Konsulluq xidmətləri
Konsulluq xidmətləri
İmzanın həqiqiliyinin təsdiq edilməsi
Konsul qanuna zidd və əqdin şərhindən ibarət olmayan, eləcə də özündə insanın şərəf və ləyaqətini ləkələyən məlumatlar əks etdirməyən sənədlərdə imzanın həqiqiliyini təsdiq edir. Konsul imzanın həqiqiliyini təsdiq edərkən sənəddə şərh olunmuş faktları deyil, yalnız müəyyən şəxsin etdiyi imzanın həqiqiliyini təsdiq edir.
Tələb olunan sənədlər
-
İmza edənin şəхsiyyətini təsdiq edən sənədin əsli və surəti
-
Təsdiq ediləcək sənədin mətnindən asılı olaraq əlavə digər sənədlər.
-
Səfirliyin aşağıda göstərilmiş bank hesabına 20 USD dövlət rüsumunun ödənilməsi və müvafiq təsdiqedici qəbzin Səfirliyə təqdim edilməsi:
BANK: FIBANK
IBAN No.: BG83FINV91501004553912