Ticarət və İqtisadi əməkdaşlıq

İqtisadi əlaqələr

Əməkdaşlığın əsas  sahələri: 

Azərbaycan və Bolqarıstan arasında mövcud iqtisadi əlaqələrin əsas sahələri təbii qaz, neft və neft-kimya məhsulları kimi enerji əmtəələrinin ticarəti, qeyri-enerji sektorunda isə, tranzit daşıma, kənd təsərrüfatı, yüngül sənaye, tikinti, turizm, idman və əczaçılıqdır.

Cənub Qaz Dəhlizi (CQD) Azərbaycan və Bolqarıstan arasında enerji əməkdaşlığının genişləndirilməsində mühüm rol oynayır. Bununla bağlı son illərdə aşağıdakı mühüm layihələr həyata keçirilmişdir:

1 oktyabr 2022-ci ildə Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) kommersiya istismarına verilmişdir,

25 aprel 2023-cü il tarixində “Həmrəylik halqası” təşəbbüsünə uyğun olaraq, Bulgartransgaz (Bolqarıstan), Transgaz (Rumıniya), FGSZ (Macarıstan), Eustream (Slovakiya) və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) arasında Azərbaycandan əlavə qazın ötürücü sistemlər şəbəkəsi vasitəsilə Avropaya tədarükü üzrə əməkdaşlıq istiqamətlərini müəyyən edən Anlaşma Memorandumu imzalanmışdır,

25 aprel 2023-cü il tarixində Azərbaycan Respublikası Prezidentinin Bolqarıstana səfəri çərçivəsində SOCAR-ın Bolqarıstandakı nümayəndəliyinin açılışı olmuşdur,

10 dekabr 2023-cü il tarixində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) davamı olan Bolqarıstan-Serbiya qaz birləşdiricisinin istismara verilməsi baş tutmuşdur,

Bolqarıstan Respublikası 17 dekabr 2022-ci il tarixində Buxarestdə imzalanmış “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” çərçivəsində əməkdaşlıqda maraqlıdır.

Nəqliyyat, sənaye, kənd təsərrüfatı, İKT və turizm kimi qeyri-enerji sektorunda ikitərəfli iqtisadi əməkdaşlıq geniş potensiala malikdir.

 

Hökumətlərarası Birgə Komissiya iclaslarının xronologiyası:

1999-cu ildə Azərbaycan və Bolqarıstan hökumətləri arasında ticari-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Birgə Komissiya yaradılmışdır.

                                                                 

         İclaslar       

              Tarix              

Yer  

 I iclas

 2000-ci il

Sofiya 

 II iclas

 2004-cü il

Bakı 

 III iclas

 2008-ci il

Sofiya 

 IV iclas

2016-cı il

Bakı

 V iclas

2018-ci il

Sofiya

 VI iclas

2024-cü il

Bakı

 

Ticarət dövriyyəsi:

 

Azərbaycan ilə Bolqarıstan arasında ikitərəfli iqtisadi əməkdaşlığın aparıcı istiqaməti enerji sahəsidir. 2023-ci ildə ildə iki ölkə arasında qarşılıqlı ticarət dövriyyəsinin həcmi dəfələrlə artaraq 510,93 milyon ABŞ dolları təşkil etmişdir.  2022-ci illə müqayisədə, 2023-cü ildə Bolqarıstan Respublikası ilə ticarət dövriyyəsi 57,01 faiz, o cümlədən ixrac 64,97 faiz artmış, idxal isə 12,88 faiz azalmışdır. İxracda böyümənin əsas səbəbi Azərbaycandan Bolqarıstana təbii qaz, sürtgü yağları və sair məhsulların ixracının artmasıdır.

 

Azərbaycandan Bolqarıstana ixracın tərkibi: təbii qaz, karbamid gübrəsi, propil və izopropil spirti, alüminium ərintiləri və s. Bolqarıstandan Azərbaycana idxalın tərkibi: yüngül distilyatlar, dərman vasitələri, kağız və karton məmulatları, mexanizm, elektrotexniki avadanlıqlar və hissələri, müxtəlif ərzaq məhsulları (qida əlavələri), unlu qənnadı məmulatları, paltar və geyim ləvazimatları, optik, tibbi, fotoqrafik və dəqiq cihazlar, ətriyyat və kosmetik vasitələr və s.

 

Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası

arasında ticarət dövriyyəsi (milyon ABŞ dolları ilə)

 

İl

Ticarət dövriyyəsi

İxrac

İdxal

2009

146

137

9

2010

150

137

13

2011

446

410

36

2012

624

598

26

2013

139

119

20

2014

124

61

63

2015

13.22

0.5

12.72

2016

39.8

0.4

39.4

2017

37.4

0.15

37.3

2018

65.88

39.47

26.41

2019

93.88

79.69

14.19

2020

16.9

0.55

16.35

2021

72.69

54.04

18.65

2022 325.29 292 33.29
2023 510.93 481.93 29

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti