Azərbaycan Respublikası Səfirliyinin nümayəndələri yeni tədris ilinin açılışında iştirak ediblər
Azərbaycan Respublikası Səfirliyinin nümayəndələri, müvəqqəti işlər vəkili Çingiz Qəribli və üçüncü katib Emin Məmmədov Sofiya Universitetinin Klassik və Müasir Filologiya fakültəsinin “Türkologiya” ixtisasının 2025-2026-cı tədris ilinin açılışında iştirak ediblər. Onlar 2013-cü ildən Sofiya Universitetində tədris olunan fənlərin - Azərbaycan dili, Azərbaycan ədəbiyyatı, Azərbaycan multikulturalizmi və Azərbaycan dilində bədii mətnlər - Azərbaycan və Bolqarıstan arasında mədəni əlaqələrin dərinləşdirilməsində, eyni zamanda ümumbəşəri dəyərlərin təbliğində xüsusi əhəmiyyətə malik olduqlarını vurğulayıblar.