news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 28 may 2021

Sofiyada 28 May – Respublika Günü qeyd olunub

Azərbaycanın Bolqarıstandakı səfirliyinin təşəbbüsü və Sofiya Şəhər Bələdiyyəsinin dəstəyi ilə Sofiyada yerləşən “Cənub” parkında 28 May – Respublika Günü münasibətilə ağacəkmə mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə açan Azərbaycanın Bolqarıstandakı səfiri Hüseyn Hüseynov 28 may 1918-ci il tarixində müsəlman dünyasında ilk demokratiyanın – Azərbaycan Demokratik Respublikasının (ADR) əsasının qoyulduğunu, daxili və xarici çətinliklərə baxmayaraq, gənc respublikanın səmərəli dövlət quruculuğu, vətəndaşlarının hüquqlarının qorunması və beynəlxalq ictimaiyyətin etimadının qazanmasına nail olduğunu ifadə edib.

Səfir il Azərbaycan xalqının Respublika Gününü Vətən Müharibəsi zamanı qazanılan böyük qələbənin sevinci ilə yanaşı, xüsusi qürur hissi ilə qeyd etdiyini, Azərbaycanın zəfər çalaraq beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü bərpa etdiyini söyləyib.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti