news banner image Desktop news banner image Mobile
Press release 27 February 2022

Diqqət! Ukraynanı quru sərhəddi ilə qonşu ölkələrə keçməklə tərk etmiş vətəndaşlarımız Rumıniya ilə Bolqarıstan arasındakı bütün sərhəd-keçid mətəqələri vasitəsilə Bolqarıstan Respublikasına, oradan isə Türkiyə Respublikasının ərazisinə keçməklə Azərbaycana səfər edə bilərlər.

Ukraynadakı vəziyyətlə əlaqədar, həmin ölkəni qonşu ölkərə keçməklə tərk etmiş Azərbaycan Respublikası vətəndaşları Bolqarıstan Respublikasının ərazisini quru yolla tranzit keçməklə Türkiyə Respublikasına gedə bilər.
 
- Diqqət! Ukraynanı quru sərhəddi ilə qonşu ölkələrə keçməklə tərk etmiş vətəndaşlarımız Rumıniya ilə Bolqarıstan arasındakı bütün sərhəd-keçid mətəqələri vasitəsilə Bolqarıstan Respublikasına, oradan isə Türkiyə Respublikasının ərazisinə keçməklə Azərbaycana səfər edə bilərlər.
 
- Bolqarıstan tərəfi Azərbaycan Respublikası vətəndaşlarının Ukrayna ərazisini münaqişə səbəbindən tərk etməsini nəzərə alaraq, onlara münsibətdə ölkə ərazisindən tranzitlə keçmək üçün müvəqqəti olaraq viza tələbini ləğv etmişdir. Eyni zamanda, vətəndaşlarımız sərhəd-keçid məntəqəsində səyahət sənədini (pasport və ya qayıdış şəhadətnaməsi) təqdim etməlidir. 
 
- Bolqarıstan tərəfi yaranmış humanitar vəziyyətlə əlaqədar Ruminiyadan quru sərhədi keçmək istəyən Azərbaycan Respublikası vətəndaşlarından COVID-19 pasportunu (COVID-19-a qarşı tam peyvənd olunmasını və ya COVID-19-dan sağalaraq immunitetə malik olmasını təsdiq edən sənəd) və COVID-19-a dair PCR testinin neqativ nəticəsini mütləq şəkildə tələb etməyəcək.
 
- Yaranmış suallarla bağlı vətəndaşlarımız müvafiq olaraq aşağıdakı əlaqə vasitələrilə əlaqə saxlaya bilərlər:
 
Azərbaycan Respublikasının Rumıniyadakı Səfirliyi:
Telefon: +407 487 77744, +407 409 90079
Elektron poçt: bucharest@mission.mfa.gov
 
Azərbaycan Respublikasının Bolqarıstandakı Səfirliyi: 
Telefon: +359895002732
Elektron poçt: sofia@mission.mfa.gov.az
 
Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı (Ankara şəhəri) Səfirliyi:
Telefon: +905550310007
Elektron poçt: ankara@mission.mfa.gov.az
 
Azərbaycan Respublikasının Türkiyənin İstanbul şəhərindəki Baş Konsulluğu
Telefon: +905441040111
Elektron poçt: istanbul@mission.mfa.gov.az
 
Bildiyniz kimi, bundan öncə verdiyimiz məlumata əsasən, vətəndaşlarımız Ukrayna ərazisini Moldova, Polşa, Slovakiya, Macarıstan və Ruminiya istiqamətlərində tərk edə bilərlər. 
 
Xarici İşlər Nazirliyi Ukrayna ərazisində daimi və müvəqqəti yaşayan, turizm və ya təhsil məqsədləri ilə həmin ölkəyə səfər etmiş Azərbaycan Respublikasının vətəndaşlarına Ukraynadakı vəziyyətlə əlaqədar bir daha müraciət edərək onlardan hərbi qüvvələrin və obyektlərin olduğu ərazilərdən uzaq olmalarını, evdə və ya təhlükəsiz yerdə qalmalarını, səyahətdən çəkinmələrini tövsiyə edir. 
 
Xüsusi hallar ilə bağlı vətəndaşlarımız Azərbaycan Respublikasının Kiyev şəhərindəki səfirliyi ilə (+380 73) 5050000 telefon xətti və kiev@mission.mfa.gov.az elektron poçt ünvanı, Xarkov şəhərindəki fəxri konsulluğu ilə (+38057) 7000531 telefon xətti və info.azconsulate@gmail.com elektron poçt ünvanı ilə məlumat əldə edə bilərlər.
 
Vəziyyətin inkişafından asılı olaraq əlavə məlumat vətəndaşların diqqətinə təqdim ediləcək.

Share this page

All rights reserved. Contact us to use any licensed material.
Privacy Policy