Humanitar sahədə əlaqələr
Qarşılıqlı səfərlər
2002-ci il 26-31 oktyabr tarixlərində Bolqarıstan Respublikasının Prezidenti (1990-1997) cənab J.Jelev Bakı Slavyan Universitetinin rektorunun dəvəti ilə Azərbaycan Respublikasında səfərdə olmuşdur. Səfər zamanı Bolqarıstan Respublikasının Prezidenti (1990-1997) cənab J. Jelev Azərbaycan Respublikasının Prezidenti cənab H.Əliyev tərəfindən qəbul edilmişdir.
2004-cü il 07 oktyabr tarixində Bolqarıstan Respublikasının Prezidenti cənab G.Pırvanov Azərbaycan Respublikasına rəsmi səfəri zamanı Bakı Slavyan Universitetinin Bolqar Dili və Mədəniyyəti Mərkəzinin açılış mərasimində, habelə ona Bakı Slavyan Universitetinin Fəxri Doktoru adının təltif edilməsi mərasimində iştirak etmişdir.
2011-ci il 09-12 oktyabr tarixlərində Bolqarıstan Respublikasının sabiq Prezidentləri cənab J.Jelev (1990-1997) və cənab P.Stoyanov (1997- 2002) Bakıda keçirilmiş 1-ci Beynəlxalq Humanitar Forumda iştirak etmək üçün Azərbaycan Respublikasında səfərdə olmuşlar. Səfər zamanı Bolqarıstan Respublikasının Prezidenti (1997-2002) cənab P.Stoyanov Azərbaycan Respublikasının Birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı Səfiri, Heydər Əliyev Fondunun Prezidenti xanım M.Əliyeva tərəfindən qəbul edilmişdir.
2011-ci il 28-30 noyabr tarixlərində Bolqarıstan Respublikasının Elmlər Akademiyasının prezidenti cənab N. Sabotinovun Azərbaycan Respublikasına rəsmi səfəri baş tutmuşdur.
2012-ci il 03-06 oktyabr tarixlərində Bolqarıstan Respublikasının Prezidenti (1990-1997) cənab J.Jelev, Bolqarıstan Respublikasının Prezidenti (1997-2002) cənab P.Stoyanov, Bolqarıstan Respublikasının Prezidenti (2002-2012) cənab G.Pırvanov və Bolqarıstanın Xarici İşlər naziri (2001-2005) cənab S.Passi Bakıda keçirilmiş 2-ci Beynəlxalq Humanitar Forumda iştirak etmək üçün Azərbaycan Respublikasında səfərdə olmuşlar. Səfər zamanı Bolqarıstan Respublikasının Prezidenti (1997-2002) cənab P.Stoyanov və Bolqarıstan Respublikasının Prezidenti (2002-2012) cənab G.Pırvanov Azərbaycan Respublikasının Birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı Səfiri, Heydər Əliyev Fondunun Prezidenti xanım M.Əliyeva tərəfindən qəbul edilmişlər.
2012-ci il 03-06 oktyabr tarixlərində Sofiya şəhərinin İcra hakimiyyətinin başçısı xanım Y.Fandıkova, Kliment Ohridski adına Sofiya Universitetinin rektoru cənab İ.İlçev, Bolqarıstanın Milli İncəsənət Akademiyasının rektoru cənab S.Kokalov, Konstantin Preslavski adına Şumen Universitetinin rektoru xanım M.Georgieva, BR Dövlət Arxiv Agentliyinin sədri cənab M.İvanov, Bolqarıstan Teleqraf Agentliyinin Baş direktoru cənab M.Minçev, Bolqarıstan Milli Televiziyasının Baş direktoru xanım V.Ankova və Bolqarıstan Milli Radiosunun Baş direktoru cənab V.Todorov Bakıda keçirilmiş 2-ci Beynəlxalq Humanitar Forumda iştirak etmək üçün Azərbaycan Respublikasında səfərdə olmuşlar.
2013-cü il 06-08 may tarixlərində Bolqarıstan Respublikasının Prezidenti (1997-2002) cənab P.Stoyanovun 2013-cü ilin 07-08 may tarixlərində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin və Madrid Klubunun təşkilatçılığı ilə Bakı şəhərində keçirilmiş 1-ci Cənubi Qafqaz forumunda iştirak etmək üçün Azərbaycan səfəri baş tutmuşdur.
2013-cü il 14-17 may tarixlərində prof. Assen Zlatarov adına Burgas Universitetinin rektoru cənab P.Petkov, Qabrovo Texniki Universitetinin rektoru cənab İ.İlarionov və Sofia Texniki Universitetinin rektorunun müavini cənab İ.Kralovdan ibarət nümayəndə heyətinin Azərbaycan Respublikasına səfəri baş tutmuşdur.
2013-cü il 23-26 may tarixlərində Bakı Slavyan Universiteninin rektoru cənab K.Abdullayevin 2013-cü ilin 23-26 mart tarixlərində Sofiya şəhərində keçirilmiş bolqarşünaslıq üzrə 3-cü beynəlxalq kongresdə iştirak etmək üçün Bolqarıstan Respublikasına səfəri baş tutmuşdur.
2013-cü il 29 may–02 iyun tarixlərində Bolqarıstan Respublikası Prezidenti (2002- 2012) cənab G.Pırvanovun 2013-cü ilin 29 may - 01 iyun tarixlərində Bakı şəhərində keçirilmiş Mədəniyyətlərarası Dialoq 2-ci Beynəlxalq forumda iştirak etmək üçün Azərbaycana səfəri baş tutmuşdur.
2013-cü il 04-06 avqust tarixlərində Bolqarıstan Respublikasının Prezidenti (1997-2002) cənab P.Stoyanovun 2013-cü ilin 05-06 avqust tarixlərində Bakı şəhərində keçirilmiş Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun yüksək səviyyəli hazırlıq görüşündə iştirak etmək üçün Azərbaycana səfəri baş tutmuşdur.
2013-cü il 25-28 sentyabr tarixlərində Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetinin 125-illiyinə həsr olunmuş tədbirdə və Sofiya Universitetinin Klassik və yeni filologiya fakültəsinin nəzdində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin açılış mərasimində iştirak etmək üçün Bakı Slavyan Universitetinin tədris işləri üzrə prorektoru prof. A.Hacıyevin başçılıq etdiyi nümayəndə heyətinin Bolqarıstan Respublikasına səfəri baş tutmuşdur.
2013-ci il 30 oktyabr-02 noyabr tarixlərində Bolqarıstan Respublikasının Prezidenti (2002- 2012) cənab G.Pırvanovun 2013-cü ilin 31 oktyabr – 01 noyabr tarixlərində Bakı şəhərində keçirilmiş 3-cü Beynəlxalq Humanitar Forumda iştirak etmək üçün Azərbaycana səfəri baş tutmuşdur.
2014-cü il 27-29 aprel tarixlərində Bolqarıstan Respublikasının Prezidenti (1997-2002) cənab P.Stoyanovun Bakı şəhərində keçirilmiş 2-ci Qlobal Açıq Cəmiyyətlər Forumunda iştirak etmək üçün Azərbaycana səfəri baş tutmuşdur.
2014-cü il 22-24 may tarixlərində Plovdiv Kənd Təsərrüfatı Universitetinin rektoru xanım K.Yançevanın Bakı şəhərində keçirilmiş 8-ci Azərbaycan Beynəlxalq kənd təsərrüfatı sərgisində iştirak etmək məqsədilə Azərbaycan Respublikasına səfəri baş tutmuşdur.
2014-cü il 01-03 oktyabr tarixlərində Bolqarıstan Respublikasının Milli Elmlər Akademiyasının Prezidenti cənab S.Vodeniçarovun 2014-cü il 01-03 oktyabr tarixlərində Bakı şəhərində keçirilmiş 4-cü Beynəlxalq Humanitar Forumda iştirak etmək üçün Azərbaycana səfəri baş tutmuşdur.
2015-ci il 19-20 aprel tarixlərində Ruse Universitetinin rektoru X.Beloyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri baş tutmuşdur.
2015-ci il 28-29 aprel tarixlərində Bolqarıstan Respublikasının Prezidenti cənab R.Plevnelievin Bakı şəhərində keçirilmiş 3-cü Qlobal Açıq Cəmiyyətlər Forumunda iştirak etmək üçün Azərbaycana səfəri baş tutmuşdur.
2015-ci il 17-21 may tarixlərində Bolqarıstan Respublikasının Vitse-Prezidenti xanım M.Popovanın, Mədəniyyət naziri V.Raşidovun və Turizm naziri T.Angelkovanın Bakı şəhərində keçirilmiş 3-cü Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək üçün Azərbaycana səfərləri baş tutmuşdur.
2016-cı il 22 sentyabr tarixində Heydər Əliyev Fondunun prezidenti M.Əliyeva və Fondun vitse-prezidenti L.Əliyeva Heydər Əliyev Fondunun dəstəyi ilə Bolqarıstanın Veliko Tırnovo şəhərində bərpa olunmuş “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun açılış mərasimində iştirak etmək məqsədilə Bolqarıstana səfər etmişlər. Tədbirdə Bolqarıstanın Baş Naziri B.Borisov, Veliko Tırnovo şəhərinin meri D.Panov və digər rəsmi şəxslər iştirak etmişlər.
2016-cı il 29-30 sentyabr tarixlərində Bolqarıstan Respublikasının Vitse-Prezidenti xanım M.PopovaBakıda keçirilmiş 5-ci Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün Azərbaycana səfər etmişdir.
2017-ci il 9-13 aprel tarixlərində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik A.Əlizadənin rəhbərlik etdiyi və AMEA-nın vitse-prezidenti İ.Quliyev və İctimaiyyətlə əlaqələr və elim populyarlaşdırılması idarəsinin rəisi Z.Fərzəliyevdən ibarət nümayəndə heyəti Bolqarıstan Elmlər Akademiyasının (BEA) prezidenti akademik Y.Revalskinin dəvəti əsasında Bolqarıstana səfər etmişdir.
2017-ci il 5-6 may tarixlərində Bakıda keçirilmiş 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək məqsədilə BR vitse-prezidenti İ.Yotovanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər etmişdir.
2018-ci il 25-26 oktyabr tarixlərində 6-cı Bakı Beynəlxalq Humanitar Forumunda iştirak məqsədilə Bolqarıstanın Milli və Dünya İqtisadiyyatı Universitetinin rektoru S.Statev Azərbaycana səfər etmişdir.
2021-ci il 27-30 sentyabr tarixlərində Bolqarıstanın Ayrı-seçkilik əleyhinə Müdafiə Komissiyasının dəvəti əsasında Azərbaycan Respublikasının İnsan
Hüquqları üzrə Müvəkkili xanım Səbinə Əliyeva Bolqarıstana səfər etmişdir. Həmçinin, xanım S.Əliyevanın dəvətinə əsasən, Bolqarıstanın Ayrı-seçkilik əleyhinə Müdafiə Komissiyasının sədri xanım A.Cumaliyeva həmin il 24-27 oktyabr tarixlərində Azərbaycanda səfərdə olmuşdur.
2023-cü il 4-5 iyul tarixində AMEA-nın prezidenti İ.Həbibbəylinin Bolqarıstana səfəri zamanı AMEA ilə Bolqarıstan Elmlər Akademiyası arasında imzalanan əməkdaşlıq müqaviləsində iki akademiya arasında elmi əməkdaşlığın gücləndirilməsi və informasiya və kommunikasiya elmləri və texnologiyaları, süni intellekt, seysmologiya, iqlim dəyişikliyi və risklər, kosmik tədqiqatlar və texnologiya, mədəni-tarixi irs və milli kimlik, insan və cəmiyyət və dil, mədəniyyət və incəsənət sahələrində əlaqələrin genişləndirilməsi nəzərdə tutulmuşdur.
2025-ci il 13-15 mart tarixlərində Bolqarıstan Respublikasının xarici işlər naziri cənab Georq Georgiyev Azərbaycana səfər edərək 12-ci Qlobal Bakı Forumunun panel iclasında çıxış etmişdir.
2025-ci il aprelin 30-da Bolqarıstanda səfərdə olan Bakı Slavyan Universitetinin rektoru A.Nağıyev Bolqarıstan Elmlər Akademiyasının prezidenti xanım E.Slavçeva, həmçinin Sofiya Universitetinin rəhbər şəxsləri ilə görüşlər keçirmişdir.
Mədəniyyət sahəsində əlaqələr
İmzalanmış sənədlər
08 aprel 2011-ci il –Bakı şəhərində imzalanmışdır -Azərbaycan Respublikası Hökuməti və Bolqarıstan Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlığa dair Saziş
27 may 2015-ci il – Sofiya şəhərində imzalanmışdır – “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun bərpası və yenidən qurulması və texniki infrastrukturun bərpası və təmiri” haqqında Saziş
04 iyul 2019 –Bakı şəhərində imzalanmışdır - Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Bolqarıstan Respublikasının Mədəniyyət Nazirliyi arasında 2019-2023-cü illər üzrə mədəniyyət sahəsində əməkdaşlıq haqqında Proqram
Mədəniyyət sahəsində əməkdaşlıq
Azərbaycan ilə Bolqarıstan arasında humanitar əlaqələr ənənəvi olaraq yüksək səviyyədə inkişaf etmişdir. Artıq XX əsrin əvvəlindən hər iki xalqın görkəmli şair və yazıçılarının əsərləri qarşılıqlı olaraq Azərbaycan və bolqar dillərinə tərcümə edilmişdir.
2004-cü ildən Bakı Slavyan Universitetində Bolqar Dili və Mədəniyyəti Mərkəzi fəaliyyət göstərir, eləcə də bolqar dili, tarixi və mədəniyyəti tədris olunur. Bununla yanaşı, 2013-cü ildən Sofiya Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi fəaliyyət göstərməkdədir. Multikulturalizmin Azərbaycan modeli Sofiya Universitetinin tədris planına daxil edilmişdir.
Hazırda Azərbaycanın Şəki şəhəri ilə Bolqarıstanın Qabrovo şəhəri, Sumqayıt ilə Burqas, Gəncə ilə Varna, Şuşa ilə Veliko Tırnovo şəhərləri arasında qardaşlaşma əlaqələri qurulmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 30 sentyabr-1 oktyabr 2022-ci il tarixində Bolqarıstana rəsmi səfəri zamanı “Şuşa və Veliko Tırnovo şəhərləri arasında qardaşlaşma əlaqələrinin təsis edilməsinə dair Anlaşma Memorandumu”nun imzalanması ilə iki ölkənin mədəniyyət paytaxtları arasında rəsmi əlaqələr təsis edilmişdir.
Heydər Əliyev Fondu tərəfindən 2016-cı ildə Bolqarıstanın Veliko Tırnovo şəhərində yerləşən “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun bərpasına tutarlı ianə edilmişdir.
Son illər ərzində BR-də həyata keçirilmiş təşviqat və mədəniyyət tədbirləri arasında aşağıdakıları qeyd etmək olar: dahi bəstəkar Üzeyir Hacıbəylinin 135 illik yubileyi münasibətilə müəllifi olduğu “Arşın mal alan” operettası Sofiya şəhər Dövlət Musiqi və Balet Mərkəzində bolqar dilində səhnəyə qoyulmuş, Bəstəkar Fikrət Əmirovun 100 illiyi əlaqədar Sofiya Opera və Balet Teatrında “Min bir gecə” baletinin premyerası keçirilmiş, Şuşa şəhərinin təməlinin qoyulmasının 270 illiyi və “Şuşa İli” ilə Bolqarıstanın paytaxtı Sofiya şəhərində açıq səma altında “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri” adlı fotosərgi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyatı və siyasi fəaliyyətindən bəhs edən, Ulu Öndərin böyük fədakarlığı və yüksək vətənpərvərliyini əks etdirən “Bir həsədin tarixi” sənədli filmi, həmçinin Azərbaycanın parlaq qələbəsinin rəmzi olan Xarıbülbül gülünün hekayəsindən bəhs edən “Xarıbülbül əfsanəsi” sənədli filmi Sofiya Beynəlxalq Film Festivalında nümayiş etdirilmiş, Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi və Türkiyə Respublikasının qurulmasının 100 illiyinə həsr olunmuş təntənəli konsert Azərbaycan və Türkiyə sənətçilərinin iştirakı ilə Sofiya şəhəri mərkəzi konsert zalında keçirilmiş, Bolqarıstan Yazıçılar İttifaqı tərəfindən bolqar dilinə tərcümə edilmiş Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən “Heydər Əliyev 100” kitabının təqdimat mərasimin keçirilmiş, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müdrik rəhbərliyi və yenilməz Azərbaycan əsgərinin canı və qanı hesabına əldə edilən şanlı qələbədən bəhs edən qısametrajlı sənədli filmlərin nümayişi və 8 Noyabr - Zəfər Gününə həsr olunmuş bayram konserti təşkil edilmiş, Baku Media şirkətinin dəstəyi ilə Şuşa şəhərinin əsrarəngiz təbiəti, qədim tarixi və mədəniyyət incilərini əks etdirən fotolardan ibarət Sofiya şəhərinin mərkəzi rəsm qalereyasında “Şuşa şəhəri – Azərbaycan, Türk və İslam dünyasının mədəniyyət paytaxtı” fotosərgi keçirilmiş, Sofiyada hər il keçirilən MENAR Beynəlxalq Film Festivalı çərçivəsində təşkil olunan Azərbaycan kinosu gecəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təqdim etdiyi bədii filmlər, həmçinin 20 Yanvar faciəsinə həsr olunmuş sənədli film nümayiş etdirilmiş, Azərbaycanın Dövlət Müstəqilliyinin bərpasının 33-cü ildönümü münasibətilə Sofiya şəhərində tarzən Sahib Paşazadə və xanəndə Təyyar Bayramovun iştirakı, həmçinin Sofiya simfonik orkestri və Bolqarıstan Respublikasının incəsənət xadimlərinin müşayiəti ilə etno-simfonik konsert keçirilmiş, Sozopol şəhərində “Soleil” Beynəlxalq Frankofoniya Festivalı çərçivəsində Azərbaycanın Şuşa şəhərinin tarixi-mədəni irsinin təbliği məqsədilə “Xarı bülbül – məhəbbət və sülhün rəmzi” və “Şuşa – Azərbaycanın mədəniyyət irsinin incisi” adlı rəsm və foto sərgiləri, həmçinin musiqili-ədəbi gecəsi təşkil olunmuş, Sofiya Universitetində 2025-ci il oktyabrın 17-də Konstitusiya və Suverenlik ilinə həsr olunmuş sərginin açılış mərasimi baş tutmuş, eləcə də Veliko Tırnovo şəhərində keçirilən 20-ci Beynəlxalq Mədəni turizm sərgisində Azərbaycan mədəniyyətinə, eləcə də Şuşa şəhərinin Azərbaycan tarixi və mədəniyyətində oynadığı müstəsna rola dair sərgi keçirilmişdir.