2021-06-05

Bolqarıstanda Azərbaycana həsr olunan sərgilər keçirilib

Azərbaycanın Bolqarıstandakı səfirliyinin təşəbbüsü və Sofiyada fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin dəstəyi ilə Bolqarıstanın Sozopol şəhərində keçirilmiş “Soleil” Beynəlxalq Festivalı çərçivəsində Azərbaycan-Bolqarıstan diplomatik münasibətlərinin qurulmasının 29-cu ildönümü münasibətilə tədbir təşkil olunub.

Festivalda “Azərbaycan: kəşf edilməmiş, amma yaxın” adlı foto, həmçinin “Azərbaycan-Odlar Yurdu uşaqların gözü ilə” başlıqlı rəsm sərgiləri nümayiş olunub.

Tədbirdə çıxış edən Azərbaycanın Bolqarıstandakı səfiri Hüseyn Hüseynov ötən illər ərzində iki ölkə arasında qarşılıqlı maraq doğuran sahələrdə çoxtərəfli əməkdaşlığın uğurla inkişaf etdirilməsi və gələcəkdə bu münasibətlərin daha da gücləndirilməsi üçün böyük imkanların mövcudluğunu qeyd edib. Bildirilib ki, bu əlamətdar gündə Azərbaycana aid iki sərginin keçirilməsi ölkələrimiz arasında yaxın əlaqələrdən və sıx əməkdaşlıqdan xəbər verir.

Arxiv üzrə axtarış