2016-02-24

24 fevral 2016-cı il tarixində səfir Nərgiz Qurbanova Bolqarıstan Respublikasının Prezidenti Rosen Plevneliyevə öz etimadnaməsini təqdim etmişdir.

24 fevral 2016-cı il tarixində  Zati-aliləri Rosen Plevneliyev Azərbaycan Respublikasının  Bolqarıstanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nərgiz Qurbanovanın etimadnaməsini qəbul etmişdir. Görüş zamanı səfir N. Qurbanova Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin salamlarını Prezident Plevneliyevə çatdırdı. Səfir, Bolqarıstanda diplomatik fəaliyyətə başlamasından şərəf duyduğunu bildirdi. Prezident R. Plevneliyev ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini qeyd edərək, xalqlarımız arasında tərəfdaşlığın gücləndirilməsinə dəstək göstərəcəyini qeyd etdi.  

 

 

Arxiv üzrə axtarış