Viza – ümumi məlumat
Viza əcnəbinin ölkəyə gəlməsinə, vizada göstərilən qalma müddətində ölkədə müvəqqəti olmasına, həmin müddətdə sərhəd nəzarət məntəqələrindən müəyyən olunmuş qaydada keçməklə ölkədən getməsinə hüquqi əsas verən rəsmi sənəddir. Birdəfəlik (adi) giriş vizası şəxsə qeyd olunan etibarlılıq müddəti çərçivəsində yalnız bir dəfə, çoxdəfəlik viza isə ölkəyə çoxsaylı giriş-çıxışı həyata keçirməyə imkan verir.
Vizada göstərilən ölkədə qalma müddətindən vizanın etibarlılıq dövrü ərzində istifadə edilir. Bu müddət ərzində istifadə olunmayan viza qüvvədən düşür.
Azərbaycan Respublikasına səfər edən Bolqarıstan Respublikası vətəndaşlarının viza əldə etməsi
Bolqarıstan vətəndaşları 2 yolla Azərbaycan vizası əldə edə bilərlər:
-
Birdəfəlik elektron viza: https://evisa.gov.az portalı vasitəsilə 3 iş günü müddətində verilir. Vahid vizadır, hər bir şəxs üçün fərdi qaydada müraciət olunaraq 25 ABŞ dolları (20 dollar elektron vizanın dövlət rüsumu, 5 dollar xidmət haqqı) ödənilməklə əldə olunur.
Ətraflı məlumat https://evisa.gov.az/az/information linkindən alına bilər. Təcili elektron vizaya isə iş, qeyri-iş və bayram günlərində müraciət etmək mümkündür, bu viza 3 saat ərzində verilir.
Azərbaycanın elektron vizası vahid vizadır, xarici ölkə vətəndaşlarının səfərlərini asanlaşdırmaq, xüsusilə də turizmi təşviq etmək məqsədilə rəsmiləşdirilir və rüsumdan azad olunma ilə bağlı beynəlxalq müqavilələr bu vizaya şamil edilmir. Elektron vizaya müraciət edən hər bir şəxs fərdi qaydada viza rüsumunu ödəyir.
Diqqət: Azərbaycanla Avropa İttifaqı arasında imzalanmış “Viza rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında Saziş”ə əsasən rüsumsuz Azərbaycan vizası və ya çoxdəfəlik Azərbaycan vizası almaq istəyən Bolqarıstan vətəndaşları Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı səfirliyinə müraciət etməlidirlər.
-
Səfirlik vasitəsi ilə: Bolqarıstan vətəndaşları Azərbaycanla Avropa İttifaqı arasında imzalanmış “Viza rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında Saziş”ə, eləcə də Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə əsasən, Azərbaycanın Bolqarıstandakı səfirliyinə müraciət edərək, aşağıdakı dəvət sənədləri əsasında, səfər məqsədinə uyğun olaraq, aşağıdakı növ vizalar üçün müraciət edə bilərlər (Azərbaycan vətəndaşları da eyni şərtlərlə Bolqarıstan vizası üçün Bolqarıstanın Azərbaycandakı səfirliyinə müraciət edə bilərlər).
Qeyd: Digər ölkələrin Bolqarıstanda daimi və ya müvəqqəti yaşayan, həmçinin zəruri hallarda müvəqqəti olan vətəndaşları da müvafiq sənədləri hazırlayıb Azərbaycanın Bolqarıstandakı səfirliyinə təqdim edə bilərlər.
Şəxsi səfər məqsədli viza
-
Dəvətnamə - Azərbaycan ərazisində yaşayan Azərbaycan Respublikası vətəndaşı və ya Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin verdiyi vəsiqələr əsasında Azərbaycan ərazisində daimi yaşayan (permanent residence) Bolqarıstan və ya digər xarici ölkə vətəndaşı tərəfindən Bolqarıstan vətəndaşı və ya Bolqarıstanda daimi və ya müvəqqəti yaşayan xarici ölkə vətəndaşı üçün verilən dəvətnamə Azərbaycanda notarius tərəfindən təsdiq edilib Azərbaycanın Bolqarıstandakı səfirliyinə təqdim olunur. Dəvətnamədə səfərin tarixi, müddəti, şəxsin qalacağı ünvan qeyd olunur, şəxsin səfər və tibb xərclərini dəvət edən ödəyəcəksə bu barədə öhdəlik dəvətnamədə öz əksini tapır.
Əgər dəvət olunan Bolqarıstan və ya Avropa İttifaqı ölkəsinin vətəndaşı dəvət edən şəxsin əri və ya arvadı, uşağı (övladlığa götürülənlər də daxil olmaqla), valideyni (qəyyumlar da daxil olmaqla), babası, nənəsi və ya nəvəsidirsə, o viza rüsumundan (35 avro) azaddır. Dəvət olunan Bolqarıstan və ya Avropa İttifaqı ölkəsinin vətəndaşı dəvət edənin bu qohumlarından biri deyilsə, viza rüsumunu ödəyir. Dəvət olunan şəxs digər ölkə vətəndaşıdırsa, dəvət edənin qohumu olub-olmasından asılı olmayaraq müvafiq viza rüsumunu ödəyir.
Diqqət: Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin verdiyi vəsiqələr əsasında yalnız əməkçi miqrant olan və ya təhsil alan Azərbaycanda müvəqqəti yaşayan (temporary residence) xarici ölkə vətəndaşı səxsi səfər məqsədilə yalnız Bolqarıstan ərazisində yaşayan ailə üzvləri (arvadı (əri), 18 yaşına çatmamış uşağı, 18 yaşına çatmış əlil övladı və himayəsində olan valideyni) üçün dəvətnamə verə bilər.
-
viza üçün ərizə-anket (buradan yükləyin)
-
pasport (pasportun etibarlılıq müddəti verilməsi nəzərdə tutulan viza müddətinin bitməsi tarixindən azı 3 ay artıq olmalıdır)
-
1 ədəd rəngli fotoşəkil (3.5x4.5 cm)
-
tibbi sığorta şəhadətnaməsinin surəti (dəvət edən şəxs öz dəvətnaməsində tibbi xidmətləri qarşılayacağını öz üzərinə götürmədikdə)
-
Dəvət edən şəxs ailə üzvüdürsə, bunu sübut edən sənədlər (doğum haqqında və ya nikah haqqında şəhadətnamə və s.)
-
viza verilməsi üçün dövlət rüsumunun (35 avro) ödənilməsi barədə sənəd (əgər şəxs rüsumsuz viza alanlar kateqoriyasına adi deyilsə).
Turizm məqsədli viza
-
viza üçün ərizə-anket (buradan yükləyin)
-
pasport (pasportun etibarlılıq müddəti verilməsi nəzərdə tutulan viza müddətinin bitməsi tarixindən azı 3 ay artıq olmalıdır)
-
1 ədəd rəngli fotoşəkil (3.5x4.5 cm)
-
təyyarə bileti
-
mehmanxana sifarişi
-
tibbi sığorta şəhadətnaməsinin surəti
-
viza verilməsi üçün dövlət rüsumunun (35 avro) ödənilməsi barədə sənəd
İşgüzar məqsədli viza
-
Vəsatət: Bolqarıstanın iş adamları və kommersiya təşkilatlarının nümayəndələrini biznes tədbirinə, görüşə, ticarət və sənaye sərgilərinə, konfrans və simpoziumlara dəvət etmək üçün Azərbaycanın şirkət və təşkilatının, dövlət və ya yerli hakimiyyət orqanlarının, yaxud Azərbaycan Respublikasının ərazisində keçirilən ticarət və sənaye sərgilərinin, konfrans və simpoziumların təşkilat komitələrinin yazılı müraciətidir. Vəsatəti hazırlayan şəxs və ya təşkilat Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinə müraciət edərək həmin vəsatətin təsdiqlənməsini xahiş edir. Bu təsdiq edilmiş vəsatət əsasında Bolqarıstan vətəndaşı Azərbaycanın Bolqarıstandakı səfirliyinə işgüzar viza üçün sənədlərini təqdim edir.
Qeyd: Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti ilə məşğul olmanı təsdiq edən sənədə malik olan Bolqarıstan vətəndaşları vəsatətə ehtiyac duymadan birbaşa səfirliyə müraciət edə bilər.
Diqqət: Bolqarıstan Respublikasında qeydiyyatdan keçmiş nəqliyyat vasitələrində Azərbaycan Respublikası və Bolqarıstan Respublikası əraziləri arasında beynəlxalq yükdaşıma və sərnişindaşıma xidmətlərini həyata keçirən sürücülər işgüzar viza almaq istədikdə onlar Azərbaycan şirkətlərinin vəsatətinin əvəzinə Bolqarıstan Respublikasının milli yükdaşıma şirkətinin və ya yükdaşıma assosiasiyasının yazılı məktubunu təqdim edirlər. Məktubda həyata keçirilən səyahətin məqsədi, marşrutu, müddəti və müntəzəmliyi qeyd olunur.
-
tibbi sığorta şəhadətnaməsinin surəti (dəvət edən tərəf vəsatətdə tibbi xidmətləri qarşılayacağını öz üzərinə götürmədikdə)
-
viza üçün ərizə-anket (buradan yükləyin)
-
pasport (pasportun etibarlılıq müddəti verilməsi nəzərdə tutulan viza müddətinin bitməsi tarixindən azı 3 ay artıq olmalıdır)
-
1 ədəd rəngli fotoşəkil (3.5x4.5 cm)
-
viza verilməsi üçün dövlət rüsumunun (35 avro) ödənilməsi barədə sənəd
Əmək məqsədli viza
-
Azərbaycan Respublikasının dövlət orqanlarının, Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və ya hüquqi şəxslərin (şirkətlərin) işəgötürən tərəf kimi Azərbaycan Respublikasında haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün Bolqarıstandan dəvət etdiyi şəxslərə verilən vəsatət (dəvət). Dəvət edən təşkilat vəsatət sənədini AR Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinə təqdim etməli, bu vəsatət təsdiq olunduqdan sonra digər sənədlərlə birlikdə Azərbaycanın Bolqarıstandakı səfirliyinə təqdim edilməlidir.
-
viza üçün ərizə-anket (buradan yükləyin)
-
pasport (pasportun etibarlılıq müddəti verilməsi nəzərdə tutulan viza müddətinin bitməsi tarixindən azı 3 ay artıq olmalıdır)
-
1 ədəd rəngli fotoşəkil (3.5x4.5 cm)
-
viza verilməsi üçün dövlət rüsumunun (35 avro) ödənilməsi barədə sənəd
Rəsmi məqsədli viza
-
Bolqarıstan Respublikası Xarici İşlər Nazirliyinin notası: Azərbaycan Respublikasının ərazisində təşkil edilən rəsmi görüşlər, danışıqlar və ya mübadilə proqramlarında, o cümlədən hökumətlərarası təşkilatlar tərəfindən tədbirlərdə iştirak edəcək Bolqarıstanın rəsmi nümayəndə heyətlərinin üzvlərinin, o cümlədən bu cür nümayəndə heyətlərinin daimi üzvlərinin viza alması üçün verilir. Notada səfərin məqsədi, tarixi, qalma müddəti, nümayəndə heyətinin adları və vəzifələri qeyd olunur.
-
viza üçün ərizə-anket (buradan yükləyin)
-
pasport (pasportun etibarlılıq müddəti verilməsi nəzərdə tutulan viza müddətinin bitməsi tarixindən azı 3 ay artıq olmalıdır)
-
1 ədəd rəngli fotoşəkil (3.5x4.5 cm)
Elm və ya təhsil məqsədli viza
-
Elm və ya təhsil məqsədli vizalar üçün əsasən aşağıdakı dəvət sənədləri təqdim olunur:
-
Bolqarıstandan Azərbaycana səyahət edən şagirdlər, tələbələr, doktorantlar və müşayiət edən müəllimlər üçün mübadilə proqramları da daxil olmaqla, təlim və ya təhsil kursları, eləcə də məktəblə bağlı fəaliyyət üçün, habelə elmi tədbirlərdə iştirak məqsədilə Azərbaycandan qəbul edən universitetin, akademiyanın, institutun, kollecin və ya məktəbin, həmçinin elm təşkilatının yazılı müraciəti və ya qəbul haqqında şəhadətnaməsi və ya tələbə vəsiqəsi və ya kurslarda iştirak ediləcəyi haqqında şəhadətnaməsi.
-
Azərbaycan Respublikası ərazisində keçirilən beynəlxalq sərgi, konfrans, simpozium, seminar və digər oxşar tədbirlərdə Bolqarıstandan iştirak edən ixtisas sahibləri üçün – Azərbaycanın qəbul edən təşkilatının sözügedən şəxsin həmin tədbirdə iştirakını təsdiq edən yazılı müraciəti;
Qeyd: Səfər dəvət olunan şəxsin uzunmüddətli təhsil alması və ya elmi fəaliyyəti ilə bağlıdırsa, bu zaman dəvət edən təşkilat AR Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinə bununla bağlı vəsatət təqdim etməli, bu vəsatət təsdiq olunduqdan sonra digər sənədlərlə birlikdə Azərbaycanın Bolqarıstandakı səfirliyinə təqdim edilməlidir.
-
Azərbaycan Respublikasında təhsili və yaşayışı ilə bağlı xərcləri ödəyə biləcək maliyyə vəsaitinə malik olması haqqında bank hesabı sənədi (Azərbaycan Respublikasında Bolqarıstan və ya digər ölkə vətəndaşının təhsili vətəndaşı olduğu və ya daimi qeydiyyatda yaşadığı ölkə tərəfindən maliyyələşdirilmədiyi halda)
-
viza üçün ərizə-anket (buradan yükləyin)
-
pasport (pasportun etibarlılıq müddəti verilməsi nəzərdə tutulan viza müddətinin bitməsi tarixindən azı 3 ay artıq olmalıdır)
-
1 ədəd rəngli fotoşəkil (3.5x4.5 cm)
Mədəniyyət və idman məqsədli viza
-
Mədəniyyət və idman məqsədli vizalar üçün əsasən aşağıdakı dəvət sənədləri təqdim olunur:
-
Universitet və digər mübadilə proqramları da daxil olmaqla mədəniyyət və incəsənət tədbirlərində Bolqarıstandan iştirak edən şəxslər üçün Azərbaycandan qəbul edən təşkilatın bu tədbirlərdə iştirak üçün yazılı müraciəti
-
Bolqarıstandan jurnalistlər və onları peşəkar səviyyədə müşayiət edən texniki heyət üçün həmin peşəkar təşkilat və ya müraciət etmiş şəxsin işəgötürəni tərəfindən verilmiş, sözügedən şəxsin ixtisaslı jurnalist olduğunu sübut edən və səyahətin məqsədinin jurnalist işinin yerinə yetirilməsi olduğunu əks etdirən və ya jurnalisti peşəkar səviyyədə müşayiət edən texniki heyətin üzvü olduğunu sübut edən məktub, şəhadətnamə və ya digər sənəd
-
Bolqarıstandan beynəlxalq idman tədbirlərinin iştirakçıları və onları peşəkar səviyyədə müşayiət edən şəxslər üçün Azərbaycan Respublikasının qəbul edən təşkilatı, səlahiyyətli orqanları, milli idman federasiyaları və Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsinin yazılı müraciəti
-
Qardaşlaşmış şəhərlər tərəfindən Azərbaycanda təşkil edilən rəsmi mübadilə proqramlarının Bolqarıstandan olan iştirakçıları üçün – Azərbaycanın həmin qardaşlaşmış şəhərlərinin icra hakimiyyətləri başçılarının/merlərinin yazılı müraciəti
-
Mübadilə proqramları da daxil olmaqla təlim kursları, seminar və konfranslarda iştirak məqsədi ilə Azərbaycana səyahət edən Bolqarıstan vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri üçün Azərbaycanın qəbul edən təşkilatının verdiyi yazılı müraciət, şəxsin vətəndaş cəmiyyəti təşkilatını təmsil etməsinə dair təsdiqedici sənəd və bu təşkilatın Bolqarıstanda qeydiyyatı haqqında dövlət reyestrindən çıxarış
Qeyd: Səfər dəvət olunan şəxsin uzunmüddətli mədəni və ya idman fəaliyyəti ilə bağlıdırsa, bu zaman dəvət edən təşkilat AR Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinə bununla bağlı vəsatət təqdim etməli, bu vəsatət təsdiq olunduqdan sonra digər sənədlərlə birlikdə Azərbaycanın Bolqarıstandakı səfirliyinə təqdim edilməlidir.
-
viza üçün ərizə-anket (buradan yükləyin)
-
pasport (pasportun etibarlılıq müddəti verilməsi nəzərdə tutulan viza müddətinin bitməsi tarixindən azı 3 ay artıq olmalıdır)
-
1 ədəd rəngli fotoşəkil (3.5x4.5 cm)
Müalicə məqsədli viza
-
Tibbi məqsədlərlə Bolqarıstandan Azərbaycana səfər edən şəxslər və zərurətlə əlaqədar onları müşayiət edən şəxslər üçün Azərbaycanın tibb müəssisəsinin bu müəssisədə tibbi müalicəni və müşayiət olunmanın zəruriliyini təsdiq edən rəsmi sənədi və tibbi müalicəni ödəmək üçün yetərli maliyyə vəsaitinin olması barədə təsdiqləyici sənəd
Qeyd: Səfər şəxsin uzunmüddətli müalicəsi ilə bağlıdırsa, bu zaman qəbul edən tibb müəssisəsi AR Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinə bununla bağlı vəsatət təqdim etməli, təsdiq olunduqdan sonra bu vəsatət digər sənədlərlə birlikdə Azərbaycanın Bolqarıstandakı səfirliyinə təqdim edilməlidir.
-
viza üçün ərizə-anket (buradan yükləyin)
-
pasport (pasportun etibarlılıq müddəti verilməsi nəzərdə tutulan viza müddətinin bitməsi tarixindən azı 3 ay artıq olmalıdır)
-
1 ədəd rəngli fotoşəkil (3.5x4.5 cm)
Humanitar səfər məqsədli viza
-
Mədəniyyət və idman məqsədli vizalar üçün əsasən aşağıdakı dəvət sənədləri təqdim olunur:
-
Dəfn mərasimləri üçün Bolqarıstandan Azərbaycana səyahət edən qohumlar – ölüm faktını, eləcə də müraciətçi ilə dəfn olunan şəxs arasında ailə və ya digər qohumluq əlaqələrini təsdiq edən rəsmi sənəd
-
Azərbaycandakı hərbi və mülki qəbiristanlıqları Bolqarıstandan ziyarət üçün – məzarın mövcudluğu və qalmasını, eləcə də ərizəçi ilə dəfn olunan şəxs arasında ailə və ya digər qohumluq əlaqələrini təsdiq edən rəsmi sənəd
-
Azərbaycan Respublikasının dövlət orqanlarının, eləcə də humanitar sahədə fəaliyyət göstərən təşkilatların qəbul edən tərəf kimi Azərbaycanda humanitar fəaliyyətlə məşğul olmaq, humanitar tədbirlər keçirmək və ya belə tədbirlərdə iştirak etmək üçün Bolqarıstandan müvafiq şəxsləri dəvət etməsinə dair yazılı müraciət.
Qeyd: Səfər dəvət olunan şəxsin uzunmüddətli humanitar fəaliyyəti ilə bağlıdırsa, bu zaman dəvət edən dövlət orqanı və ya təşkilat AR Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinə bununla bağlı vəsatət təqdim etməli, təsdiq olunduqdan sonra bu vəsatət digər sənədlərlə birlikdə Azərbaycanın Bolqarıstandakı səfirliyinə təqdim edilməlidir.
-
viza üçün ərizə-anket (buradan yükləyin)
-
pasport (pasportun etibarlılıq müddəti verilməsi nəzərdə tutulan viza müddətinin bitməsi tarixindən azı 3 ay artıq olmalıdır)
-
1 ədəd rəngli fotoşəkil (3.5x4.5 cm)
Diqqət: 18 yaşına çatmamış, lakin pasport sahibi olan və valideyni və ya qanuni nümayəndəsi ilə birgə səfər etməyən Bolqarıstan vətəndaşlarına viza rəsmiləşdirilməsi üçün, yuxarıda qeyd olunan sənədlərdən əlavə, notariat qaydasında təsdiq olunmuş doğum haqqında şəhadətnamənin surəti, valideynlərin və ya qanuni nümayəndənin icazəsi və onların şəxsiyyətlərini təsdiq edən sənədlərin surətləri də tələb olunur.
Vizanın dövlət rüsumu
Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında imzalanmış vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında sazişə əsasən, Bolqarıstan vətəndaşları, eləcə də Bolqarıstanda yaşayan digər Aİ ölkələrinin vətəndaşları Azərbaycanın Bolqarıstandakı səfirliyinə viza üçün müraciət edərkən 35 avro rüsum ödəyirlər. Sazişə əsasən, viza üçün xidmət göstərən kənar şirkət və ya şəxslərin aldığı rüsum xərclərə mütənasib olmalı və 30 avrodan artıq olmamalıdır. Vətəndaşlar birbaşa öz ərizələrini səfirliyin konsulluq şöbələrinə təqdim etmək imkanına malik olmalıdır.
Rüsum Azərbaycanın Bolqarıstandakı səfirliyinin aşağıdakı bank hesabına ödənilir:
BANK: FIBANK
IBAN №: BG83FINV91501004553912
Aşağıdakı kateqoriyalı Bolqarıstan və digər Aİ ölkələrinin vətəndaşları viza rüsumundan azaddır:
-
Azərbaycan Respublikasının ərazisində qanuni yaşayan Bolqarıstan Respublikası vətəndaşlarının və ya Azərbaycan Respublikasının ərazisində yaşayan Azərbaycan Respublikası vətəndaşlarının yaxın qohumları - ər və ya arvad, uşaqlar (övladlığa götürülənlər də daxil olmaqla), valideynlər (qəyyumlar da daxil olmaqla), babalar, nənələr və nəvələr
-
rəsmi nümayəndə heyətlərinin üzvləri, o cümlədən daimi üzvləri
-
təhsil məqsədləri ilə səyahət edən şagirdlər, tələbələr, doktorantlar və müşayiət edən müəllimlər
-
fəaliyyət qabiliyyəti olmayan (əlil) şəxslər və zəruri hallarda, onları müşayiət edən şəxslər
-
beynəlxalq idman tədbirlərinin iştirakçıları və onları peşəkar səviyyədə müşayiət edən şəxslər
-
elmi, mədəni və incəsənət tədbirlərində iştirak edən şəxslər
-
təcili tibbi müalicə almaq, yaxud qohumunun dəfn mərasimində iştirak etmək və ya ciddi xəstə olan yaxın qohumunu ziyarət etmək daxil olmaqla, humanitar əsasda səyahətlərinin zəruriliyini sübut edən sənədləri təqdim edən şəxslər və belə şəxsləri müşayiət edənlər
-
mübadilə proqramları, təhsil kursları, seminarlar, konfranslar məqsədi ilə səyahət edən vətəndaş cəmiyyəti təşkilatlarının (QHT) nümayəndələri
-
təqaüdçülər
-
12 yaşınadək olan uşaqlar
-
jurnalistlər və onları peşəkar səviyyədə müşayiət edən texniki heyət
Azərbaycan Respublikasına giriş vizaların rəsmiləşdirilməsinə görə müvafiq ölkələrin vətəndaşlarından tutulan dövlət rüsumunun dərəcələri