2020-03-15

Bolqarıstanda daimi və müvəqqəti yaşayan, həmçinin müvəqqəti səfərdə olan Azərbaycan Respublikası vətəndaşların nəzərinə!

Nəzərinizə çatdırırıq ki, Bolqarıstan Respublikası Nazirlər Şurası yanında Milli Əməliyyatlar Qərargahından yayılan məlumatda ölkədə yeni növ təhlükəli koronavirusa (coronavirus COVİD-19) yoluxma halı aşkarlanmışdır.

Bolqarıstan Respublikası Nazirlər Şurası, onun yanında Milli Əməliyyatlar Qərargahı və Səhiyyə Nazirliyinin verəcəyi açıqlama və tövsiyələrə ciddi riayət olunması çox vacibdir. Bolqarıstan Respublikası Səhiyyə Nazirliyinin koronavirus kontekstində yaydığı açıqlamanı əlavədə diqqətinizə təqdim edirik. Koronavirusla bağlı suallar Bolqarıstan Respublikası Səhiyyə Nazirliyinin 02 807 87 57 nömrəli təcili qaynar xəttinə ünvanlana bilər.

(https://www.facebook.com/1622143941376548/photos/a.1628408204083455/2627204054203860/?type=3&theater)

Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus infeksiyasının (COVİD-19) qlobal pandemiya elan olunmasından sonra Azərbaycanın səlahiyyətli qurumlarından daxil olmuş təlimata əsasən Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı Səfirliyinin konsulluq bölməsi növbəti bildirişədək məhdud iş rejimində fəaliyyət göstərəcəkdir. Bu səbəbdən vətəndaşlardan təxirə salınmaz zəruri hallar və qarşılaşılan çətinliklə bağlı öncədən aşağıdakı vasitələrlə Səfirliklə təmas qurmaları xahiş olunur:

Elektron poçt: consul_sofia@mission.mfa.gov.az;

Telefon: (+3592) 8170074;

Qaynar xətt: (+359) 89 4092525;

Həmçinin, sosial şəbəkələrdəki hesabların ismarıc bölməsi.

Azərbaycana geri dönməyi planlaşdıran vətəndaşların maddi və fiziki imkanlarını nəzərdən keçirmələri vacibdir. Zəruri hallarda, Azərbaycan vətəndaşlarına Azərbaycan Respublikası Nazirlər kabineti yanında yaradılmış operativ qərargahla xaricdən birbaşa əlaqə saxlamalarını tövsiyə edirik.

Qaynar xətt nömrələri:     

(+994) 12 492 4161

(+994) 12 492 7554

(+994) 12 505 1333

(+994) 12 505 0330

Bolqarıstan ərazisində koronavirus epidemiyasının genişlənəcəyi və bununla bağlı Azərbaycan vətəndaşlarının təxliyə olunacağı təqdirdə, Ümumdünya Səhiyyə Təşkilatının tələblərinə əsasən, müvafiq müayinə məqsədilə həmin şəxslər 14-29 gün müddətində karantinə alınacaqlar. Karantin rejiminin tələblərinə ciddi riayət olunması vacibdir.

Çin Xalq Respublikası, Cənubi Koreya, İran İslam Respublikası, Yaponiya, İtaliya, İspaniya, Fransa, Almaniyadan qayıdan Azərbaycan vətəndaşları 14 və ya tələb olunduğu təqdirdə 21 günlük karantin rejiminə yerləşdirilə bilinər.

Zamanında yardımın göstərilə bilinməsi üçün vətəndaşlarımızın konsulluq qeydiyyatına müraciət etmələri və Səfirliklə təmasa keçmələri xahiş olunur.

 

Hörmətlə,

Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı Səfirliyi

Arxiv üzrə axtarış