Xaricdə müvəqqəti yaşayan vətəndaşların uçotu

İşləmək, təhsil almaq, müalicə olunmaq və başqa səbəblərdən Bolqarıstan Respublikası ərazisində üç aydan artıq yaşayan Azərbaycan Respublikası vətəndaşları Səfirliyin konsulluq və viza şöbəsində uçota alınırlar.

 

Tələb olunan sənədlər:

 

  • Vətəndaşın ərizəsi (buradan yüklənə bilər);
  • Doldurulmuş uçot vərəqəsi (buradan yüklənə bilər);
  • Uçota alınan vətəndaşın rəngli fotoşəkili (3 x 4 ölçülü);
  • Vətəndaşın pasportunun surəti;
  • Vətəndaşın xarici ölkədə müvəqqəti yaşamaq icazəsinə malik olmasını təsdiq edən sənəd(lər)in surəti.
  •  

İştirak etməli olan şəxslər

 

Sənədlər tam və düzgün tərtib edildikdən sonra Azərbaycan Respublikası vətəndaşı tərəfindən şəxsən və ya poçt vasitəsilə Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı Səfirliyinin konsulluq və viza şöbəsinə təqdim olunmalıdır.

 

Səfirliyin ünvanı: Çarlz Darvin küçəsi 6, məhəllə İztok, rayon İzqrev, Sofiya şəhəri 1113, Bolqarıstan Respublikası

 

Dövlət rüsumu

 

Azərbaycan Respublikası vətəndaşlarının konsulluq uçotuna alınması və xarici ölkələrdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikası vətəndaşlarının qeydiyyatı ödənişsiz yerinə yetirilir.