2020-03-23
Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı Səfirliyinin Konsulluq bölməsinin elanı

Ümumdünya Səhiyyə Təşkilatının koronovirusu (COVID-19) pandemiya kimi xarakterizə etməsindən və Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarlarından irəli gələrək Azərbaycan Respublikasının Bolqarıstandakı Səfirliyinin Konsulluq bölməsi sonrakı bildirişədək məhdud rejimdə fəaliyyət göstərəcəkdir. Bununla əlaqədar aşağıdakı məqamların nəzərə alınmasını xahiş edirik:

  • görüş və vətəndaşların qəbulu təxirə salınmışdır;
  • vətəndaş müraciətlərinin fasiləsiz qəbulu yalnız aşağıda göstərilmiş elektron poçt ünvanı və ya telefonlar vasitəsilə həyata keçirilir:
  • telefon: (+3592) 8170074;
  • qaynar xətt: (+359) 89 4092525;
  • e-poçt: consul_sofia@mission.mfa.gov.az

Hörmətlə,

Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı Səfirliyi

 

növbəti xəbər əvvəlki xəbər