Bolqarıstana səfər edəcək Azərbaycan Respublikası vətəndaşları və yük daşıyıcılarının nəzərinə!
Bolqarıstan Respublikası Xarici İşlər Nazirliyindən daxil olmuş məlumata əsasən nəzərinizə çatdırırıq ki, 8 aprel 2018-ci il saat 20:00-dan 10 aprel 2018-ci il saat 08:00-dək Bolqarıstanın İnteqrasiya olunmuş Gömrük İnformasiya Sisteminin “Rüsumlar və icazələr” rejimində texniki quraşdırma işlərinin görüləcəkdir. Bu səbəbdən Bolqarıstana giriş və çıxış zamanı ölkədəki bütün gömrük-keçid məntəqələri gecikmə ilə müşahidə olunacaq texniki qəza rejimində çalışacaqdır.
Bolqarıstana səfər edəcək Azərbaycan Respublikası vətəndaşları və yük daşıyıcılarının səfər planlamalarını edərəkən sözügedən tarixlərdə ölkədəki bütün gömrük-keçid məntəqələrinin gecikmə ilə müşahidə olunacaq texniki qəza rejimində çalışacağını nəzərə almalarını xahiş edirik!