Xaricdə daimi yaşayan vətəndaşların uçotu

Bolqarıstan Respublikasının səlahiyyətli orqanları tərəfindən verilmiş müvafiq sənəd əsasında bu ölkədə daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşları uçota alınırlar. 

Tələb olunan sənədlər:

  • Vətəndaşın ərizəsi (buradan yüklənə bilər);
  • Doldurulmuş uçot vərəqəsi (buradan yüklənə bilər);
  • Uçota alınan vətəndaşın rəngli fotoşəkili (3 x 4 ölçülü);
  • Vətəndaşın pasportunun surəti;
  • Vətəndaşın xarici ölkədə daimi yaşamaq icazəsinə malik olmasını təsdiq edən sənəd(lər)in surəti. 

İştirak etməli olan şəxslər

Sənədlər tam və düzgün tərtib edildikdən sonra Azərbaycan Respublikası vətəndaşı tərəfindən şəxsən və ya poçt vasitəsilə Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı Səfirliyinin konsulluq və viza şöbəsinə təqdim olunmalıdır.

Səfirliyin ünvanı: Çarlz Darvin küçəsi 6, məhəllə İztok, rayon İzqrev, Sofiya şəhəri 1113, Bolqarıstan Respublikası

Dövlət rüsumu

Azərbaycan Respublikası vətəndaşlarının konsulluq uçotuna alınması və xarici ölkələrdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikası vətəndaşlarının qeydiyyatı ödənişsiz yerinə yetirilir.