news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 13 may 2026

Səfir Elmar Məmmədov etimadnaməsini Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya təqdim etdi

Səfir Elmar Məmmədov etimadnaməsini Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya təqdim etdi. Etimadnamənin təqdimetmə mərasimində Səfir Elmar Məmmədov Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin salamlarını və ən xoş arzularını Bolqarıstan Respublikasının Prezidentinə çatdırdı.

Səfir Elmar Məmmədov Bolqarıstan Respublikasında diplomatik fəaliyyətə başlamasından şərəf duyduğunu qeyd etdi və iki ölkə arasında dostluq münasibətlərini və strateji tərəfdaşlığı daha da gücləndirməyə sadiq olduğunu bildirdi.

Etimadnamələrin təqdim edilməsindən sonra keçirilən görüşdə Prezident İ. Yotova iki ölkə arasında ikitərəfli əməkdaşlığın uğurlu inkişafını yüksək qiymətləndirdi. Tərəflər 2015-ci ildə Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında qurulan strateji tərəfdaşlığı bir daha təsdiqlədi və ikitərəfli gündəliyin müxtəlif sahələrində əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini vurğuladılar.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti