Ümumi məlumat:
Sənədlər tərcüməçi tərəfindən tərcümə edilməli, onun imzasının həqiqiliyini isə konsul tərəfindən təsdiq edilir. Səfirlik tərəfindən qeydiyyata alınmış tərcüməçinin tərcüməsi təsdiq olunur. Qeydiyyata alınmış tərcüməçilər barədə məlumat əldə etmək üçün Səfirliklə əlaqə saxlamağınız tövsiyə olunur.
Eyni zaman, Azərbaycan Respublikası vətəndaşları üçün “Mobil Notariat” mobil tətbiqi vasitəsilə tərcümə xidmətindən yararlanmaq imkanı mövcuddur. Bunun üçün, vətəndaş mobil tətbiq vasitəsilə sənədin tərcüməsi üçün müraciət edir, sənəd tərcümə olunaraq vətəndaşa bu barədə bildiriş göndərilir və daha sonra vətəndaş Səfirliyə yaxınlaşaraq eyniləşdirmə nömrəsini təqdim etməklə sənədin notarial qaydada təsdiqi üçün müraciət edə bilər.
Müraciət qaydası:
Müraciət edən şəxs elektron növbə portalı vasitəsilə növbə əldə etməli və tələb olunan sənədlərlə birlikdə şəxsən Səfirliyə gəlməlidir. Tərcümənin düzgünlüyü müraciət zamanı təsdiq edilərək müraciət edən şəxsə təqdim olunur.
Tələb olunan sənədlər
- Müraciət edənin şəxsiyyət vəsiqəsinin və ya pasportunun əsli və surəti. Əgər həmin şəxs əcnəbi və ya vətəndaşlığı olmayan şəxsdirsə, pasportunun əsli və surəti.
- Tərcüməsi tələb olunan sənədin əsli.
- Tərcüməçi tərəfindən tərcümə edilərək, imzalanmış sənədin əsli. Əgər tərcüməçi Səfirlikdə qeydiyyatda deyilsə, müvаfiq dili bilən tərcüməçinin diplоmunun əsli, şəxsiyyətini təsdiq edən sənədinin əsli və şəxsən iştirakı vacibdir.
- 20 ABŞ dolları məbləğində dövlət rüsumunun ödənilməsi və müvafiq təsdiqedici qəbzin Səfirliyə təqdim edilməsi.
Azərbaycan Respublikasının Bolqarıstan Respublikasında Səfirliyinin konsulluq bölməsi bolqar dilində tərtib edilmiş sənədlərin Azərbaycan dilinə tərcüməsini təsdiq etmək hüququna malikdir.
Sənədlərin tərcüməsi üçün tələb olunan sənədlər:
- Sənədin əsli və notarial qaydada təsdiq edilmiş surəti.
- Vətəndaşın şəxsiyyətini təsdiq edən sənəd.
- Dövlət rüsumu:
Xarici dildən Azərbaycan dilinə- 10 ABŞ dolları (sənədin hər səhifəsi üçün)
Azərbaycan dilindən xarici dillərə- 20 ABŞ dolları (sənədin hər səhifəsi üçün)
Səfirliyin aşağıda göstərilmiş bank hesabına dövlət rüsumunun ödənilməsi və müvafiq təsdiqedici qəbzin Səfirliyə təqdim edilməsi:
BANK: FIBANK
IBAN №: BG83FINV91501004553912