news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 21 yanvar 2026

MENAR Beynəlxalq Film Festivalında Azərbaycan Kino Gecəsi – kino, yaddaş və bəşəri mesaj

Sofiyada keçirilən 18-ci MENAR Beynəlxalq Film Festivalı çərçivəsində Kino Evində Azərbaycan Kino Gecəsi keçirildi. Tədbirdə 1990-cı il yanvarın 20-də baş verən faciəli, lakin şərəfli hadisələrin anılması ilə bağlı dərin tarixi mesaj kinonun mədəni körpü gücü ilə vəhdət təşkil etdi. Gecədə İki film nümayiş etdirildi: 20 yanvar hadisələrinin 36-cı ildönümünə həsr olunmuş qısametrajlı film və digəri “Dərs”.
Tədbirdə Azərbaycanın Bolqarıstandakı səfirliyinin kollektivi, diplomatlar, Bolqarıstandakı Azərbaycan icmasının üzvləri və bolqarıstanlı qonaqlar iştirak edirdi.
Festivalın təşkilatçısı olan Pozor Assosiasiyasının rəhbəri Zdravko Qriqorov qonaqları salamlayaraq, Azərbaycanın MENAR proqramında uzun müddətdir iştirakını və Azərbaycan filmlərinə davamlı marağın movcudluğunu qeyd etdi. O fəal tərəfdaşlığına görə səfirliyə xüsusi minnətdarlıqlarını bildirərək qonaqlar arasında filmin güclü maarifləndirici və humanist mesaj ünvanladığı gənclərin çoxsaylı iştirakını təqdir etdi.

Azərbaycanın Bolqarıstandakı səfirliyinin müvəqqəti işlər vəkili Çingiz Qəribli çıxışında tamaşaçıları salamlayaraq, Azərbaycan Kino Gecəsinin təşkilinə görə festival rəhbərliyinə minnətdarlığını bildirdi. O, 20 Yanvarın Azərbaycanın müstəqillik uğrunda mübarizəsində dönüş nöqtəsi kimi əhəmiyyətini vurğuladı. “1990-cı ilin həmin faciəli gecəsində hərbi gücdən istifadə Azərbaycan xalqının iradəsini qırmaq və onların azadlıq əzmini qırmaq məqsədi daşıyırdı. Amma bu qırğın əks təsir yaratdı. 20 Yanvar hadisələri milli birliyi gücləndirdi, dərin tarixi şüuru oyatdı və Azərbaycanın müstəqillik yolunda həlledici dönüş nöqtəsi oldu. Günahsız insanların şəhid olması ağrını qətiyyətə çevirdi və xalqın suverenliyini bərpa etmək və müstəqil dövlət qurmaq əzmini təsdiqlədi”, - deyə o bildirdi. Çingiz Qəribli, həmçinin "Dərs" filmində milli sərhədləri aşan və ortaq insani dəyərlərin dilində danışan xeyirxahlıq, şəfqət və qəbul olunma arzusu kimi universal mövzularının tərənnüm edildiyini diqqətə çatdırdı.

Proqramda mərkəzi yer "Qanlı Yanvar" kimi tanınan faciəli hadisələrin 36-cı ildönümünə - 20 yanvar 1990-cı ilə həsr olunmuş qısa video təqdimatın nümayişinə verildi. Videomaterialda Sovet ordusunun hücumu nəticəsində Bakıda dinc əhalinin kütləvi qırğınına səbəb olduğu bu günün Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda mübarizəsində dönüş nöqtəsi kimi əhəmiyyəti xatırladılıraraq, 20 Yanvarın xatirəsininnin milli kimlik və tarixi ədalətin təməli kimi rolu vurğulanırdı.
Film gecəsində nümayiş etdirilən "Dərs" (2015) filmi müasir Azərbaycan kinosunu Bolqarıstan tamaşaçılarına təqdim etmək üçün ardıcıl səylərinin bir hissəsi olaraq, səfirliyin fəal iştirakı ilə festival proqramı üçün xüsusi olaraq seçilib. Film, səmimiyyətinə və başqalarına kömək etmək istəyinə baxmayaraq, sinif yoldaşları tərəfindən tez-tez səhv başa düşülən və rədd edilən Xalidin hekayəsini danışır. Film, Xalid obrazı vasitəsilə məktəb mühitində bir-birinin problemini anlamaq, tolerantlıq və mənəvi seçimlə bağlı vacib suallara cavab verir.

18. MENAR Beynəlxalq Film Festivalı Yaxın Şərq, Orta Asiya və Şimali Afrikadan 50-dən çox bədii, sənədli və qısametrajlı film təqdim edir. 2009-cu ildə təsis edilən forum, kino vasitəsilə İslam dünyasının ənənələrinin və müasir mövzularının zənginliyini ortaya qoyan mədəni dialoq platforması kimi özünü təsdiqləyib.

Azərbaycan Kino Gecəsi təkcə mədəni tədbir deyil, həm də tarixə hörmətin və xalqları birləşdirmək, xatirələri qorumaq və mədəniyyətlər arasında anlaşmanı təşviq etmək sənətinin gücünə inamın simvolik bir jesti kimi yadda qaldı.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti