2019-09-06
Kalotin-Slivnitsa yolunun təxminən 5 km-də hərəkət dayandırılmışdır

Məhdudiyyət “Avropa” avtomobil yolunun inşası ilə bağlıdır. Bununla bağlı Bolqarıstan Respublikası Regional İnkişaf və İctimai İşlər Nazirliyinin Yol İnfrastrukturu Agentliyinin internet səhifəsində aşağıdakı məlumatlara ehtiva edən müvafiq xəbərdarlıq yerləşdirilmişdir:

 26 iyun 2019-u il tarixindən etibarən, I-8 Kalotina-Slivnitsa yolunun təxminən 5 km ərazisi yaxınlığında hərəkət dayandırılaraq hərəkət köhnə Kalotina-Sofya yoluna yönəldilmişdir. Sofiyanı “Kalotina” sərhəd nəzarət buraxılış məntəqəsi ilə birləşdirəcək gələcək “Avropa” avtomagistralının bir hissəsinin inşasına görə 15+600 km-dən 20+940 km-dək ərazidə nəqliyyat vasitələrinin keçməsi məhdudiyyətli olacaqdır. Bununla bağlı gözlənilir ki, bu ilin noyabrın 20-dək hərəkət Kalotinaya aparan köhnə yol - SFO3214 bələdiyyə yolundan keçəcək.

Sofiyadan Bolqarıstan-Serbiya sərhədinə I-8 yolu ilə səyahət edənlər, Aldomirov bataqlığı yaxınlığındakı yeni inşa edilmiş yol qovşağından keçib və oradan Draqoman istiqamətində köhnə marşrut/trass ilə davam etdirəcəklər. “Sara” Qaz stansiyasından 300 metr əvvəl, Draqoman girişində, Kalotinaya aparan birinci dərəcəli yolla yeni inşa edilmiş yol qovşağı ilə qayıdacaqlar.

“Kalotina” sərhəd nəzarət buraxılış məntəqəsindən paytaxta gələnlər, Draqoman şəhərindən Sofiya istiqaməti çıxışında yerləşən “Sara” qaz stansiyasından 300 metr sonra köhnə I-8 yoluna aparan yeni tikilmiş kənar yol ilə yönəldiriləcəklər və Aldomirov bataqlığı bələdiyyə yolundan keçən üst keçid ərazisində yeni tikilmiş kənar yol ilə birinci dərəcəli yola qayıdacaqlar.

I-8 birinci dərəcəli yolunun 15+500 km və 32+447 km aralığında 17 km modernləşməsi mayın ortasında başlanmışdır. Ərazidə ikinci zolaq tikiləcək, köhnəsi isə bərpa olunacaq. “Kalotina” sərhəd nəzarət buraxılış məntəqəsi və Sofiya dairəvi yolunun arasında olan “Avropa” avtomagistral marşrutunun uzunluğu 48 km və üç hissəyə bölünür. İlk iki hissənin tikintisi Kalotina və Slivnitsa arasında mövcud olan I-8 birinci dərəcəli yolunun modernləşdirilməsini əhatə edir. “Kalotina” sərhəd nəzarət buraxılış məntəqəsindən Draqomana /1 kmdən 15+500kmdək/ kimi 14,5 km uzunluğunda olan yolun birinci hissəsi Birləşən Avropa Mexanizmi və milli büdcə tərəfindən maliyyələşdiriləcəkdir. Tikinti işlərinin başlanması gözlənilir. Hərəkətın dayandırılmasının gözləndiyi  Draqoman və Slivnitsa arasında yerləşən yolun orta hissənin inşası may ayında başlanmışdır. Yol hər istiqamətdə iki zolaqdan, belə ki, hər bir zolaqda iki aktiv və bir fövqəladə zolaq olacaqdır. 16 kilometrlik ərazidə(hissədə) 11 böyük quraşdırma tikiləcək – 3 ədəd kənd təsərrüfatı alt keçidi, 3 ədəd alt keçid, 5 ədəd üst keçid və Slivnişka çayı üzərində uzunluğu 50m olan körpü. 25-ci kmdə “Slivnitsa1” və 29-cu kmdə “Slivnitsa 2” – iki yol qovşağı, həmçinin 8 ədəd istirahət meydançaları inşa ediləcək. Yol qovşaqları enerji səmərəli işıqlandırma ilə olacaqlar. Su kəmərlərin, elektrik xəttlərinin, teleqraf-telefon və optik kabellərin yenidən qurulması həyata keçiriləcəkdir. Aldomirov bataqlığı ərazisində bioloji müxtəlifliyin qorunması məqsədilə sürünən heyvanlar üçün avtomagistraldan keçən cığırlar inşa ediləcəkdir. Həmçinin Aldomirov bataqlıq ərazisində quşlar üçün səsbatıran divarlar və torlar qoyulacaq, palçıq və yağ yığan qurğular isə yerüstü suları təmizləyəcəklər.

Qovşağın üçüncü hissəsi Slivnitsadan Şimali Sürətli Xəttədək /32+447-dən 48+61 km-dək/ 16 km uzunluğunda olan yol yeni trassadan keçəcək. Hazırda hissənin texniki layihəsi hazırlanır.

Mənbə: http://www.api.bg/index.php/bg/prescentar/novini/ot-utre-se-spira-dvizhenieto-po-blizo-5-km-uchastk-ot-ptya-kalotina-slivnica-ogranichenieto-e-za-stroitelstvoto-na-bdeshata-am-e/

növbəti xəbər əvvəlki xəbər