Dövlət rüsumu tutulmayan konsulluq əməliyyatları

Dövlət rüsumu haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNUNDAN ÇIXARIŞ

Maddə17. Azərbaycan Respublikasında və ya Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərində aparılan konsul əməliyyatları üçün dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri

17.1. Aşağıdakı hallarda nəzərdə tutulmuş dövlət rüsumu alınmır:

17.1.1. xidməti və diplomatik pasportların verilməsinə və ya dəyişdirilməsinə görə;

17.1.2. Azərbaycan Respublikası ilə xarici dövlətlər arasında mülki, ailə və cinayət işlərində hüquqi yardım haqqında, alimentlər haqqında, pensiya haqqında və övladlığa götürmə məsələləri haqqında müqavilələrə uyğun olaraq bu ölkənin səlahiyyətli orqanlarının və ayrı-ayrı vətəndaşlarının sorğusuna əsasən sənədlərin tələb olunub alınmasına görə;

17.1.3. Dövlət nümayəndə heyətinin tərkibində xarici ölkələrə ezam olunan şəxslərin pasport və digər gediş sənədləri rəsmiləşdirildikdə;

17.1.4. Azərbaycan Respublikasının xeyrinə əmlakın bağışlanmasına dair müqavilələrin və vəsiyyətnamələrin təsdiq edilməsinə görə;

17.1.5. Azərbaycan Respublikasının gəmi, hava və digər nəqliyyat vasitələrinin heyət üzvlərinin, habelə vətəndaşlarının ölümündən sonra qalmış əmlakının mühafizəsinə görə.

 

17.7. Xarici ölkələrdə dövlət xətti ilə təhsil alan, pedaqoji fəaliyyət göstərən, xarici ölkələrin cəzaçəkmə müəssisələrindən azadlığa buraxılan və ya xarici ölkələrdən deportasiya edilən Azərbaycan Respublikasının vətəndaşlarına ölkəyə qayıtmaq üçün pasportu əvəz edən qayıdış şəhadətnaməsinin verilməsinə görə dövlət rüsumu tutulmur.