news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 28 mart 2017

Azərbaycan Respublikasının dövlət sərhədinin buraxılış məntəqələrində “ASAN Viza” sistemi yaradılacaqdır

Azərbaycan Respublikasının Prezidentinin 2677 saylı 20 fevral 2017-ci il tarixli Sərəncamına əsasən, Azərbaycan Respublikasının Rusiya Federasiyası, Türkiyə Respublikası, İran İslam Respublikası və Gürcüstan ilə dövlət sərhədinin buraxılış məntəqələrində əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə “ASAN ödəniş” terminalları vasitəsilə “ASAN Viza” sisteminə daxil olaraq elektron viza üçün müraciət etmək imkanı yaradılacaqdır. Sözügedən Sərəncamın tətbiqi barədə əlavə məlumat yerləşdiriləcəkdir.

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti