci il 2 iyul – Bakı şəhərində imzalanmışdır – Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi ilə Bolqarıstan Respublikasının Konstitusiya Məhkəməsi arasında Əməkdaşlıq haqqında Memorandum
     
  51. 2012-ci il 18 sentyabr – Sofiya şəhərində imzalanmışdır – Azərbaycan Tibb Universiteti ilə Sofiya Tibb Universiteti arasında Anlaşma Memorandumu
     
  52. 2012-ci il 3 oktyabr – Bakı şəhərində imzalanmışdır – Bakı Dövlət Universiteti ilə Müqəddəs K.Oxridski adına Sofiya Universiteti arasında əməkdaşlıq haqqında Saziş
     
  53. 2012-ci il 5 oktyabr – Bakı şəhərində imzalanmışdır – İctimai Radio və Televiziya Şirkəti  (İTV) ilə Bolqarıstanın Milli Televiziyası (BNT) arasında Saziş
     
  54. 2012-ci il 5 oktyabr – Bakı şəhərində imzalanmışdır – Azərbaycanın Beynəlxalq Xəbər Agentliyi “Trend” ilə Bolqarıstanın Xəbər Agentliyi (BTA) arasında əməkdaşlıq haqqında Saziş
     
  55. 2012-ci il 12 noyabr – Bakı şəhərində imzalanmışdır – Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə Bolqarıstan Respublikasının Ali Kassasiya Məhkəməsi arasında ədliyyə sahəsində əməkdaşlıq Protokolu
     
  56. 2013-cü il 16 may – Bakı şəhərində imzalanmışdır – Bakı Ali Neft Məktəbi ilə Sofiya Texniki Universiteti arasında Anlaşma Memorandumu
     
  57. 2013-cü il 16 may – Bakı şəhərində imzalanmışdır – Bakı Ali Neft Məktəbi ilə “Assen Zlatarov” adına Burqas Universteti arasında Anlaşma Memorandumu
     
  58. 2013-cü il 16 may – Bakı şəhərində imzalanmışdır – Bakı Ali Neft Məktəbi ilə Qabrovo Texniki Universiteti arasında Anlaşma Memorandumu
     
  59. 2013-cü il 24 may – Sofiya şəhərində imzalanmışdır – Bakı Slavyan Universiteti ilə Müqəddəs K. Oxridski adına Sofiya Universiteti arasında Müqəddəs K. Oxridski adına Sofiya Universitetində Azərbaycan Dilli və Mədəniyyəti Mərkəzinin yaradılması haqqında Saziş
     
  60. 2014-cü il 20 fevral – Bakı şəhərində imzalanmışdır – Azərbaycan Respublikasının Hökuməti ilə Bolqarıstan Respublikasının Hökuməti arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq üzrə Anlaşma Memorandumu
     
  61. 2014-cü il 20 fevral – Bakı şəhərində imzalanmışdır – Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə Bolqarıstan Respublikasının Maliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş
     
  62. 2014-cü il 20 fevral – Bakı şəhərində imzalanmışdır – Bakı Dövlət Universiteti ilə Müqəddəs Kiril və Metodiy adına Veliko Tırnovo Universiteti arasında Anlaşma Memorandumu
     
  63. 2014-cü il 23 may – Bakı şəhərində imzalanmışdır – Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Bolqarıstan Respublikasının Kənd Təsərrüfatı və Ərzaq Nazirliyi Nazirliyi arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu
     
  64. 2014-cü il 23 may – Bakı şəhərində imzalanmışdır – Azərbaycan Dövlət Aqrar Universiteti ilə Plovdiv Aqrar Universiteti arasında əməkdaşlıq haqqında Saziş
     
  65. 2014-cü il 30 iyun – Bakı şəhərində imzalanmışdır – Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Bolqarıstan Respublikasının Baş Prokurorluğu arasında  Əməkdaşlıq Proqramı
     
  66. 2014-cü il 19 sentyabr – Bakı şəhərində imzalanmışdır – Azərbaycan Respublikasının Prezidenti ilə Bolqarıstan Respublikasının Prezidentinin Birgə Bəyannaməsi
     
  67. 2014-cü il 20 sentyabr – Bakı şəhərində imzalanmışdır – Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (ARDNŞ) ilə “Bulgartransgaz” arasında Çiren qaz yatağının istifadəsi ilə bağlı layihədə əməkdaşlıq imkanları haqqında Anlaşma Memorandumu
     
  68. 2014-cü il 20 sentyabr – Bakı şəhərində imzalanmışdır – Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (ARDNŞ) ilə “Bulgartransgaz” arasında Niyyət Protokolu
     
  69. 2014-cü il 4 noyabr – Bakı şəhərində imzalanmışdır – “Trend” İnformasiya Agentliyi (Azərbaycan) ilə Fokus İnformasiya Agentliyi (Bolqarıstan) arasında əməkdaşlıq və məlumat mübadiləsi haqqında Saziş 
  1. 2015-ci il 4 mart – Sofiya şəhərində imzalanmışdır – Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Saziş
     
  2. 2015-ci il 4 mart – Sofiya şəhərində imzalanmışdır – Azərbaycan Respublikasının Hökuməti ilə Bolqarıstan Respublikasının Hökuməti arasında elektron rabitə, informasiya texnologiyaları və elektron idarəçilik sahəsində əməkdaşlıq haqqında Saziş
     
  3. 2015-ci il 4 mart – Sofiya şəhərində imzalanmışdır – Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Bolqarıstan Respublikasının Turizm Nazirliyi arasında turizm sahəsində əməkdaşlığın genişləndirilməsi haqqında Protokol
     
  4. 2015-ci il 17 aprel – Sofiya şəhərində imzalanmışdır – M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası ilə Müqəddəs Kiril və Metodiy adına Bolqarıstan Respublikasının Milli Kitabxanası arasında qarşılıqlı əməkdaşlıq haqqında Anlaşma Memorandumu
     
  5. 2015-ci il 20 aprel – Bakı şəhərində imzalanmışdır – Bakı Ali Neft Məktəbi ilə “Angel Kançev” adına Ruse Universiteti arasında əməkdaşlıq haqqında Saziş.
  1. 3.Yüksək səviyyəli səfərlər və görüşlər:

3.1 Dövlət başçıları:

1995-ci il 29-30 iyun tarixlərində Azərbaycan Respublikasının Prezidenti cənab H.Əliyevin Bolqarıstan Respublikasına rəsmi səfəri;

1998-ci il 07-08 sentyabr tarixlərində Bolqarıstan Respublikasının Prezidenti cənab P.Stoyanovun Bakıda keçirilmiş Tarixi İpək Yolunun bərpası üzrə beynəlxalq konfransda iştirak etmək üçün Azərbaycan Respublikasına işgüzar səfəri;

1999-cu il 02-03 dekabr tarixlərində Bolqarıstan Respublikasının Prezidenti cənab P.Stoyanovun Azərbaycan Respublikasına rəsmi səfəri;

2004-cü il 07-08 oktyabr tarixlərində Bolqarıstan Respublikasının Prezidenti cənab G.Pırvanovun Azərbaycan Respublikasına rəsmi səfəri;

2005-ci il 23-24 sentyabr tarixlərində Azərbaycan Respublikasının Prezidenti cənab İ.Əliyevin Bolqarıstan Respublikasına rəsmi səfəri;

2008-ci il 10-12 mart tarixlərində Bolqarıstan Respublikasının Prezidenti cənab G.Pırvanovun Azərbaycan Respublikasına işgüzar səfəri;

2009-cu il 22 yanvar tarixində Bolqarıstan Respublikasının Prezidenti   cənab G.Pırvanovun Azərbaycan Respublikasına işgüzar səfəri;

2009-cu il 13 noyabr tarixində Azərbaycan Respublikasının Prezidenti  cənab İ.Əliyevin Bolqarıstan Respublikasına işgüzar səfəri;

2010-cu il 30 iyun-01 iyul tarixlərində Bolqarıstan Respublikasının Prezidenti cənab G.Pırvanovun Azərbaycan Respublikasına işgüzar səfəri;

2011-ci il 14-15 noyabr tarixlərində  Bolqarıstan  Respublikasının  Prezidenti cənab P.Pırvanovun Azərbaycan Respublikasına rəsmi səfəri;

2014-cü il 19-20 sentyabr tarixlərində “Cənub Qaz Dəhlizi”nin təməlqoyma mərasimində iştirak etmək üçün Bolqarıstan Respublikasının Prezidenti cənab R.Plevnelievin Azərbaycan Respublikasına işgüzar səfəri;

2014-cü il 19-21 noyabr tarixlərində Bolqarıstan Respublikasının Vitse-Prezidenti xanım M.Popovanın 2014-cü il 19-21 noyabr tarixlərində ölkəmizdə keçirilmiş Beynəlxalq Antikorrupsiya Akademiyasının təsis olunması haqqında müqaviləyə tərəf dövlətlərin III Assambleyasında iştirak etmək üçün Azərbaycan Respublikasına səfəri;

2015-ci il 03-05 mart tarixlərində Azərbaycan Respublikasının Prezidenti cənab İ.Əliyevin Bolqarıstan Respublikasına rəsmi səfəri;

2015-ci il 28-29 aprel tarixlərində III Qlobal Açıq Cəmiyyətlər Forumunda iştirak etmək məqsədilə Bolqarıstan Respublikasının Prezidenti cənab R.Plevnelievin Azərbaycan Respublikasına işgüzar səfəri;

2015-ci il 17-21 may tarixlərində Bolqarıstan Respublikasının Vitse-Prezidenti xanım M.Popovanın Bakıda keçirilən III Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək məqsədilə Azərbaycan Respublikasına səfəri;

2015-ci il 28-29 iyun tarixlərində ilk Avropa Oyunlarının bağlanış mərasimində iştirak etmək məqsədilə Bolqarıstan Respublikasının Prezidenti cənab R.Plevnelievin Azərbaycan Respublikasına işgüzar səfəri.

3.2 Hökumət başçıları:

2004-cü il 06-07 oktyabr tarixlərində Bolqarıstan Respublikasının baş nazirinin müavini, Nəqliyyat və rabitə naziri, həmçinin Hökumətlərarası Komissiyanın Bolqarıstan tərəfindən həmsədri cənab N.Vasilevin başçılıq etdiyi nümayəndə heyətinin Bakıda keçirilmiş Hökumətlərarası Komissiyanın 2-ci iclasında iştirak etmək üçün Azərbaycan Respublikasına səfəri;

2007-ci il 12-13 noyabr tarixlərində Bolqarıstan Respublikasının baş naziri cənab S.Stanişevin Azərbaycan Respublikasına rəsmi səfəri;

2008-ci il 29-30 sentyabr tarixlərində Azərbaycan Respublikasının Baş nazirinin müavini, həmçinin Hökumətlərarası Komissiyanın Azərbaycan tərəfindən həmsədri cənab A.Şərifovun başçılıq etdiyi nümayəndə heyətinin Sofiyada keçirilmiş Hökumətlərarası Komissiyanın növbəti 3-cü iclasında iştirak etmək üçün Bolqarıstan Respublikasına səfəri;

2012-ci il 26-27 aprel tarixlərində Bolqarıstan Respublikasının baş naziri cənab B.Borisovun Azərbaycan Respublikasına rəsmi səfəri;

2013-cü il 17 dekabr tarixində Bolqarıstanın baş naziri Plamen Oreşarskinin “Şahdəniz-2” üzrə yekun investisiya qərarının imzalanma mərasimində iştirak etmək üçün Azərbaycan Respublikasına işgüzar səfəri;

2014-cü il 19-20 fevral tarixlərində Bolqarıstanın baş naziri Plamen Oreşarskinin Azərbaycan Respublikasına rəsmi səfəri;

2015-ci il 26-27 may tarixlərində Azərbaycan Respublikasının Baş Nazirinin müavini cənab E.Əfəndiyevin Bolqarıstan Respublikasına səfəri;

2015-ci il 12-13 iyun tarixlərində ilk Avropa Oyunlarının açılış mərasimində iştirak etmək məqsədilə Bolqarıstan Respublikasının baş naziri cənab B.Borisovun Azərbaycan Respublikasına işgüzar səfəri;

3.3 Parlament sədrləri:

2004-cü il 27-30  sentyabr  tarixlərində  Azərbaycan   Respublikasının  Milli Məclisinin sədri cənab M.Ələsgərovun Bolqarıstan Respublikasına rəsmi səfəri;

2006-cı il 24-25 noyabr tarixlərində Bolqarıstan Respublikasının Xalq Məclisinin sədri cənab G.Pirinskinin Azərbaycan Respublikasına rəsmi səfəri;

2008-ci il 19-21 may tarixlərində Azərbaycan Respublikasının Milli Məclisinin sədri cənab O.Əsədovun Bolqarıstan Respublikasına rəsmi səfəri;

2012-ci il 13-15 may tarixlərində Bolqarıstan Respublikasının Xalq Məclisinin sədri xanım Ts.Tsaçevanın Azərbaycan Respublikasına rəsmi səfəri;

2012-ci il 27-28 noyabr tarixlərində Bolqarıstan Respublikasının Xalq Məclisinin sədri xanım Ts.Tsaçevanın Bakıda keçirilmiş Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının (QDİƏT PA) Baş Assambleyasının növbəti 40-cı plenar sessiyasında iştirak etmək üçün Azərbaycan Respublikasına işgüzar səfəri. Plenar sessiyası çərçivəsində növbəti rotasiya ilə əlaqədar QDİƏT-nın Parlament Assambleyasına sədrlik Azərbaycandan Bolqarıstana keçmişdir;

2012-ci il 18-21 dekabr tarixlərində Bolqarıstan Respublikasının Xalq Məclisinin sədrinin müavini cənab G.Pirinskinin Bakıda keçirilmiş GUAM Parlament Assambleyasının 5-ci  iclasında iştirak etmək üçün Azərbaycan Respublikasına işgüzar səfəri.

3.4     Nazirlər:

3.4(a) Xarici İşlər Nazirləri:

1997-ci il 09 -10 noyabr tarixlərində Bolqarıstan Respublikasının Xarici İşlər naziri xanım N.Mixaylovanın Azərbaycan Respublikasına səfəri;

2004-cü il 15-16 mart tarixlərində Bolqarıstan Respublikasının Xarici İşlər naziri cənab S.Passinin ATƏT-in fəaliyyətdə olan sədri kimi Azərbaycan Respublikasına səfəri;

2004-cü il 30 aprel tarixində Bolqarıstan Respublikasının Xarici İşlər nazirinin müavini cənab İ.Petkovun başçılıq etdiyi nümayəndə heyətinin Bakıda keçirilmiş Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) tədbirində iştirak etmək üçün Azərbaycan Respublikasına səfəri;

2004-cü il 04-05 dekabr tarixlərində Azərbaycan Respublikasının Xarici İşlər naziri cənab E.Məmmədyarovun Sofiyada keçirilmiş  ATƏT-in   Xarici  İşlər Nazirlərinin 12-ci sessiyasında iştirak etmək üçün Bolqarıstan Respublikasına səfəri;

2008-ci il 17-18 aprel tarixlərində Azərbaycan Respublikasının Xarici İşlər naziri cənab E.Məmmədyarovun Bolqarıstan Respublikasına rəsmi səfəri;

2009-cu il 22 oktyabr tarixində Bolqarıstan Respublikasının Xarici İşlər naziri xanım R.Jelevanın Bakı şəhərində keçirilmiş Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Xarici İşlər nazirləri şurasının növbəti iclasında iştirak etmək üçün Azərbaycan Respublikasına səfəri;

2010-cu il 18 may tarixində Azərbaycan Respublikasının Xarici İşlər Nazirinin müavini M.Məmməd-Quliyevin Sofiya şəhərində keçirilmiş Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Xarici İşlər Nazirlərinin 22-ci iclasında iştirak etmək üçün Bolqarıstan Respublikasına səfəri;

2012-ci il 11-12 dekabr tarixlərində Bolqarıstan Respublikasının Xarici İşlər Naziri cənab N.Mladenov, Polşa Respublikası Prezident Administrasiyasının rəhbəri cənab J.Mixaylovski və İsveç Krallığının Xarici İşlər Naziri cənab G. Bildtdən ibarət nümayəndə heyətinin Azərbaycan Respublikasına səfəri;

2014-cü il 04-07 fevral tarixlərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirinin müavini cənab X.Xələfovun Sofiya şəhərində keçirilmiş AR XİN və BR XİN arasında ilk siyasi məsləhətləşmələrdə iştirak etmək üçün Bolqarıstan Respublikasına səfəri;

2014-cü il 19-20 fevral tarixlərində Bolqarıstan Respublikasının Xarici İşlər Nazirinin müavini cənab A.Veliçkovun  Bolqarıstan Respublikasının Baş naziri cənab B.Borisovun ölkəmizə rəsmi səfəri zamanı Bolqarıstan nümayəndə heyətinin tərkibində Azərbaycan Respublikasına səfəri;

2014-cü il 18-20 iyun tarixlərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirinin müavini M.Məmməd-Quliyevin Varna şəhərində keçirilmiş Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Xarici İşlər Nazirlərinin 30-cu iclasında iştirak etmək üçün Bolqarıstan Respublikasına səfəri.

2015-ci il 03-05 mart tarixlərində Azərbaycan Respublikasının Xarici İşlər Naziri cənab E.Məmmədyarovun  Azərbaycan Respublikasının Prezidenti cənab İ.Əliyevin Bolqarıstana rəsmi səfəri zamanı ölkəmizin nümayəndə heyətinin tərkibində Bolqarıstan Respublikasına səfəri;

3.4(b)   Digər nazirlər:

2002-ci il 25-27 sentyabr tarixlərində Azərbaycan Respublikasının Müdafiə naziri cənab S.Əbiyevin Bolqarıstan Respublikasına rəsmi səfəri;

2003-cü il 04-05 noyabr tarixlərində Bolqarıstan Respublikasının Müdafiə naziri cənab N.Svinarovun Azərbaycan Respublikasına rəsmi səfəri;

2004-cü il 19-23 yanvar tarixlərində Azərbaycan Respublikasının İdman, Gənclər və Turizm naziri Ə.Qarayevin Bolqarıstan Respublikasına rəsmi səfəri;

2004-cü il 15-17 aprel tarixlərində Bolqarıstan Respublikasının Təhsil nazirinin müavini cənab K.Velevin başçılıq etdiyi nümayəndə heyətinin Bakıda keçirilmiş Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Təhsil nazirlərinin şurasında iştirak etmək üçün Azərbaycan Respublikasına səfəri;

2004-cü il 25-27 oktyabr tarixlərində Azərbaycan Respublikasının Müdafiə naziri cənab S.Əbiyevin Bolqarıstan Respublikasına rəsmi səfəri;

2004-cü il 23 noyabr tarixində Bolqarıstanın  Respublikasının Milli  Gömrük Agentliyinin baş direktoru cənab A.Asenovun Azərbaycan Respublikasına rəsmi səfəri;

2006-cı il 18-20 sentyabr tarixlərində Bolqarıstan Respublikasının Gənclər və İdman Agentliyinin sədri xanım V.Leçevanın başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycan Respublikasına səfəri;

2007-ci il 16-17 aprel tarixlərində Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri cənab K. Heydərovun Bolqarıstan Respublikasına səfəri;

2007-ci il 15-19 may tarixlərində Bolqarıstan Respublikasının Ədliyyə naziri cənab G.Petkanovun Azərbaycan Respublikasına rəsmi səfəri;

2008-ci il 11-13 may tarixlərində Bolqarıstan Respublikasının Müdafiə naziri cənab V.Bliznakovun Azərbaycan Respublikasına rəsmi səfəri;

2008-ci il 02-05 iyun tarixlərində Bolqarıstan Respublikasının İqtisadiyyat və Energetika naziri cənab P.Dimitrovun Azərbaycan Respublikasına işgüzar səfəri;

2010-cu il 22-23 sentyabr tarixlərində Bolqarıstan Respublikasının Özəlləşdirmə və Özəlləşdirmədən sonra Nəzarət Agentliyinin baş direktoru E.Karanikolovun Azərbaycan Respublikasına rəsmi səfəri;

2011-ci il 06-09 aprel tarixlərində Bolqarıstan Respublikasının Mədəniyyət naziri cənab V.Rəşidovun Bakı şəhərində keçirilmiş Mədəniyyətlər arası dialoq Beynəlxalq Forumunda iştirak etmək üçün Azərbaycan Respublikasına səfəri;

2011-ci il 18-21 iyul tarixlərində Azərbaycan Respublikasının Dövlət Əmlak Komitəsinin sədri K.Həsənovun Bolqarıstan Respublikasına rəsmi səfəri;

2011-ci il 10-12 sentyabr tarixlərində Bolqarıstan Respublikasının Səhiyyə naziri cənab S.Konstantinovun Bakıda keçirilmiş Ümumdünya Səhiyyə Təşkilatının Avropa Komitəsinin 61-ci sessiyasında iştirak etmək üçün Azərbaycan Respublikasına səfəri;

2011-ci il 21-22 sentyabr tarixlərində Bolqarıstan Respublikasının İqtisadiyyat, Energetika və Turizm naziri cənab T.Traykovun Azərbaycan Respublikasına rəsmi səfəri;

2011-ci il 14-15 noyabr tarixlərində Bolqarıstan Respublikasının İqtisadiyyat, Energetika və Turizm naziri cənab T. Traykovun, Əmək və Sosial Siyasət naziri cənab T.Mladenovun və  Bolqarıstan Respublikasının İnformasiya təhlükəsizliyi üzrə dövlət Komissiyasının sədri xanım T.Markovanın Bolqarıstan Respublikasının Prezidenti cənab G.Pırvanovun ölkəmizə rəsmi səfəri zamanı Bolqarıstan nümayəndə heyətinin tərkibində Azərbaycan Respublikasına səfərləri;

2012-ci il 09-10  aprel  tarixlərində  Azərbaycan   Respublikasının  Əmək  və Əhalinin   Sosial    müdafiəsi    naziri    cənab  F.  Ələkbərovun    Bolqarıstan Respublikasına rəsmi səfəri;

2012-ci il 12-14 aprel tarixlərində Bolqarıstan  Respublikasının  İqtisadiyyat, Energetika və Turizm nazirinin müavini  cənab İ. Marinovun  başçılıq  etdiyi nümayəndə heyətinin Bakı şəhərində keçirilmiş 11-ci Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər (AITF) sərgisində iştirak etmək üçün Azərbaycan Respublikasına səfəri;

2012-ci il 16-20 aprel tarixlərində Bolqarıstan Respublikasının Kənd Təsərrüfatı və Qida nazirinin kabinetinin rəhbəri cənab M.Xristovun Bakıda keçirilmiş BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (ƏKTT) Avropa üzrə 28-ci Regional Konfransda və Kənd Təsərrüfatı üzrə Avropa Komissiyasının 37-ci Sessiyasında iştirak etmək üçün Azərbaycan Respublikasına səfəri;

2012-ci  il  26-27  aprel  tarixlərində Bolqarıstan Respublikasının  İqtisadiyyat Energetika və Turizm naziri cənab D.Dobrevin, Nəqliyyat, Rabitə və İnformasiya Texnologiyaları naziri cənab İ.Moskovskinin həmçinin Kənd təsərrüfatı və Qida naziri cənab M.Naydenovun Bolqarıstan Respublikasının Baş naziri cənab B.Borisovun ölkəmizə rəsmi səfəri zamanı Bolqarıstan nümayəndə heyətinin tərkibində Azərbaycan Respublikasına səfərləri;

2012-ci il 31 may - 1 iyun tarixlərində Azərbaycan Respublikasının Müdafiə naziri cənab S.Əbiyevin Bolqarıstan Respublikasına rəsmi səfəri;

2012-ci il 05-06 iyul tarixlərində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm naziri cənab Ə.Qarayevin Bolqarıstan Respublikasına rəsmi səfəri;

2012-ci il 24-25 sentyabr tarixlərində AR Dövlət  Əmlak  Komitəsinin  sədri K.Həsənovun Bolqarıstan Respublikasına işgüzar səfəri;

2012-ci il 22-24 oktyabr tarixlərində Azərbaycan Respublikasının Ədliyyə naziri cənab F.Məmmədovun başçılıq etdiyi nümayəndə heyətinin Bolqarıstan Respublikasına rəsmi səfəri;

2012-ci il 02  noyabr tarixində Bolqarıstan   Respublikasının  İqtisadiyyat, Energetika və Turizm naziri cənab D.Dobrevin Azərbaycan Respublikasına səfəri;

2012-ci il 04-06 noyabr tarixlərində Bolqarıstan Respublikasının Regional İnkişaf və İctimai işlər naziri xanım L.Pavlovanın Azərbaycan Respublikasına səfəri;

2014-cü il 11-12 fevral tarixlərində Bolqarıstan   Respublikasının    İqtisadiyyat və Energetika naziri cənab D.Stoynevin Azerbaycan Respublikasına səfəri;

2014-cü  il  19-20  fevral   tarixlərində   Bolqarıstan   Respublikasının    Nəqliyyat, İnformasiya Texnologiyaları və Rabitə naziri cənab D.Papazovun, İqtisadiyyat və Energetika naziri cənab D.Stoynevin, Maliyyə naziri P.Çobanovun, Kənd təsərrüfatı və Ərzaq naziri cənab D.Grekovun, Ətraf Mühit və Su naziri xanım İ.Mixaylovanın, həmçinin İqtisadiyyat və Energetika nazirinin müavini cənab B.Botevin Bolqarıstan Respublikasının Baş naziri cənab P.Oreşarskinin ölkəmizə rəsmi səfəri zamanı Bolqarıstan nümayəndə heyətinin tərkibində Azərbaycan Respublikasına səfərləri;

2014-cü il 14-15 aprel tarixlərində Azərbaycan Respublikasının Energetika naziri cənab N.Əliyevin Bolqarıstan Respublikasına səfəri;

2014-cü il 24-26 aprel tarixlərində Azərbaycan Respublikasının Gənclər və İdman nazirinin müavini cənab İ.Babayevin Varna şəhərində keçirilmiş Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) üzv ölkələrinin gənclər və idman məsələlərinə məsul nazirlərinin görüşündə iştirak etmək məqsədi ilə  Bolqarıstan Respublikasına səfəri;

2014-cü il 22-24 may tarixlərində Bolqarıstan   Respublikasının   Kənd Təsərrüfatı və Ərzaq naziri cənab D.Grekovun Bakı şəhərində keçirilmiş VIII Azərbaycan Beynəlxalq kənd təsərrüfatı sərgisində iştirak etmək üçün Azərbaycan Respublikasına səfəri;

2014-cü il 19-20 sentyabr tarixlərində Bolqarıstan   Respublikasının   İqtisadiyyat və Energetika Naziri cənab  V.Ştonovun Bolqarıstan   Respublikasının   Prezidenti cənab R.Plevnelievin ölkəmizə işgüzar səfəri zamanı Bolqarıstan nümayəndə heyətinin tərkibində Azərbaycan Respublikasına səfəri;

2014-cü il 28-30 oktyabr tarixlərində Bolqarıstan Respublikasının Gənclər və İdman nazirinin müavini cənab K.Kamenovun 2014-cü ilin 28-30 oktyabr tarixlərində Bakıda keçirilmiş “Gənclər siyasəti üzrə birinci qlobal forumunda” iştirak etmək üçün Azərbaycan Respublikasına səfəri;

2014-cü il 03 dekabr tarixində Bolqarıstan Respublikasının Təhsil və Elm Naziri cənab T.Tanevin  2014-cü il 03 dekabr tarixində Bakıda keçirilmiş Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin elm və texnologiya üzrə nazirlərinin iclasında iştirak etmək üçün Azərbaycan Respublikasına səfəri;

2015-ci il 9-10 fevral tarixlərində Bolqarıstanın İqtisadiyyat naziri cənab V.Lukarskinin Azerbaycan Respublikasına səfəri;

2015-ci il 11-12 fevral tarixlərində Bolqarıstanın Energetika naziri xanım T. Petkovanın Cənub Qaz Dəhlizi Məsləhət Şurasının 1-ci iclasında iştirak etmək məqsədilə  Azerbaycan Respublikasına səfəri;

2015-ci il 03-05 mart tarixlərində Azərbaycan Respublikasının Nəqliyyat, naziri cənab Z.Məmmədovun, İqtisadiyyat və Sənaye naziri cənab Ş.Mustafayevin, Rabitə və Yüksək Texnologiyalar naziri Ə.Abbasovun və Energetika naziri cənab N.Əliyevin Azərbaycan Respublikasının Prezidenti cənab İ.Əliyevin Bolqarıstan Respublikasına rəsmi səfəri zamanı Azərbaycan nümayəndə heyətinin tərkibində Bolqarıstan Respublikasına səfərləri;

2015-ci il 17-21 may tarixlərində Bolqarıstan Respublikasının Turizm Naziri xanım N.Angelkovanin Bakıda keçirilən III Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək məqsədilə Azərbaycan Respublikasına səfəri;

2015-ci il 17-21 may tarixlərində Bolqarıstan Respublikasının Mədəniyyət Naziri cənab V.Raşidovun Bakıda keçirilən III Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək məqsədilə Azərbaycan Respublikasına səfəri;

2015-ci ilin 17 - 18 noyabr tarixlərində Bolqarıstan Respublikasının ətraf mühit və su naziri xanım İvelina Vasilevanın 2015-ci ilin 18-20 noyarbr tarixlərində Bakıda keçirilən  “Xəzər: ətraf mühit üçün texnologiyalar” mövzusunda 6-cı Beynəlxalq Ətraf Mühit sərgisində (CTE-2015) iştirak etmək məqsədilə Azərbaycan Respublikasına səfəri;

2016-cı ilin 26- 27 yanvar tarixlərində Bolqarıstan Respublikasının Milli Statistika İnstitutunun prezidenti cənab Sergey Tsvetarskinin “Milli statistika sisteminin Avropa standartlarına uyğunlaşdırılmasında Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinə dəstək” Tvinninq layihəsinin ikinci fazasının təqdimatı ilə bağlı keçirilən konfransda iştirak etmək məqsədilə Azərbaycan Respublikasına səfəri

  1. 4.       İqtisadi əlaqələr

4.1 Əməkdaşlığın əsas sahələri:

Azərbaycanın təbii qazının Bolqarıstana nəqli  (TAP və TANAP layihələri), yüngül sənaye, kənd təsərrüfatı, tikinti, turizm, idman və əczaçılıq sahələri.

4.2 Hökumətlər arası Birgə Komissiyaların iclaslarının xronologiyası:

1999-cu ildə Azərbaycan və Bolqarıstan hökumətləri arasında ticari-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Birgə Komissiya yaradılmışdır

İclaslar

Tarix

Yer

 

I iclas

30.06.2000

Sofiya

 

II iclas

07.10.2004

Bakı

 

III iclas

29-30.09.2008

Sofiya

 

 

4.3 Ticarət dövriyyəsi:

(mln. ABŞ dol.)

 

İllər

2011

2012

 

2013

2014

2015

(yanvar-iyun)

Ticarət dövriyyəsi

446,3

623,54

138.68

124,59

6,0

İxrac

410,4

597,56

119.11

61,15

0

İdxal

35,9

 25,98

19.57

63,44

6,0

http://www.economy.gov.az/index.php?option=com_content&view=article&id=3383:bolqaristan2015&catid=122:xt2015&lang=az

4.4 Keçirilmiş biznes forumların xronologiyası:

2011-ci il 21  sentyabr  tarixində  Bolqarıstan  Respublikasının   İqtisadiyyat, Energetika və Turizm naziri cənab T.Traykovun Azərbaycan  Respublikasına rəsmi səfəri zamanı 80-dən artıq Azərbaycan və Bolqar iş adamlarından ibarət biznes forum keçirilmişdir.

2012-ci il 27 aprel  tarixində  Bolqarıstan  Respublikasının  Baş  naziri  cənab B.Borisovun başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycan Respublikasına rəsmi səfəri zamanı Bolqarıstanın ən iri və mühüm şirkətlərinin rəhbərləri ilə Azərbaycan həmkarları arasında biznes görüşlər keçirilmişdir.

2012-ci il 05 noyabr tarixində Bolqarıstan Respublikasının Regional İnkişaf və İctimai İşlər üzrə naziri xanım L.Pavlovanın Azərbaycan Respublikasına səfəri zamanı Bolqarıstanın elektrik enerjisi, tikinti və infrastruktur sahələri üzrə şirkətləri və Azərbaycan partnyorları arasında biznes forum keçirilmişdir.

4.5   İmzalanmış sənədlər

  • 29 iyun 1995-ci il – Sofiya şəhərində imzalanmıdır - Azərbaycan Respublikası Hökuməti və Bolqarıstan Respublikası Hökuməti arasında onların müvafiq əraziləri arasında və hədlərindən kənarda hava əlaqəsi haqqında Saziş.
  • 29 iyun 1995-ci il - Sofiya şəhərində imzalanmıdır- Azərbaycan Respublikası Hökuməti və Bolqarıstan Respublikası Hökuməti arasında sərnişin və yüklərin beynəlxalq avtomobil daşımaları haqqında Saziş.
  • 02 dekabr 1999-cu il Bakı şəhərində imzalanmışdır - Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi və Bolqarıstan Respublikasının Milli Statistika İnstitutu arasında əməkdaşlıq haqqında Saziş.
  • 02 dekabr 1999-cu il Bakı şəhərində imzalanmışdır - Azərbaycan Respublikası Hökuməti və Bolqarıstan Respublikası Hökuməti arasında gömrük işi sahəsində qarşılıqlı əməkdaşlıq haqqında Saziş.
  • 07 oktyabr 2004-cü il –Bakı şəhərində imzalanmışdır - Azərbaycan Respublikası Hökuməti və Bolqarıstan Respublikası Hökuməti arasında ticarət gəmiçiliyi haqqında Saziş.
  • 07 oktyabr 2004-cü il –Bakı şəhərində imzalanmışdır - Azərbaycan Respublikası Hökuməti və Bolqarıstan Respublikası Hökuməti arasında beynəlxalq kombinə edilmiş yük daşımaları haqqında Saziş.
  • 07 oktyabr 2004-cü il –Bakı şəhərində imzalanmışdır –  Ticari-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Azərbaycan-Bolqarıstan Hökumətlərarası Komissiyanın ikinci iclasının Protokolu.
  • 23 sentyabr 2005-ci il – Sofiya şəhərində imzalanmışdır - Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Bolqarıstan Respublikasının Milli Gömrük Agentliyi arasında gömrük əməkdaşlığının dərinləşdirilməsi, o cümlədən kadrların peşəkar hazırlığı və ixtisaslarının artırılması sahəsində Anlaşma Protokolu.
  • 23 sentyabr 2005-ci il – Sofiya şəhərində imzalanmışdır - Azərbaycan Respublikasının və Bolqarıstan Respublikasının aviasiya hakimiyyət orqanları arasında gələcək əməkdaşlıq haqqında Protokol.
  • 12 noyabr 2007-ci – Bakı şəhərində imzalanmışdır - Azərbaycan Respublikası Hökuməti və Bolqarıstan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq haqqında Saziş. Bakı, 12 noyabr 2007.
  • 12 noyabr 2007-ci – Bakı şəhərində imzalanmışdır - Azərbaycan Respublikası Hökuməti və Bolqarıstan Respublikası Hökuməti arasında antiinhisar siyasəti və rəqabətin müdafiəsi sahəsində əməkdaşlıq haqqında Saziş.
  • 12 noyabr 2007-ci – Bakı şəhərində imzalanmışdır - Azərbaycan Respublikası Hökuməti və Bolqarıstan Respublikası Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında Saziş.
  • 30 sentyabr 2008-ci il –         Sofiya şəhərində imzalanmışdır –  Ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Azərbaycan-Bolqarıstan Hökumətlərarası Komissiyanın üçüncü iclasının Protokolu.
  • 13 noyabr 2009-cü il – Sofiya şəhərində imzalanmışdır -Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi və Bolqarıstan Respublikasının İqtisadiyyat, Energetika və Turizm Nazirliyi arasında energetika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu.
  • 23 sentyabr 2010- cu il –Bakı şəhərində imzalanmıdır -Azərbaycan Respublikasının Əmlak Məsələləri üzrə Dövlət Komitəsi və Bolqarıstan Respublikasının Özəlləşdirmə və Özəlləşdirmədən sonra Nəzarət Agentliyi arasında əməkdaşlıq haqqında Memorandum.
  • 26 aprel 2012-ci il –Bakı şəhərində imzalanmışdır - Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Bolqarıstanın Sənaye və Ticarət Palatası arasında Anlaşma Memorandumu.
  • 20 fevral 2014-cü il - Bakı şəhərində imzalanmışdır - Azərbaycan Respublikası Hökuməti ilə Bolqarıstan Respublikası Hökuməti arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu.
  • 20 fevral 2014-cü il - Bakı şəhərində imzalanmışdır - Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə Bolqarıstan Respublikasının Maliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş
  • 23 may 2014-cü il - Bakı şəhərində imzalanmışdır – Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Bolqarıstan Respublikasını Kənd Təsərrüfatı və Ərzaq Nazirliyi arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu
  • 20 sentyabr 2014-cü il - Bakı şəhərində imzalanmışdır. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (ARDNŞ) və Bolqarıstan Respublikasının “Bulqarqaz” şirkəti arasında niyyət Protokolu
  • 20 sentyabr 2014-cü il - Bakı şəhərində imzalanmışdır. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (ARDNŞ) və Bolqarıstan Respublikasının “Bulqartransqaz” şirkəti arasında “Çiren” qaz yatağının genişləndirilməsi layihəsində birgə işlənmə imkanlarının araşdırılması haqqında Anlaşma Memarandumu
  • 2015-ci il 4 mart – Sofiya – Azərbaycan Respublikası Hökuməti ilə Bolqarıstan Respublikası Hökuməti arasında elektron rabitə, informasiya texnologiyaları və elektron idarəçilik sahəsində əməkdaşlıq haqqında Saziş

 

  1. 5.     İkitərəfli əməkdaşlığın digər sahələri

5.1             Siyasi əlaqələr

5.1 (a)  İmzalanmış sənədlər

  • 05 iyun 1992-ci il – Oslo şəhərində imzalanmışdır – Azərbaycan Respublikası və Bolqarıstan Respublikası arasında diplomatik əlaqələrin qurulması haqqında Protokol.
  • 29 iyun 1995-ci – Sofiya şəhərində imzalanmışdır -Azərbaycan Respublikası və Bolqarıstan Respublikası arasında dostluq münasibətləri və əməkdaşlıq haqqında Müqavilə.
  • 09 noyabr 1997-ci il – Bakı şəhərində imzalanmışdır - Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Bolqarıstan Respublikasının Xarici İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Protokol.

02 dekabr 1999-cu il – Bakı şəhərində imzalanmışdır - Azərbaycan Respublikasının Prezidentinın və Bolqarıstan Respublikasının Prezidentinin Birgə Bəyanatı.

  • 07 oktyabr 2004-cü il – Bakı şəhərində imzalanmışdır - Azərbaycan Respublikası Prezident icənab İlham Əliyevin və Bolqarıstan Respublikası Prezidenti cənab G.Pırvanovun Birgə Bəyanatı.
  • 23 sentyabr 2005-ci il – Sofiya şəhərində imzalanmışdır - Azərbaycan Respublikasının Prezidentinın və Bolqarıstan Respublikasının Prezidentinin Birgə Bəyanatı.
  • 23 sentyabr 2005–ci il – Sofiya şəhərində imzalanmışdır – Azərbaycan Respublikası Hökuməti və Bolqarıstan Respublikası Hökuməti arasında sadələşdirilmiş viza rejimi haqqında Saziş.
  • 23 sentyabr 2005-ci il – Sofiya şəhərində imzalanmışdır - Azərbaycan Respublikası Hökuməti və Bolqarıstan Respublikası Hökuməti arasında Avropa və Avro-Atlantik inteqrasiya sahəsində əməkdaşlıq haqqında Memorandum.
  • 18 aprel 2008-ci il – Sofiya şəhərində imzalanmışdır -Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Bolqarıstan Respublikasının Xarici İşlər Nazirliyi arasında məsləhətləşmələr haqqında Anlaşma Memorandumu.
  • 14 noyabr 2011-ci il – Bakı şəhərində imzalanmışdır - Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyası və Bolqarıstan Respublikasının Xarici İşlər Naziri yanında Diplomatik İnstitut arasında əməkdaşlıq haqqında Memorandum.
  • 19 sentyabr  2014-cü il – Bakı şəhərində imzalanmışdır - Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin və Bolqarıstan Respublikası Prezidenti cənab Rosen Plevnelievin Birgə Bəyannaməsi.

04 mart 2015-ci il – Sofiya şəhərində imzalanmışdır – Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Saziş.

5.2   Parlamentlərarası əlaqələr:

    5.2 (a)  Parlamentlərarası dostluq qrupları:

Azərbaycan tərəfindən qrupun həmsədri:  Rauf  Əliyev

Bolqarıstan tərəfindən qrupun həmsədri:  Korman  İsmailov

5.2 (b) Parlamentlərarası dostluq qruplarının və komissiyalarının  rəhbərlərinin     qarşılıqlı səfərləri.

2005-ci il 23-24 yanvar tarixlərində BR Xalq Məclisinin Bolqarıstan-Azərbaycan Parlamentlərarası dostluq qrupunun rəhbəri R.Osmanın başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycan Respublikasına səfəri;

2006-cı il 15-18 may tarixlərində AR Milli Məclisinin Azərbaycan - Bolqarıstan Parlamentlərarası dostluq qrupunun rəhbəri cənab Ə.Hüseynlinin başçılıq etdiyi nümayəndə heyətinin Bolqarıstan Respublikasına səfəri;

2006-cı il 16-18 iyun tarixlərində Bolqarıstan Respublikasının Xalq Məclisinin Xarici Siyasət Komitəsinin sədri S.Passinin Azərbaycan Respublikasına səfəri;

2006-cı il 10-12 dekabr tarixlərində Bolqarıstan Respublikasının Xalq Məclisinin sədrinin müavini, Bolqarıstan Respublikasının Avropa Şurasındakı nümayəndə heyətinin sədri cənab Y.Lütfinin Bakı şəhərində keçirilmiş Avropa Şurasının Siyasi Əlaqələr Komitəsinin iclasında iştirak etmək üçün Azərbaycan Respublikasına səfəri;

2012-ci il 03-05 iyul tarixlərində AR Milli Məclisinin Azərbaycan  Bolqarıstan Parlamentlərarası dostluq qrupunun rəhbəri cənab S.Novruzovun başçılıq etdiyi nümayəndə heyətinin Bolqarıstan Respublikasına səfəri. Səfər zamanı 2012-ci il 05 iyul tarixində Azərbaycan və Bolqarıstan arasında diplomatik əlaqələrin qurulmasının 20-ci il dönümü ilə əlaqədar, BR Xalq Məclisinin Bolqarıstan-Azərbaycan Parlamentlərarası dostluq qrupunun, AR Milli Məclisinin Azərbaycan-Bolqarıstan Parlamentlərarası dostluq qrupunun və Azərbaycan Respublikasının Bolqarıstandakı Səfirliyinin təşkilatçılığı ilə  Bolqarıstan Respublikasının Xalq Məclisində sərgi keçirilmişdir. Sərgi zamanı Bolqarıstan Respublikasının Xalq Məclisinin sədri xanım Ts. Tsaçeva, AR Milli Məclisinin Azərbaycan-Bolqarıstan Parlamentlərarası dostluq qrupunun rəhbəri cənab S. Novruzov, BR Xalq Məclisinin Bolqarıstan-Azərbaycan Parlamentlərarası dostluq qrupunun rəhbəri cənab R. Osman və Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı Səfiri cənab E.Kərimov çıxış etmişlər;

2012-ci il 03-06 oktyabr tarixlərində BR Xalq Məclisinin “Gerb” partiyasının Parlamentdəki qrupunun sədri cənab K.Velçevin və Bolqarıstan-Azərbaycan Parlamentlərarası dostluq qrupunun rəhbəri R.Osmanın Bakı şəhərində keçirilmiş II Beynəlxalq Humanitar Forumda iştirak etmək üçün Azərbaycan Respublikasına səfərləri;

2013-cü il 08-12 iyul tarixlərində Azərbaycan Respublikasının Milli Məclisinin Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasındakı (QDİƏT PA) cənab A.Haciyevin başçılıq etdiyi Azərbaycan nümayəndə heyətinin 2013-cü ilin 09-11 iyul tarixlərində Sofiya şəhərində keçirilmiş Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının (QDİƏT PA) Baş Assambleyasının 41-ci plenar sessiyasında iştirak etmək üçün Bolqarıstan Respublikasına səfəri.

 5.3           Hüquq – məhkəmə sahəsində əlaqələr

5.3 (a) Qarşılıqlı səfərlər

2012-ci il 30 iyun – 03 iyul tarixlərində Bolqarıstan Respublikasının Konstitusiya Məhkəməsinin sədri cənab E. Tançevin Azərbaycan Respublikasına rəsmi səfəri.

2012-ci il 12-15 noyabr tarixlərində Bolqarıstan Respublikasının Ali Kassasiya Məhkəməsinin sədri cənab L. Gruevin Azərbaycan Respublikasına rəsmi səfəri.

2013-cü il 17-21 iyun tarixlərində Bolqarıstan Respublikasının Ombudsmanı cənab K.Pençevin 2013-cü ilin 18-20 iyun tarixlərində Bakı şəhərində keçirilmiş Ombudsmanların 11-ci Beynəlxalq konfransında iştirak etmək üçün Azərbaycan Respublikasına səfəri.

2013-cü il 11-13 iyul tarixlərində Bolqarıstan Respublikasının Konstitusiya Məhkəməsinin sədri cənab D.Tokuşevin 2013-cü ilin 12 iyul tarixində Bakı şəhərində keçirilmiş Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 illiyinə həsr olunmuş “XXI əsrdə Konstitusiya ədalət məhkəməsi: xüsusiyyətləri və inkişaf yolları” mövzusunda beynəlxalq elmi konfransda iştirak etmək üçün Azərbaycan Respublikasına səfəri.

2013-cü il 19-22 noyabr tarixlərində Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin sədri cənab F.Abdullayevin Bolqarıstan Respublikasına rəsmi səfəri.

2014-cü il 29 iyun - 02 iyul tarixlərində Bolqarıstan Respublikasının Baş Prokurorunun müavini cənab E.Dikovun Bakı şəhərində “Korrupsiyaya qarşı mübarizə: beynəlxalq standartlar və milli təcrübələr” mövzusunda keçirilmiş beynəlxalq konfransında iştirak etmək üçün Azərbaycan Respublikasına səfəri.

5.3            (b)  İmzalanmış sənədlər

  • 29 iyun 1995-ci il – Sofiya şəhərində imzalanmışdır - Azərbaycan Respublikası və Bolqarıstan Respublikası arasında mülki işlər üzrə hüquqi yardım haqqında Müqavilə.
  • 29 iyun 1995-ci il – Sofiya şəhərində imzalanmışdır - Azərbaycan Respublikası və Bolqarıstan Respublikası arasında cinayət işləri üzrə hüquqi yardım haqqında Müqavilə.
  • 29 iyun 1995-ci il – Sofiya şəhərində imzalanmışdır - Azərbaycan Respublikası və Bolqarıstan Respublikası arasında təslim etmə haqqında Müqavilə;
  • 15 may 2007-ci il – Bakı şəhərində imzalanmışdır - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Bolqarıstan Respublikasının Ədliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş;
  • 02 iyul 2012-ci il –Bakı şəhərində imzalanmışdır – Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi və Bolqarısıtan Respublikasının Konstitusiya Məhkəməsi arasında əməkdaşlıq haqqında Memorandum.
  • 12 noyabr 2012-ci il – Bakı şəhərində imzalanmışdır - Azərbaycan Respublikasının Ali Məhkəməsi və Bolqarıstan Respublikasının Ali Kasasiya Məhkəməsi arasında hüquqi sahədə əməkdaşlıq haqqında Protokol.
  • 30 iyun 2014-cü il - Bakı şəhərində imzalanmışdır - Azərbaycan Respublikasının Baş Prokurorluğu və Bolqarıstan Respublikasının Baş Prokurorluğu arasında əməkdaşlıq haqqında proqram.

5.4            Humanitar sahədə əlaqələr:

5.4 (a)  Qarşılıqlı səfərlər:

2002-ci il 26-31 oktyabr tarixlərində Bolqarıstan Respublikasının  Prezidenti (1990-1997) cənab J.Jelev Bakı Slavyan Universitetinin rektorunun dəvəti ilə Azərbaycan Respublikasında səfərdə olmuşdur. Səfər zamanı Bolqarıstan Respublikasının Prezidenti (1990-1997) cənab J. Jelev Azərbaycan Respublikasının Prezidenti cənab H.Əliyev tərəfindən qəbul edilmişdir.

2006-cı il 11-12 sentyabr tarixlərində Bolqarıstan Respublikasının  Prezidenti (1990-1997) cənab J. Jelev Azərbaycan Respublikasında səfərdə olmuşdur. Səfər zamanı Bolqarıstan Respublikasının Prezidenti (1990-1997) cənab J. Jelev Azərbaycan Respublikasının Prezidenti cənab İ.Əliyev tərəfindən qəbul edilmişdir.

2011-ci il 09-12 oktyabr tarixlərində Bolqarıstan Respublikasının Prezidenti (1990-1997) cənab J.Jelev və Bolqarıstan Respublikasının Prezidenti (1997- 2002) cənab P.Stoyanov Bakıda keçirilmiş Beynəlxalq Humanitar Forumda iştirak etmək üçün Azərbaycan Respublikasında səfərdə olmuşlar. Səfər zamanı Bolqarıstan Respublikasının Prezidenti (1997-2002) cənab P.Stoyanov Azərbaycan Respublikasının Birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı Səfiri, Heydər Əliyev Fondunun Prezidenti xanım M.Əliyeva tərəfindən qəbul edilmişdir.

2012-ci il 03-06 oktyabr tarixlərində Bolqarıstan Respublikasının  Prezidenti (1990-1997) cənab J.Jelev, Bolqarıstan Respublikasının Prezidenti (1997-2002) cənab P.Stoyanov, Bolqarıstan Respublikasının Prezidenti (2002-2012) cənab G.Pırvanov və Bolqarıstanın Xarici İşlər naziri (2001-2005) cənab S.Passi Bakıda keçirilmiş II Beynəlxalq Humanitar Forumda iştirak etmək üçün Azərbaycan Respublikasında səfərdə olmuşlar. Səfər zamanı Bolqarıstan Respublikasının Prezidenti (1997-2002) cənab P.Stoyanov və Bolqarıstan Respublikasının Prezidenti (2002-2012) cənab G.Pırvanov Azərbaycan Respublikasının Birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı Səfiri, Heydər Əliyev Fondunun Prezidenti xanım M.Əliyeva tərəfindən qəbul edilmişlər.

2012-ci il 03-06 oktyabr tarixlərində Sofiya şəhərinin İcra hakimiyyətinin başçısı xanım Y.Fandıkova,  Kliment Ohridski adına Sofiya Universitetinin rektoru cənab  İ.İlçev, Bolqarıstanın Milli İncəsənət Akademiyasının rektoru cənab S.Kokalov, Konstantin Preslavski adına Şumen Universitetinin rektoru xanım M.Georgieva, BR Dövlət Arxiv Agentliyinin sədri cənab M.İvanov, Bolqarıstan Teleqraf Agentliyinin Baş direktoru cənab M.Minçev, Bolqarıstan Milli Televiziyasının Baş direktoru xanım V.Ankova və Bolqarıstan Milli Radiosunun Baş direktoru cənab V.Todorov Bakıda keçirilmiş II Beynəlxalq Humanitar Forumda iştirak etmək üçün Azərbaycan Respublikasında səfərdə olmuşlar.

2012-ci il 17-18 dekabr tarixlərində Bolqarıstan Respublikasının Prezidenti (2002-2012) cənab G. Pırvanov  Azərbaycan Respublikasında səfərdə olmuşdur. Səfər zamanı Bolqarıstan Respublikasının Prezidenti (2002-2012) cənab G. Pırvanov Azərbaycan Respublikasının Prezidenti cənab İ.Əliyev tərəfindən qəbul edilmişdir.

2013-cü il 06-08 may tarixlərində Bolqarıstan Respublikasının Prezidenti (1997-2002) cənab P.Stoyanovun 2013-cü ilin 07-08 may tarixlərində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin və Madrid Klubunun təşkilatçılığı ilə Bakı şəhərində keçirilmiş 1-ci Cənubi Qafqaz forumunda iştirak etmək üçün Azərbaycan Respublikasına səfəri.

2013-cü il 29 may–02 iyun tarixlərində Bolqarıstan Respublikası Prezidenti (2002- 2012) cənab G.Pırvanovun 2013-cü ilin 29 may - 01 iyun tarixlərində Bakı şəhərində keçirilmiş Mədəniyyətlərarası Dialoq 2-ci Beynəlxalq forumda iştirak etmək üçün Azərbaycan Respublikasına rəsmi səfəri.

2013-cü il 04-06 avqust tarixlərində Bolqarıstan Respublikasının Prezidenti (1997-2002) cənab P.Stoyanovun 2013-cü ilin 05-06 avqust tarixlərində Bakı şəhərində keçirilmiş Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun yüksək səviyyəli hazırlıq görüşündə iştirak etmək üçün Azərbaycan Respublikasına səfəri.

2013-ci ilin 30 oktyabr-02 noyabr tarixlərində Bolqarıstan Respublikasının Prezidenti (2002- 2012) cənab G.Pırvanovun 2013-cü ilin 31 oktyabr – 01 noyabr tarixlərində Bakı şəhərində keçirilmiş III Beynəlxalq Humanitar Forumda iştirak etmək üçün Azərbaycan Respublikasına səfəri.

2014-cü il 27-29 aprel tarixlərində Bolqarıstan Respublikasının Prezidenti (1997-2002) cənab P.Stoyanovun Bakı şəhərində keçirilmiş İkinci Qlobal Açıq Cəmiyyətlər Forumunda iştirak etmək üçün səfəri.

2014-cü il 01-03 oktyabr tarixlərində Bolqarıstan Respublikasının Milli Elmlər Akademiyasının Prezidenti cənab S.Vodeniçarovun 2014-cü il 01-03 oktyabr tarixlərində Bakı şəhərində keçirilmiş IV Beynəlxalq Humanitar Forumda iştirak etmək üçün Azərbaycan Respublikasına səfəri.

5.5    Mədəniyyət sahəsində əlaqələr:

5.5 (a) İmzalanmış sənədlər

  • 08 aprel 2011-ci il –Bakı şəhərində imzalanmıdır -Azərbaycan Respublikası Hökuməti və Bolqarıstan Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlığa dair Saziş.
     
  • 27 may 2015-ci il – Sofiya şəhərində imzalanmışdır – “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun bərpası və yenidən qurulması və texniki infrastrukturun bərpası və təmiri” haqqında Saziş

 

5.5 (b) Vacib mədəni tədbirlər

2013-cü il 11-15 mart tarixlərində Sofiya  şəhərində Bolqarıstanın Milli Rəssamlıq Akademiyasında Azərbaycan rəssamlarının sərgisi keçirilmişdir.

2013-cü il sentyabr ayının 25-də Bolqarıstanın Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetinin Şərq Dilləri və Mədəniyyətləri Mərkəzinin fəaliyyət göstərdiyi binasında Bakı Slavyan Universiteti tərəfindən və Azərbaycan Respublikasının Bolqarıstandakı Səfirliyinin dəstəyi ilə ilk dəfə olaraq MDB məkanından kənarda yaradılmış Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin təntənəli açılışı keçirilmişdir.

2014-cü 30 yanvar tarixində Bolqarıstanın məşhur dirijoru, III Bakı Humanitar Forumun iştirakçısı Kiril Lambovun dirijorluğu ilə Sofiya şəhərində Sofiya simfonik orkestrinin ifasında Azərbaycan klasik musiqisinin konserti keçirilmişdir

2014-cü ilin 31 oktyabr tarixində Azərbaycan Respublikasının Yazıçılar İttifaqının katibi, Azərbaycanın Xalq Yazıçısı Çingiz Abdullayevin Bolqarıstanın Kitabxana Araşdırmaları və İnformasiya Texnologiyaları Universitetinin fəxri doktoru adına layiq görülməsi ilə bağlı həmin universitetdə mərasim keçirilmişdir.

2014-cü  ilin 06 noyabr tarixində Vidin şəhərində Vidin simfonik orkestrinin ifasında Azərbaycan klasik musiqisinin konserti keçirilmişdir.

2014-cü il 26 noyabr tarixində Sofiya şəhərində Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illiyi ilə əlaqədar Azərbaycan Respublikasının Bolqarıstandakı Səfirliyinin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasına aid nəşrlərin sərgisi keçirilmişdir.

2014-cü ilin 03 dekabr tarixində Sofiya şəhərində Azərbaycan Respublikasının Bolqarıstandakı Səfirliyinin  BR Xarici İşlər Nazirinin yanında fəaliyyət göstərən Dövlət Mədəniyyət İnstutunun birgə təşkilatçılığı ilə Sofiya İcra hakimiyyətinin  dəstəyi altında kəlağayı sənətinin təqdimatı keçirilmişdir.

2015-ci il 15 fevral tarixində Sofiya şəhərində Azərbaycan Respublikasının Bolqarıstandakı Səfirliyinin təşəbbüsü və Sofiya Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə “Qarabağın musiqi çələngi” adı altında Azərbaycanın klassik musiqisinin konserti keçirilmişdir.

2015-ci il 02 iyun tarixində Sofiya şəhərində Azərbaycan Respublikasının Bolqarıstandakı Səfirliyinin təşəbbüsü ilə Bolqarıstanın ən iri Müqəddəs Kiril və Metodi adına Milli Kitabxanasında Azərbaycan haqqında kitabların sərgisi keçirilmişdir.

2015-ci il 16 sentyabr tarixində Qabrovo şəhərində Azərbaycanın Bolqarıstandakı Səfirliyi Bolqarıstanın Qabrovo şəhərinin İcra Hakimiyyəti ilə birgə Şəki şəhərinin mədəniyyətinin təbliğinə dair sərgi keçirmişdir.

 

5.6   Elm və təhsil sahəsində əlaqələr:   

5.6 (a) Qarşılıqlı səfərlər

2002-ci il 26 oktyabr tarixində Bolqarıstan Respublikasının  Prezidenti (1990-1997)  cənab J.Jelev Azərbaycan Respublikasına səfəri zamanı, ona Bakı Slavyan Universitetinin Fəxri Doktoru adının təltif edilməsi mərasimində iştirak etmişdir.

2004-cü il  07  oktyabr  tarixində  Bolqarıstan Respublikasının  Prezidenti cənab G.Pırvanov Azərbaycan Respublikasına rəsmi səfəri zamanı Bakı Slavyan Universitetinin Bolqar Dili və Mədəniyyəti Mərkəzinin açılış mərasimində, habelə ona Bakı Slavyan Universitetinin Fəxri Doktoru adının təltif edilməsi mərasimində iştirak etmişdir.

2011-ci il 14-15 noyabr tarixlərində Bolqarıstanın Milli və Dünya İqtisadiyyat Universitetinin rektoru cənab B. Borisovun Bolqarıstan Respublikasının Prezidenti cənab G.Pırvanovun ölkəmizə rəsmi səfəri zamanı Bolqarıstan nümayəndə heyətinin tərkibində Azərbaycan Respublikasına səfəri.

2011-ci il 28-30 noyabr tarixlərində Bolqarıstan Respublikasının Elmlər Akademiyasının prezidenti cənab N. Sabotinovun Azərbaycan Respublikasına rəsmi səfəri.

2012-ci il 14 may tarixində Bolqarıstan Respublikasının Xalq Məclisinin sədri xanım Ts.Tsaçeva Azərbaycan Respublikasına rəsmi səfəri çərçivəsində Bakı Slavyan Universitetinin Bolqar Dili və Mədəniyyəti Mərkəzində olmuş və Universitetinin rektoru cənab K.Abdullayev ilə görüşdə Bakı Slavyan Universitetində Bolqar dilində təhsil alan Azərbaycanlı tələbələrinin Bolqarıstanda təlim kurslarında iştirakı məsələsini müzakirə etmişdir.

2013-cü il 14-17 may tarixlərində prof. Assen Zlatarov adına Burgas Universitetinin rektoru cənab P.Petkov, Qabrovo Texniki Universitetinin rektoru cənab İ.İlarionov və Sofia Texniki Universitetinin rektorunun müavini cənab İ.Kralovdan ibarət nümayəndə heyətinin Azərbaycan Respublikasına səfəri.

2013-cü il 23-26 may tarixlərində Bakı Slavyan Universiteninin rektoru cənab K.Abdullayevin 2013-cü ilin 23-26 mart tarixlərində Sofiya şəhərində keçirilmiş  bolqarşünaslıq üzrə 3-cü beynəlxalq kongresdə iştirak etmək üçün Bolqarıstan Respublikasına səfəri.

2013-cü il 25-28 sentyabr tarixlərində Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetinin 125-illiyinə həsr olunmuş tədbirdə və Sofiya Universitetinin Klassik və yeni filologiya fakültəsinin nəzdində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin açılış mərasimində iştirak etmək üçün Bakı Slavyan Universitetinin tədris işləri üzrə prorektoru prof. A.Hacıyevin  başçılıq etdiyi nümayəndə heyətinin Bolqarıstan Respublikasına səfəri.

2014-cü il 19-20  fevral tarixlərində Müqəddəs Kiril və St. Metodiy adına Veliko Tırnovo Universitetinin rektoru cənab P.Legkostupun, Bolqarıstan Respublikasının Baş naziri cənab P.Oreşarskinin ölkəmizə rəsmi səfəri zamanı Bolqarıstan nümayəndə heyətinin tərkibində Azərbaycan Respublikasına səfəri;

2014-cü il 22-24 may tarixlərində Plovdiv Kənd Təsərrüfatı Universitetinin rektoru xanım K.Yançevanın Bakı şəhərində keçirilmiş VIII Azərbaycan Beynəlxalq kənd təsərrüfatı sərgisində iştirak etmək üçün Azərbaycan Respublikasına səfəri;

2015-ci il 19-20 aprel tarixlərində Bolqarıstan Respublikasının Angel Kançev adına Ruse Universitetinin  rektoru, professor Xristo İvanov Beloyevin rəhbərlik etdiyi nümayəndə heyətinin  Azərbaycan Respublikasına səfəri.

 

5.6 (b) İmzalanmış sənədlər:

  • 31 oktyabr 2001-ci il – Şumen şəhərində imzalanmışdır – Bakı Slavyan Universiteti və Konstantin Preslavski adına Şumen Universiteti arasında əməkdaşlıq haqqında Saziş.
  • 10 oktyabr 2002-ci il – Sofiya şəhərində imzalanmıdır – Bakı Slavyan Universiteti və St.Klement Ohridski adına Sofiya Universiteti arasında əməkdaşlıq haqqında Saziş.
  • 03 iyun 2009–cu il –Bakı şəhərində imzalanmışdır –Bakı Slavyan Universiteti və Bolqarıstanın Milli və Dünya İqtisadiyyat Universiteti arasında əməkdaşlıq haqqında Saziş.
  • 16 aprel 2010-cu il –Sofiya şəhərində imzalanmışdır – Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Bolqarıstanın Milli Rəssamlıq Akademiyası arasında əməkdaşlıq haqqında Saziş.
  • 16 aprel 2010-cu il –Sofiya şəhərində imzalanmışdır – Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Bolqarıstanın Teatr və Kino İncəsənətləri üzrə  Milli Akademiyası arasında əməkdaşlıq haqqında Saziş.
  • 14 noyabr 2011-ci il –Bakı şəhərində imzalanmışdır –Azərbaycan Dövlət İqtisadiyyat Universiteti və Bolqarıstanın Milli və Dünya İqtisadiyyat Universiteti arasında əməkdaşlıq haqqında Saziş.
  • 29 noyabr 2011-ci –Bakı şəhərində imzalanmışdır – Azərbaycan Milli Elmlər Akademiyası və Bolqarıstanın Elmlər Akademiyası arasında əməkdaşlıq haqqında Saziş.
  • 18 sentyabr 2012-ci il Sofiya şəhərində imzalanmışdır –Azərbaycan Tibb Universiteti və Sofiya Tibb Universiteti arasında anlaşma Memorandumu.
  • 03 oktyabr 2012-ci il –Bakı şəhərində imzalanmışdır – Bakı Dövlət Universiteti və St.Klement Ohridski adına Sofiya Universiteti arasında əməkdaşlıq haqqında Saziş.
  • 16 may 2013-cü il - Bakı şəhərində imzalanmışdır – Bakı Ali Neft Məktəbi və Sofiya Texniki Universiteti arasında anlaşma Memorandumu.
  • 16 may 2013-cü il- Bakı şəhərində imzalanmışdır – Bakı Ali Neft Məktəbi və Prof. Assen Zlatarov adına Burgas Universiteti arasında anlaşma Memorandumu.
  • 16 may 2013-cü il - Bakı şəhərində imzalanmışdır –Bakı Ali Neft Məktəbi və Qabrovo Texniki Universiteti arasında anlaşma Memorandumu.
  • 24 may 2013-cü il – Sofiya şəhərində imzalanmışdır – Bakı Slavyan Universiteti və St.Klement Ohridski adına Sofiya Universiteti arasında St.Klement Ohridski adına Sofiya Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin yaradılması haqqında Saziş.
  • 20 fevral 2014-cü il - Bakı şəhərində imzalanmışdır - Bakı Dövlət Universiteti və Müqəddəs Kiril və St. Metodiy adına Veliko Tırnovo Universiteti  arasında Anlaşma Memorandumu
  • 23 may 2014-cü il - Bakı şəhərində imzalanmışdır –  Azərbaycan Dövlət Aqrar Universiteti və Plovdiv Kənd Təsərrüfatı Universiteti arasında əməkdaşlıq haqqında Saziş.
  • 2015-ci il 20 aprel – Bakı – Bakı Ali Neft Məktəbi ilə “Angel Kançev” adına Ruse Universiteti arasında əməkdaşlıq haqqında Saziş

5.7. Sosial müdafiə, səhiyyə, turizm və idman sahələrində əlaqələr:

5.7 (a) İmzalanmış sənədlər

 

  • 02 dekabr 1999-cu il - Bakı şəhərində imzalanmıdır - Azərbaycan Respublikası Hökuməti və Bolqarıstan Respublikası Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş.
  • 07 oktyabr  2004-cü il – Bakı şəhərində imzalanmışdır- Azərbaycan Respublikası Hökuməti və Bolqarıstan Respublikası Hökuməti arasında İctimai sağlamlıq və tibb sahələrində əməkdaşlığa dair Saziş.
  • 19 sentyabr 2006-cı il – Bakı şəhərində imzalanmışdır - Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Bolqarıstan  Respublikasının Gənclər və İdman Dövlət Agentliyi arasında gənclər siyasəti və idman sahəsində əməkdaşlıq haqqında Saziş.
  • 14 noyabr 2011-ci il – Bakı şəhərində imzalanmışdır - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Bolqarıstan Respublikasının Əmək və Sosial Siyasət Nazirliyi arasında əməkdaşlıq haqqında Memorandum.
  • 4 mart 2015-ci il – Sofiya şəhərində imzalanmışdır – Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Bolqarıstan Respublikasının Turizm Nazirliyi arasında turizm sahəsində əməkdaşlığın genişləndirilməsi haqqında Protokol

5.7 (b) Digər sahələrdə imzalanmış sənədlər

  • 25 sentyabr 2002-ci il – Sofiya şəhərində imzalanmışdır - Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Bolqarıstan Respublikasının Müdafiə Nazirliyi arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş.
  • 07 oktyabr 2004 –cü  il – Bakı şəhərində  imzalanmışdır  - Azərbaycan Dövlət Teleqraf Agentliyi (Azertag) və Bolqarıstanın Teleqrag Agentliyi (BTA) arasında əməkdaşlıq haqqında Saziş.
  • 23 sentyabr 2005-ci –Sofiya şəhərində imzalanmışdır - Azərbaycan Televiziya və Radio Verilişləri (AzTV) Qapalı Səhmdar Cəmiyyəti və Bolqarıstan Milli Televiziyası (BNT) arasında əməkdaşlıq haqqında Memorandum.
  • 14 noyabr 2011-ci il – Bakı şəhərində imzalanmışdır - Azərbaycan Respublikası Hökuməti və Bolqarıstan Respublikası Hökuməti arasında məxfi informasiyanın qarşılıqlı mühafizəsi və mübadiləsi haqqında Saziş.
  • 26 aprel 2012-ci il- Bakı şəhərində imzalanmışdır -Azərbaycan Respublikası Hökuməti və Bolqarıstan Respublikası Hökuməti arasında cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq haqqında Saziş.
  • 26 aprel 2012-ci il - Bakı şəhərində imzalanmışdır - Azərbaycan Respublikası Hökuməti və Bolqarıstan Respublikası Hökuməti arasında fövqəladə hallar sahəsində əməkdaşlıq haqqında Saziş.
  • 05 oktyabr 2012-ci il –Bakı şəhərində imzalanmışdır – Azərbaycanın “Trend” informasiya agentliyi və Bolqarıstanın Teleqraf Agentliyi (BTA) arasında əməkdaşlıq haqqında Saziş.
  • 04 noyabr 2014-cü il –Bakı şəhərində imzalanmışdır – Azərbaycanın “Trend” informasiya agentliyi və Bolqarıstanın Fokus İnformasiya Agentliyi (Focus-news) arasında əməkdaşlıq haqqında Saziş.
  • 2015-ci il 17 aprel – Sofiya şəhərində imzalanmışdır – M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası ilə Müqəddəs Kiril və Metodiy adına Bolqarıstan Respublikasının Milli Kitabxanası arasında qarşılıqlı əməkdaşlıq haqqında Anlaşma Memorandumu

5.8 Azərbaycan diasporu haqqında məlumat

Azərbaycan  Respublikasının Bolqarıstan Respublikasındakı səfirliyində konsulluq  qeydiyyatında olan Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı: 17

Yaşadıqları şəhərlər: Sofiya, Sliven, Vidin, Dobriç, Lovech, Varna, Plovdiv, Kırcalı.

5.9 Şəhərlər arasında əlaqələr

Şəki – Qabrovo

2004-cü il oktyabr ayının 07-də Şəki və Qabrovo şəhərlərinin İcra hakimiyyətlərinin başçıları tərəfindən imzalanmış Birgə Bəyannaməyə əsasən Şəki və Qabrovo şəhərləri qardaşlaşmışlar.

2012-ci il 24 oktyabr tarixində Azərbaycan Respublikasının  Ədliyyə  naziri cənab F.Məmmədov Bolqarıstan Respublikasına rəsmi səfəri çərçivəsində Qabrovo şəhərinə səfər etmişdir. Səfər zamanı cənab F.Məmmədov Qabrovo vilayətinin başçısı cənab M.Kostadinov, Qabrovo şəhərinin icra hakimiyyətinin başçısı xanım T.Xristova, Qabrovo dairəsi məhkəməsinin sədri xanım S.Gerova və Qabrovo dairəsinin Prokuroru cənab M.İvanovla görüşmüşdür.

2013-cü ilin 20 fevral tarixində Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı Səfiri  E.Kərimov Qabrovo şəhərinə səfər etmişdir. Səfər zamanı Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı Səfiri E.Kərimov Qabrovo şəhər icra hakimiyyətinin başçısı xanım T.Xristova ilə  görüşmüş və Azərbaycan Respublikasının Şəki şəhəri və Bolqarıstan Respublikasının Qabrovo şəhəri arasında mövcud olan əlaqələrin daha da inkişaf etdirilməsi məsələsini müzakirə etmişdir.

2015-ci il 16 sentyabr tarixində Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı Səfiri  E.Kərimov Qabrovo şəhərinə səfər etmişdir. Səfər zamanı Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı Səfiri E.Kərimov Qabrovo şəhər İcra hakimiyyətinin başçısı xanım T.Xristova və Qabrovo vilayətinin rəhbəri N.Sirakov ilə görüşmüş və şəhərlər arasında mövcud olan əlaqələrin daha da inkişaf etdirilməsi məsələsini müzakirə etmişdir.

 Naxçıvan-Veliko Tırnovo

2014-cü ilin 15 iyul tarixində Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı Səfiri E.Kərimov Veliko Tırnovo şəhərinə səfər etmişdir. Səfər zamanı Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı Səfiri E.Kərimov  Veliko Tırnovo şəhərinin İcra hakimiyyətinin başçısı cənab D.Panov ilə görüşmüş və Azərbaycan Respublikasının Naxçıvan və Bolqarıstan Respublikasının Veliko Tırnovo şəhərləri arasında əməkdaşlıq əlaqələrin qurulması məsələsini müzakirə etmişdir.

2014-cü ilin 27- 28 noyabr tarixlərində Naxçıvan şəhərinin icra hakimiyyətinin başçısı cənab V.Səfərovun başçılıq etdiyi nümayəndə heyətinin Bolqarıstanın Veliko Tırnovo şəhərinə səfərı zamanı Azərbaycanın Naxçıvan və Bolqarıstanın Veliko Tırnovo şəhərləri arasında əməkdaşlıq əlaqələrın qurulmasına dair məsələlər müzakirə edilmişdir.

  1. 6.     Konsulluq münasibətləri

Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı Səfirliyinin konsulluq şöbəsinin  ünvanı, tel/faksı və e-mail:

Bolqarıstan Respublikası, Sofiya 1113, rayon İzqrev, məhəllə İztok, Çarlz Darvin küç., №6

Tel:+(3592) 8170074

Fax: (+3592) 8170074, 8170077

E-mail: sofia@mission.mfa.gov.az

2013-cü il noyabrın 29-da Vilnüs şəhərində imzalanmış Azərbaycan Respublikası və Avropa ittifaqı arasında vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında sazişə əsasən 01.09.2014-cü il tarixindən Azərbaycan vətəndaşları Bolqarıstana  rəsmiləşdirilmış icazə - viza əsasında səfər edə bilərlər.

Diplomatik və xidməti pasporta malik şəxslər vizasız  90 gün ölkədə qala bilərlər.