2021-07-30

Bolqarıstandan olan potensial sərmayədarlar üçün Ələt Azad İqtisadi Zonasına həsr olunmuş online konfrans keçirilmişdir

Ələt Azad İqtisadi Zonasının (AFEZ) sədri cənab Valeh Ələsgərov, Bolqarıstan Respublikasının kənd təsərrüfatı, qida və meşəçilik nazirinin müavini cənab Georgi Sabev və Bolqarıstan Sənaye və Ticarət Palatasının prezidenti cənab Tsvetan Simeonovun iştirakı ilə səfirlik tərəfindən Bolqarıstandan olan potensial sərmayədarlar üçün AFEZ-də mövcud imkanlar və fürsətlər barədə online konfrans təşkil olunmuşdur.

Konfrans iştirakçıları AFEZ ideyası, məqsədləri və imkanları, eləcə də buraya cəlb olunacaq sərmayələrin növü və təklif elədiyi faydalar barədə məlumatlandırılmışlar.

Arxiv üzrə axtarış