2021-07-05

No:254/21, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Azərbaycan Respublikası və Sloveniya Respublikası Xarici İşlər Nazirlikləri arasında məsləhətləşmələrə dair məlumatı

30 iyun 2021-ci il tarixində Azərbaycan Respublikası və Sloveniya Respublikası Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.

Siyasi məsləhətləşmələrdə Azərbaycan XİN-in nümayəndə heyətinə nazir müavini Fariz Rzayev, Sloveniya nümayəndə heyətinə Xarici İşlər və Təhlükəsizlik Siyasəti Müdirliyinin Baş direktoru Jernej Müller rəhbərlik edib.

Məsləhətləşmələrdə ikitərəfli siyasi və iqtisadi-ticarət əməkdaşlığının, miqrasiya sahəsində əlaqələrin inkişaf etdirilməsi üzrə fikir mübadiləsi aparılıb.

Görüş zamanı Sloveniya tərəfinə münaqişə sonrası regional vəziyyət barədə məlumat verilib, azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri, minalanmış ərazilərin təmizlənməsindən bəhs edilib.

Tərəflər siyasi dialoqun davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Arxiv üzrə axtarış