Səfirin tərcümeyi-halı

Hüseyn Cəlal oğlu Hüseynov

Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri

 

Hüseyn Cəlal oğlu Hüseynov 1977-ci ildə Bakı şəhərində anadan olub. 1998-ci ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu “beynəlxalq münasibətlər” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib, 2000-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Siyasi idarəetmə” fakültəsinin magistratura şöbəsini fərqlənmə diplomu ilə bitirib, 2000-2003-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının aspiranturasında təhsil alıb, 2007-ci ildə siyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb.

1999-2000-ci illərdə Azərbaycan Respublikasının təhsil naziri yanında Azərbaycan Respublikası Tələbə şurasının sədr müavini olub. 2001-ci ildə Xarici İşlər Nazirliyinin Təhlükəsizlik problemləri idarəsinə işə qəbul olub və 2001-2005-ci illərdə adı çəkilən idarədə, həmçinin 2005-2008-ci illərdə Azərbaycan Respublikasının Avropa İttifaqı yanında Nümayəndəliyində, 2009-2011-ci illərdə Xarici İşlər Nazirliyinin Xarici siyasətin planlaşdırılması və strateji araşdırmalar idarəsində, 2011-2015-ci illərdə Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyində müxtəlif vəzifələrdə çalışıb. 2015-2018-ci illərdə Xarici İşlər Nazirliyinin Təhlil və strateji araşdırmalar idarəsinin rəis müavini, 2019-2021-ci illərdə adı çəkilən idarənin rəisi vəzifələrində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2021-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilib.

Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarında və dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı, həmçinin “Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 90 illiyi (1919-2009)” və “Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalları ilə təltif edilib. Yerli və xarici nəşrlərdə dərc edilmiş 30-dan çox elmi məqalənin müəllifidir.



Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti