Bolqarıstana səfər edən vətəndaşların diqqətinə
Bolqarıstana səfər edən vətəndaşların diqqətinə
Problemlər və hüquqi yardım

ÖLKƏ ƏRAZİSİNDƏ SAXLANILMA

Haqsızlığa məruz qalmış vətəndaş dərhal polisə və Səfirliyə müraciət edə bilər. Vətəndaş Bolqarıstan ərazisində həbs olunduğu zaman tərcüməçi və vəkil tələb etmək, həmçinin Səfirliyin, dostunun və ya qohumunun məlumatlandırılmasını istəmək hüququna malikdir.

Mövcud təcrübəyə əsasən saxlanılan şəxsə Bolqarıstan qurumları tərəfindən tərcüməçi və vəkil təyin olunur. Təmin olunan tərcüməçi və vəkilin maaşları Bolqarıstan dövləti tərəfindən ödənilir. Əvvəl nəzarətdə saxlanılmanın şərtləri açıqlanır və sağlamlıq vəziyyətinə dair şəxsin izahatına ehtiva edən anket doldurulur. Bolqarıstanda polis tərəfindən müvəqqəti saxlanılma müddəti 24 saatdır, lakin prokurorluğun qərarı ilə bu müddət 72 əlavə olaraq uzadıla bilər. Bu müddət ərzində müvəqqəti saxlanılma təcridxanasındakı şəxs məhkəməyə çıxarılır.

Son dövrlərdə ailə qurmaq, iş qurmaq, yoldaşlıq etmək kimi vədlərlə vətəndaşların aldadılması halları çoxalmışdır. Vətəndaşlarımız bənzər saxtakarlıq cəhdlərinə məruz qalmamaları üçün ehtiyatlı olmalıdırlar, xüsusilə də pul köçürmələri tələb edildikdə çox diqqətli olmalıdırlar. Bir çox hallarda vətəndaşlar onların qanuni niyyətlərini istismar edən mütəşəkkil cinayətkar qrupların hədəfinə çevrilirlər. Bu qruplar saxta şəxsiyyət və ünvan məlumatlarından istifadə edir, telefon nömrələrini tez-tez dəyişirlər. Bu hal həmin şəxslərin hüquq-mühafizə orqanları tərəfindən aşkarlanmasını çətinləşdirir və istintaq prosesinin uzun müddət davam etməsini labüd edir.

Şikayətlər üçün əlaqə vasitələri

Bolqarıstanda əcnəbilərə qarşı törədilən cinayət və arzu edilməyən hallarla bağlı 112 və ya 166 saylı xətlər 24 saat ərzində ödənişsiz fəaliyyət göstərir.

Bolqarıstana səfər edən və ya ölkədən tranzit keçən xarici ölkə vətəndaşları şikayətləri ilə bağlı (avtomobil qəzası, tibbi yardım və s). hadisənin tarixi, saatı, yeri, şikayət edənin adı, soyadı, doğum tarixi, vətəndaşlığı, pasport nömrəsi, şikayət etdikləri vəzifəlinin soyadı və varsa yaxa nömrəsini göstərməklə ən yaxın polis idarəsinə və ya aşağıdakı ünvanlara müraciət edə bilərlər:

 

Bolqarıstan Respublikası Daxili İşlər Nazirliyi (DİN): 

Tel. +359 2 9822 574

Email: reception@mvr.bg

Əlaqə vasitələrinə dair link

 

DİN-in Sərhəd Polisi Direktorluğu

Telefon: +359 2 983 18 65

Email:  gdgp@mvr.bg

Əlaqə vasitələrinə dair link

 

DİN Yol Polisi idarəsi:

Telefon: +359 2 982 56 55

Əlaqə vasitələrinə dair link

 

Bolqarıstan Respublikası Milli Gömrük Agentliyi:

Telefon: +359 2 9859 4528 (ümumi)

   +359 2 9859 4499 (şikayət)

Email: delovodstvo@customs.bg

Əlaqə vasitəsinə dair link

 

Hər növ şikayət üçün ümumi nömrə: 112 (türk dilində xidmət göstərir)

Polis qaynar xətti: 166 / 146 (Mobil telefondan zəng edildiyi təqdirdə)

Avtomobil evakuasiya xidməti: +359 87 663 7331;

Yol Təhlükəsizlik Xidməti:  +359 89 9799999;

Sofiya Nəqliyyat Xəstəxanası (Pirogov): + 359 2 9323232

 

 

 

 

 

 



Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti