Uşaq xaricdə dünyaya gəldikdə

Tələb olunan sənədlər

 

 

İştirak etməli olan şəxslər

 

  • 18 yaşı tamam olmuş şəxsin özü
  • 18 yaşı tamam olmamış şəxsin özü və valideyini/himayəçisi.

 

Rüsum

 

  • “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının 2001-ci il tarixli Qanununun 16.1.3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və ya konsulluğu tərəfindən Azərbaycan Respublikası vətəndaşlarına və ya Azərbaycan Respublikasında qanuni əsaslarla daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə ölkəyə qayıtmaq üçün pasportu əvəz edən Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi üçün 40 ABŞ dolları məbləğində dövlət rüsumu alınır.
  • Ödənişlər aşağıda məlumatları qeyd olunan bank hesabına köçürülməli və ödəniş haqqında qəbz digər sənədlərlə birlikdə Səfirliyin konsulluq və viza şöbəsinə təqdim edilməlidir.

 

BANK:

FIRST INVESTMENT BANK

SWIFT Code

FINVBGSF

Beneficiary’s account №:

BG 83 FINV 9150 1004 5539 12

 

Qeyd: Azərbaycan Respublikası vətəndaşının və ya Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən müvafiq sənədlər mövcud olmadıqda, Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya konsulluğu onun özü barəsində təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı vasitəsilə, müstəsna hallarda isə birbaşa Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına sorğu göndərir. Bu halda ərizəçidən 25 ABŞ dolları (Xaricdə sənədlərin sorğu əsasında alınmasına görə) əlavə rüsum tutulur.