Qısa tarixi məlumat
Bolqarıstan Respublikası ölkəmizin müstəqilliyini 14 yanvar 1992-ci il tarixində tanımış və iki ölkə arasında diplomatik münasibətlər 05 iyun 1992-ci ildə qurulmuşdur. Bolqarıstan Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi 1999-cu il dekabr ayında fəaliyyətə başlamışdır. 16 aprel 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bolqarıstanda Azərbaycan səfirliyinin təsis edilməsi haqqında sərəncam imzalamışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Bolqarıstan Respublikasına rəsmi səfəri çərçivəsində 4 mart 2015-ci il tarixində “Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə”nin imzalanması ilə ikitərəfli münasibətlər strateji tərəfdaşlıq səviyyəsinədək yüksəlmişdir. Bu sənəd ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün yeni imkanlar açmışdır.
8 may 2024-cü il tarixində Bolqarıstan Respublikası Prezidenti cənab R.Radevin Azərbaycana rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Bolqarıstan Respublikasının Prezidenti cənab Rumen Radev “Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında strateji tərəfdaşlığın gücləndirilməsi haqqında Birgə Bəyannamə”ni imzalamışlar.
Yüksək səviyyəli səfərlər və görüşlər
Dövlət başçıları
29-30 iyun 1995-ci il tarixlərində Azərbaycan Respublikasının Prezidenti cənab H.Əliyev Bolqarıstan Respublikasına rəsmi səfər etmişdir.
07-08 sentyabr 1998-ci il tarixlərində Bolqarıstan Respublikasının Prezidenti cənab P.Stoyanov Bakıda keçirilmiş tarixi ipək yolunun bərpası üzrə beynəlxalq konfransda iştirak etmək üçün Azərbaycan Respublikasına işgüzar səfər etmişdir.
02-03 dekabr 1999-cu il tarixlərində Bolqarıstan Respublikasının Prezidenti cənab P.Stoyanov Azərbaycan Respublikasına rəsmi səfər etmişdir.
07-08 oktyabr 2004-cü il tarixlərində Bolqarıstan Respublikasının Prezidenti cənab G.Pırvanov Azərbaycan Respublikasına rəsmi səfər etmişdir.
23-24 sentyabr 2005-ci il tarixlərində Azərbaycan Respublikasının Prezidenti cənab İ.Əliyev Bolqarıstan Respublikasına rəsmi səfər etmişdir.
10-12 mart 2008-ci il tarixlərində Bolqarıstan Respublikasının Prezidenti cənab G.Pırvanov Azərbaycan Respublikasına işgüzar səfər etmişdir.
22 yanvar 2009-cu il tarixində Bolqarıstan Respublikasının Prezidenti cənab G.Pırvanov Azərbaycan Respublikasına işgüzar səfər etmişdir.
13 noyabr 2009-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İ.Əliyev Bolqarıstan Respublikasına işgüzar səfər etmişdir.
30 iyun-01 iyul 2010-cu il tarixlərində Bolqarıstan Respublikasının Prezidenti cənab G.Pırvanov Azərbaycan Respublikasına işgüzar səfər etmişdir.
14-15 noyabr 2011-ci il tarixlərində Bolqarıstan Respublikasının Prezidenti cənab G.Pırvanov Azərbaycan Respublikasına rəsmi səfər etmişdir.
19-20 sentyabr 2014-cü il tarixlərində “Cənub Qaz Dəhlizi”nin təməlqoyma mərasimində iştirak etmək məqsədilə Bolqarıstan Respublikasının Prezidenti cənab R.Plevneliev Azərbaycan Respublikasına işgüzar səfər etmişdir.
03-05 mart 2015-ci il tarixlərində Azərbaycan Respublikasının Prezidenti cənab İ.Əliyev Bolqarıstan Respublikasına rəsmi səfər etmişdir.
28-29 aprel 2015-ci il tarixlərində III Qlobal Açıq Cəmiyyətlər Forumunda iştirak etmək məqsədilə Bolqarıstan Respublikasının Prezidenti cənab R.Plevneliev Azərbaycan Respublikasına işgüzar səfər etmişdir.
28-29 iyun 2015-ci il tarixlərində ilk Avropa Oyunlarının bağlanış mərasimində iştirak etmək məqsədilə Bolqarıstan Respublikasının Prezidenti cənab R.Plevneliev Azərbaycan Respublikasına işgüzar səfər etmişdir.
12-14 oktyabr 2017-ci il tarixində Bolqarıstan Respublikasının Prezidenti cənab R.Radev Azərbaycan Respublikasına rəsmi səfər etmişdir.
30 sentyabr - 1 oktyabr 2022-ci il tarixlərində Azərbaycan Respublikasının Prezidenti cənab İ.Əliyev Bolqarıstan Respublikasına rəsmi səfər etmişdir.
10 mart 2023-cü il tarixində Bolqarıstan Respublikasının Prezidenti cənab R.Radev Azərbaycan Respublikasına işgüzar səfər etmişdir.
25 aprel 2023-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İ.Əliyev Bolqarıstan Respublikasına işgüzar səfər etmişdir.
7-8 may 2024-cü il tarixlərində Bolqarıstan Respublikasının Prezidenti cənab R.Radev Azərbaycan Respublikasına rəsmi səfər etmişdir.
11-13 noyabr 2024-cü il tarixlərində Bolqarıstan Respublikasının Prezidenti cənab R.Radev COP29 samitində iştirak etmək məqsədilə Azərbaycan Respublikasına rəsmi səfər etmişdir.
Hökumət başçıları
06-07 oktyabr 2004-cü il tarixlərində Bolqarıstan Respublikasının Baş nazirinin müavini, nəqliyyat və rabitə naziri, həmçinin Azərbaycan-Bolqarıstan Hökumətlərarası Komissiyanın Bolqarıstan tərəfindən həmsədri cənab N.Vasilevin başçılıq etdiyi nümayəndə heyəti Bakıda keçirilmiş Hökumətlərarası Komissiyanın 2-ci iclasında iştirak etmək məqsədilə Azərbaycan Respublikasına səfər etmişdir.
12-13 noyabr 2007-ci il tarixlərində Bolqarıstan Respublikasının Baş naziri cənab S.Stanişev Azərbaycan Respublikasına rəsmi səfər etmişdir.
29-30 sentyabr 2008-ci il tarixlərində Azərbaycan Respublikasının Baş nazirinin müavini, həmçinin Azərbaycan-Bolqarıstan Hökumətlərarası Komissiyanın Azərbaycan tərəfindən həmsədri cənab A.Şərifovun başçılıq etdiyi nümayəndə heyəti Hökumətlərarası Komissiyanın 3-cü iclasında iştirak etmək məqsədilə Bolqarıstan Respublikasına səfər etmişdir.
26-27 aprel 2012-ci il tarixlərində Bolqarıstan Respublikasının Baş naziri cənab B.Borisov Azərbaycan Respublikasına rəsmi səfər etmişdir.
17 dekabr 2013-cü il tarixində Bolqarıstan Respublikasının Baş naziri cənab Plamen Oreşarski “Şahdəniz-2” üzrə yekun investisiya qərarının imzalanma mərasimində iştirak etmək məqsədilə Azərbaycan Respublikasına işgüzar səfər etmişdir.
19-20 fevral 2014-cü il tarixlərində Bolqarıstanın Baş naziri cənab Plamen Oreşarski Azərbaycan Respublikasına rəsmi səfər etmişdir.
26-27 may 2015-ci il tarixlərində Azərbaycan Respublikasının Baş nazirinin müavini cənab E.Əfəndiyev Bolqarıstan Respublikasına səfər etmişdir.
12-13 iyun 2015-ci il tarixlərində ilk Avropa Oyunlarının açılış mərasimində iştirak etmək məqsədilə Bolqarıstan Respublikasının Baş naziri cənab B.Borisov Azərbaycan Respublikasına işgüzar səfər etmişdir.
15-16 yanvar 2018-ci il tarixlərində Bolqarıstan Respublikasının Baş naziri cənab B.Borisov ölkəmizə işgüzar səfər etmişdir. 16 yanvar 2018-ci il tarixində Baş nazir cənab B.Borisov Azərbaycanın ilk aşağıbüdcəli hava şirkəti “Buta Airways” tərəfindən yerinə yetirilən Bakı-Sofiya birbaşa hava əlaqəsi xətti üzrə ilk təyyarənin Bakıda təntənəli yola salma mərasimində iştirak etmişdir.
14-15 mart 2019-cu il tarixlərində Bolqarıstan Respublikasının Baş naziri cənab B.Borisov VII Qlobal Bakı Forumunda iştirak etmək məqsədilə ölkəmizə işgüzar səfər etmişdir.
21 iyul 2022-ci il tarixində Bolqarıstan Respublikasının Baş naziri cənab K.Petkov Azərbaycan Respublikasına səfər etmişdir.
Parlament sədrləri
27-30 sentyabr 2004-cü il tarixlərində Azərbaycan Respublikası Milli Məclisinin sədri cənab M.Ələsgərov Bolqarıstan Respublikasına rəsmi səfər etmişdir.
24-25 noyabr 2006-cı il tarixlərində Bolqarıstan Respublikası Milli Assambleyasının sədri cənab G.Pirinski Azərbaycan Respublikasına rəsmi səfər etmişdir.
19-21 may 2008-ci il tarixlərində Azərbaycan Respublikası Milli Məclisinin sədri cənab O.Əsədov Bolqarıstan Respublikasına rəsmi səfər etmişdir.
13-15 may 2012-ci il tarixlərində Bolqarıstan Respublikası Milli Assambleyasının sədri xanım Ts.Tsaçeva Azərbaycan Respublikasına rəsmi səfər etmişdir.
27-28 noyabr 2012-ci il tarixlərində Bolqarıstan Respublikası Milli Assambleyasının sədri xanım Ts.Tsaçeva Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası (QDİƏT PA) Baş Assambleyasının növbəti 40-cı plenar sessiyasında iştirak etmək məqsədilə Azərbaycan Respublikasına işgüzar səfər etmişdir. Plenar sessiya çərçivəsində QDİƏT-nın Parlament Assambleyasına sədrlik, növbəti rotasiyaya əsasən, Azərbaycandan Bolqarıstana keçmişdir.
18-21 dekabr 2012-ci il tarixlərində Bolqarıstan Respublikası Milli Assambleyası sədrinin müavini cənab G.Pirinski Bakıda keçirilmiş GUAM Parlament Assambleyasının 5-ci iclasında iştirak etmək məqsədilə Azərbaycan Respublikasına işgüzar səfər etmişdir.
19-21 sentyabr 2018-ci il tarixlərində Bolqarıstan Respublikası 44-cü Milli Assambleyasının sədri xanım Tsveta Karayançeva 21 sentyabr 2018-ci il tarixində Azərbaycan Parlamentinin 100 illiyi münasibətilə keçirilmiş təntənəli iclasda iştirak etmək məqsədilə ölkəmizə səfər etmişdir.
19-22 iyun 2019-cu il tarixlərində Bolqarıstan Respublikasının 44-cü Milli Assambleyasının sədri xanım Tsveta Karayançevanın başçılıq etdiyi nümayəndə heyəti Bakıda baş tutmuş QDİƏT PA 53-cü sessiyasında iştirak etmək və QDİƏTPA-da sədrliyi Azərbaycandan təhvil almaq məqsədilə Azərbaycana səfər etmişdir.
11-13 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikası Milli Məclisinin sədri xanım Sahibə Qafarovanın rəhbərlik etdiyi nümayəndə heyəti Bolqarıstan Respublikasına rəsmi səfər etmişdir.
4 mart 2024-cü il tarixində Bolqarıstan Respublikası Milli Assambleyasının sədri cənab Rosen Jelyazkovun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasına rəsmi səfər etmişdir.
17-18 iyun 2025-ci il tarixlərində Bolqarıstan Respublikası Milli Assambleyasının sədri xanım Nataliya Kiselovanın başçılıq etdiyi nümayəndə heyəti Bakıda keçirilmiş QDİƏT PA-nın 65-ci sessiyasında iştirak etmək və QDİƏTPA-da sədrliyi Azərbaycandan təhvil almaq məqsədilə Azərbaycana səfər etmişdir.
Xarici İşlər Nazirləri
9-10 noyabr 1997-ci il tarixlərində Bolqarıstan Respublikasının xarici işlər naziri xanım N.Mixaylova Azərbaycan Respublikasına səfər etmişdir.
15-16 mart 2004-cü il tarixlərində Bolqarıstan Respublikasının xarici işlər naziri cənab S.Passi ATƏT-in fəaliyyətdə olan sədri kimi Azərbaycan Respublikasına səfər etmişdir.
30 aprel 2004-cü il tarixində Bolqarıstan Respublikasının xarici işlər nazirinin müavini cənab İ.Petkovun başçılıq etdiyi nümayəndə heyəti Bakıda keçirilmiş Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının tədbirində iştirak etmək məqsədilə Azərbaycan Respublikasına səfər etmişdir.
04-05 dekabr 2004-cü il tarixlərində Azərbaycan Respublikasının xarici işlər naziri cənab E.Məmmədyarov Sofiyada keçirilmiş ATƏT-in xarici işlər nazirlərinin 12-ci sessiyasında iştirak etmək məqsədilə Bolqarıstan Respublikasına səfər etmişdir.
17-18 aprel 2008-ci il tarixlərində Azərbaycan Respublikasının xarici işlər naziri cənab E.Məmmədyarov Bolqarıstan Respublikasına rəsmi səfər etmişdir.
22 oktyabr 2009-cu il tarixində Bolqarıstan Respublikasının xarici işlər naziri xanım R.Jeleva Bakı şəhərində keçirilmiş Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının növbəti iclasında iştirak etmək məqsədilə Azərbaycan Respublikasına səfər etmişdir.
18 may 2010-cu il tarixində Azərbaycan Respublikası xarici işlər nazirinin müavini cənab M.Məmməd-Quliyev Sofiya şəhərində keçirilmiş Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının xarici işlər nazirlərinin 22-ci iclasında iştirak etmək məqsədilə Bolqarıstan Respublikasına səfər etmişdir.
11-12 dekabr 2012-ci il tarixlərində Bolqarıstan Respublikasının xarici işlər naziri cənab N.Mladenov, Polşa Respublikası Prezident Administrasiyasının rəhbəri cənab J.Mixaylovski və İsveç Krallığının xarici işlər naziri cənab G. Bildtdən ibarət nümayəndə heyəti Azərbaycan Respublikasına səfər etmişlər.
4-7 fevral 2014-cü il tarixlərində Azərbaycan Respublikası xarici işlər nazirinin müavini cənab X.Xələfov Sofiya şəhərində keçirilmiş AR XİN və BR XİN arasında ilk siyasi məsləhətləşmələrdə iştirak etmək məqsədilə Bolqarıstan Respublikasına səfər etmişdir.
18-20 iyun 2014-cü il tarixlərində Azərbaycan Respublikası xarici işlər nazirinin müavini cənab M.Məmməd-Quliyev Varna şəhərində keçirilmiş Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının xarici işlər nazirlərinin 30-cu iclasında iştirak etmək məqsədilə Bolqarıstan Respublikasına səfər etmişdir.
03-05 mart 2015-ci il tarixlərində Azərbaycan Respublikasının xarici işlər naziri cənab E.Məmmədyarov Azərbaycan Respublikasının Prezidenti cənab İ.Əliyevin Bolqarıstana rəsmi səfəri zamanı ölkəmizin nümayəndə heyətinin tərkibində Bolqarıstan Respublikasına səfər etmişdir.
31 oktyabr 2018-ci il tarixlərində Azərbaycan Respublikasının xarici işlər naziri cənab Elmar Məmmədyarovun Bolqarıstana rəsmi səfəri çərçivəsində Strateji Dialoqun birinci iclası keçirilmiş və iki ölkənin xarici işlər nazirləri səviyyəsində ikitərəfli, regional və qlobal məsələlərə dair müzakirələr aparılmışdır.
23-25 iyun 2019-cu il tarixlərində Azərbaycan ilə Bolqarıstan arasında Strateji Dialoqun birinci iclasının nəticələrinin müzakirəsi məqsədilə Bolqarıstan Respublikasının xarici işlər naziri xanım Yekaterina Zaxariyeva Azərbaycana rəsmi səfər etmişdir.
30 may - 1 iyun 2022-ci il tarixlərində Azərbaycan Respublikasının xarici işlər naziri cənab Ceyhun Bayramov Bolqarıstan Respublikasına rəsmi səfər etmişdir.
1 dekabr 2023-cü il tarixində Azərbaycan Respublikası xarici işlər nazirinin müavini cənab Yalçın Rəfiyev Sofiya şəhərində keçirilmiş AR XİN və BR XİN arasında 4-cü siyasi məsləhətləşmələrdə iştirak etmək məqsədilə Bolqarıstan Respublikasına səfər etmişdir.
23-25 iyun 2025-ci il tarixlərində Bolqarıstan Respublikası xarici işlər nazirinin müavini xanım Elena Şekerletova Bakı şəhərində keçirilmiş AR XİN və BR XİN arasında 5-ci siyasi məsləhətləşmələrdə iştirak etmək məqsədilə Azərbaycana rəsmi səfər etmişdir.
30-31 oktyabr 2025-ci il tarixlərində Azərbaycan Respublikası xarici işlər nazirinin müavini cənab Fariz Rzayev Sofiya şəhərində keçirilmiş Azərbaycan-Bolqarıstan Hökumətlərarası Komissiyanın 7-ci iclasında iştirak etmək məqsədilə Bolqarıstan Respublikasına səfər etmişdir.
Parlamentlərarası münasibətlər
Azərbaycan-Bolqarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu 2005-ci ilin dekabr ayında yaradılmışdır. 10 üzvü olan qrupun rəhbəri Milli Məclisin üzvü cənab Eldar Quliyevdir. Bolqarıstan Respublikasının 51-ci Milli Assambleyasında Bolqarıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri cənab Həmid Həmiddir (Hüquqlar və Azadlıqlar Hərəkatı - Yeni Başlanğıc (DPS-NN) partiyasının nümayəndəsi) və 56 üzvü var.
İki ölkənin şəhərləri arasında əlaqələr
Şəki - Qabrovo:
7 oktyabr 2004-cü il tarixində Şəki və Qabrovo şəhərlərinin icra hakimiyyətlərinin başçıları tərəfindən imzalanmış birgə bəyannaməyə əsasən Şəki və Qabrovo şəhərləri qardaşlaşmışlar.
Gəncə - Varna:
21 dekabr 2016-cı il tarixində Varna şəhərinin meri I.Portnihin Gəncəyə səfəri zamanı “Azərbaycanın Gəncə şəhəri ilə Bolqarıstanın Varna şəhəri arasında əməkdaşlığa dair xartiya” imzalanmışdır.
Sumqayıt - Burqas:
2018-ci ildə “Azərbaycan Respublikasının Sumqayıt və Bolqarıstan Respublikasının Burqas şəhərləri arasında dostluq və əməkdaşlıq əlaqələrinin qurulması haqqında Saziş”in imzalanması ilə Sumqayıt və Burqas şəhərləri arasında qardaşlaşmış şəhər əlaqələri qurulmuşdur.
Naxçıvan - Veliko Tırnovo:
18 aprel 2019-cu il tarixində Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhəri ilə Bolqarıstan Respublikasının Veliko Tırnovo şəhəri arasında mədəniyyət, turizm, şəhərsalma, təhsil, elm, iqtisadiyyat və ictimai həyatın digər uyğun sahələrində əməkdaşlığa dair Tərəfdaşlıq Razılaşması imzalanmışdır.
Şuşa - Veliko Tırnovo:
30 oktyabr 2022-ci il tarixində Azərbaycanın Şuşa şəhəri ilə Bolqarıstanın Veliko Tırnovo şəhəri arasında qardaşlaşma haqqında Anlaşma Memorandumu imzalanmışdır.