Mətbuat şərhi
26 mart 2026
Martın 25-də Sofiya şəhərində Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı səfirliyi və Bakı Slavyan Universitetinin (BSU) Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi tərəfindən, həmçinin Türk dilləri və mədəniyyətləri klubunun və UNESCO-nun Cənub-Şərqi Avropa üzrə Qeyri-maddi Mədəni İrsin Qorunması üzrə Sofiyadakı Regional Mərkəzinin tərəfdaşlığı ilə Novruz bayramına həsr olunmuş “Bahar paralelləri: Azərbaycan – Bolqarıstan” adlı mədəni tədbir keçirilib.