2016-11-04
KONSULLUQ VƏ VİZA ŞÖBƏSİNİN İŞ SAATININ DƏYİŞMƏSİNƏ DAİR XƏBƏRDALIQ

01 dekabr 2016-cı il tarixindən etibarən viza müraciətləri də daxil olmaqla, sənədlərin qəbulu bazar ertəsi, çərşənbə və cümə günləri saat 09:30-dan 12:30-dək aparılacaq. Hazır sənədlər Konsulluq və Viza Şöbəsi tərəfindən bazar ertəsi, çərşənbə və cümə günləri saat 14:00-dan 17:00-dək təhvil veriləcəkdir.

Səfirliyin konsulluq və viza şöbəsi çərşənbə axşamı və cümə axşamı, eləcə də Azərbaycan Respublikasının milli bayram günlərində bağlı olacaqdır.   

Qeyd olunan iş saatları xaricində Konsulluq və Viza Şöbəsindən təcili yardım xahiş edən vətəndaşlar Səfirliyə gəlmədən zəng etməklə və ya e-mail yazmaqla Konsulluq və Viza Şöbəsindən görüş ala bilərlər.

Müraciətçilər Azərbaycan Respublikasının Səfirliyinin konsulluq və viza şöbəsi ilə aşağıdakı vasitələrlə əlaqə saxlaya bilərlər:

Tel.: (+359 2) 817 00 74

Fax: (+359 2) 817 00 77

E-mail: consul_sofia@mission.mfa.gov.az

növbəti xəbər əvvəlki xəbər