No:043/18, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Baş Prokurorluğun 1988-ci il Sumqayıt ixtişaşları ilə əlaqədar birgə bəyanatı (AZ/RU)
1980-ci illərin sonlarından başlayaraq Ermənistan Azərbaycana qarşı əsassız və qeyri-qanuni ərazi iddialarını həyata keçirməyə cəhd göstərərək zorakılıq əməllərinə, terrora, etnik zəmində təxribatlara və hərbi gücdən istifadəyə əl atdı. Bu zorakılıq əməlləri Azərbaycanın Dağlıq Qarabağ regionu və Ermənistan ərazisində yaşayan köklü Azərbaycan əhalisinə qarşı hücumlarla başlayaraq, 1991-ci ildən Ermənistanın Azərbaycana qarşı açıq hərbi təcavüzü ilə davam etdi, minlərlə azərbaycanlı mülki əhalinin öldürülməsi, bir milyondan artıq azərbaycanlının Ermənistan ərazisində və işğal olunmuş Azərbaycan ərazilərində qanlı etnik təmizləməyə məruz qalması, işğal olunmuş ərazilərin talan edilməsi ilə nəticələndi.
Ermənistan ərazisində yaşayan azərbaycanlı əhalinin kütləvi qovulmasını, Dağlıq Qarabağın Azərbaycandan ayrılmasını, Ermənistanın Azərbaycana qarşı qeyri-qanuni işğalçılıq və anneksiya siyasətini və bu məqsədə nail olmaq üçün zorakı metodlarını “əsaslandırmaq” üçün anti-Azərbaycan kampaniya həyata keçirən Ermənistan rəhbərliyi, erməni şovinist ideoloqları və ekstremist təşkilatları 80-ci illərin sonlarında Azərbaycanın müxtəlif regionlarında etnik zəmində qarşıdırma planlaşdırır və həyata keçirirdilər.
1988-ci ilin fevralında Sumqayıtda etnik zəmində törədilən iğtişaş həmin dövrdə bu sıradan olan məqsədyönlü təxribatların kulminasiyası idi.
Bakının 30 kilometrliyində yerləşən, on beşdən artıq müxtəlif millətin yaşadığı Sumqayıt şəhərinin əhalisi 1988-ci ildə 258.000 nəfər təşkil edirdi və bunun təqribən 18.000-ni etnik ermənilər idi. 1988-ci ilin fevralına qədər Sumqayıtda etnik zəmində hər hansı qarşıdurma olmamış və bu gün də Sumqayıt digər Azərbaycan şəhərləri kimi çoxmillətli və çox konfessiyalı xüsusiyyətini saxlamaqdadır.
1988-ci ilin 26 fevralında Sumqayıtın mərkəzi meydanı Azərbaycanın Dağlıq Qarabağ regionunda ermənilər tərəfindən iki gəncin öldürülməsinə etiraz olaraq nümayişçilər tərəfindən tutuldu. Erməni ekstremistləri və təxribatçı agentlər tərəfindən bu etiraz aksiyası iğtişaşa doğru təhrik edildi.
İğtişaşı araşdırmaq üçün SSRİ Baş Prokurorluğu tərəfindən cinayət işi başlandı, xüsusilə mühüm işlər üzrə müstəntiq Vladimir Qalkinin rəhbərliyi ilə ölkənin müxtəlif regionlarından cəlb edilmiş 231 nəfər istintaqçı və bir o qədər də əməliyyatçıdan ibarət xüsusi istintaq-əməliyyat qrupu yaradıldı. SSRİ Baş Prokurorluğu tərəfindən aparılan istintaq nəticəsində iğtişaş zamanı 26 erməni, 6 azərbaycanlı olmaqla, 32 nəfərin öldürüldüyü müəyyən edildi, məhkəmənin qərarı ilə 92 nəfər uzunmüddətli həbs cəzasına, 1 nəfər isə ölüm hökmünə məhkum olundi.
Lakin SSRİ Baş Prokurorluğu tərəfindən aparılmiş istintaqla iğtişaş iştirakçılarının yalnız bir qismi müəyyən edilib məhkəmənin qərarı ilə cəzalandırıldı, SSRİ-nin siyasi rəhbərliyi və SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin təzyiqləri nəticəsində istintaq məntiqi sonluğa çatdırılmadı, onun təşkilatçıları və sifarişçiləri müəyyən edilmədi.
Bu cinayətin əsl mahiyyətini açmaq, SSRİ Baş Prokurorluğunun üstündən sükutla keçdiyi məqamları araşdırmaq üçün Azərbaycanın qəti siyasi iradəsinin təzahürü olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi və Azərbaycan Respublikası Baş prokurorunun 19 mart 2010-cu il tarixli qərarı ilə həmin kütləvi iğtişaşlarla əlaqədar keçmiş SSRİ Baş Prokurorluğu tərəfindən istintaqı aparilaraq sonradan dayandırılmış 5 cinayət işinin icraatı təzələnərək vahid icraatda birləşdirildi və istintaqın aparılması Baş prokurorun birinci müavininin rəhbərliyi ilə prokurorluq, daxili işlər nazirliyi və dövlət təhlükəsizlik xidmətinin müstəntiq və əməliyyatçılarından ibarət yaradılmış istintaq-əməliyyat qrupuna həvalə edildi.
Hazırkı istintaq qrupu tərəfindən toplanmış materialların qiymətləndirilməsi və təhlili təsdiq edir ki, Sumqayıtdakı iğtişaş Azərbaycana qarşı Ermənistan xüsusi xidmət orqanları və SSRİ Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən təşkil edilmiş təxribat olub. SSRİ Konstitusiyası əsasında Dağlıq Qarabağın Azərbaycandan ayrılmasının qeyri-qanuniliyi dərk edən erməni ideoloqları və SSRİ rəhbərliyində onları açıq dəstəkləyən şəxslər ermənilərin və azərbaycanlıların birgə yaşamasının qeyri-mümkünlüyünü əsaslandırmaq, azərbaycanlıların artıq tam şəkildə Ermənistan ərazisindən qovulmasını təmin etmək və Azərbaycanı nüfuzdan salmaq üçün bu təxribata əl atmışlar.
Həmin təxribatın törədilməsində SSRİ DTK-nın məqsədi SSRİ-nin əyalətlərində vəziyyəti gərginləşdirərək güclənən mərkəzdənqaçma meyllərini dayandırmaq, sərt repressiya metodlara əl atmağa bəraət qazandırmaq və güclü mərkəzi Sovet hakimiyyəti olmadan Sovet respublikalarının müstəqil yaşaya bilməyəcəklərini nümayiş etdirmək olmuşdur. Sumqayıt hadisələrinə bənzər iğtişaş və təxribatlar DTK tərəfindən Oş (Qırğızıstan), Fərqanə (Özbəkistan), Tbilisi (Gürcüstan), Vilnüs (Litva) və digər ərazilərdə təşkil olunmuşdu.
Hadisələr ərəfəsində və hadisələr baş verən gün Sumqayıt şəhərində və ətrafında SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunları və ordu birləşmələrinin kifayət qədər canlı qüvvəsi və texnikası olsa da, onlar tərəfindən vəziyyətin nəzarət altına alınması üçün vaxtında qabaqlayıcı tədbirlər görülməyib.
Evlərə basqın və digər zorakılıq hərəkətləri əvvəlcədən hazırlanmış siyahı və xüsusi plan əsasında əslən erməni olan Sumqayıt şəhər sakini, dəfələrlə məhkum olunmuş Eduard Qriqoryanın bilavasitə rəhbərliyi və göstərişləri üzrə həyata keçirilmiş, hücumlara məruz qalan ermənilər isə Dağlıq Qarabağın Azərbaycandan ayrılması məqsədini güdən gizli “Krunk” və “Karabakh” komitələrinə ianə verməkdən imtina edən şəxslər olmuşlar.
İğtişaşlarda E.Qriqoryan ermənilərə qarşı xüsusi qəddarlığı ilə seçilmiş, zorlamaya məruz qoyduğu erməni Məjlumyan bacıları tərəfindən istintaq zamanı qəti olaraq tanınmışdır. Məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilən E.Qriqoryan SSRİ dağılandan sonra Ermənistanın həbsxanasına köçürülüb və oradan da dərhal müəmmalı şəkildə azadlığa buraxılıb. Hazırda istintaqı aparılan cinayət işi üzrə ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə, qrup halında zorlama və digər ağır cinayətləri törətməkdə təqsirləndirilən, barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilərək beynəlxalq axtarış elan edilmiş E.Qriqoryanın faktiki yaşadığı ünvanın operativ kanallarla müəyyən olunmasına və ictimaiyyətə bu barədə məlumat verilməsinə baxmayaraq, o, Ermənistanın xüsusi xidmət orqanlarının himayəsi altında üçüncü ölkənin ərazisində azadlıqda yaşamaqda davam edir.
Cinayət işinin materialları bir daha göstərir ki, Sumqayıtın azərbaycanlı sakinlərinin fərdi humanizmi və şücaəti olmasaydı, hadisələr planlaşdırılmış təxribat planına uyğun olaraq, daha geniş miqyas alardı. Milliyyətcə erməni olan şahidlərin ifadələrindən göründüyü kimi, onlarla erməni hadisələr vaxtı azərbaycanlı ailələr tərəfindən öz evlərində yerləşdirilməklə xilas edilmişdir.
SSRİ dövründə foto-video çəkilişə xüsusi nəzarət və senzura tətbiq olunmasına baxmayaraq, hadisələrin əvvəlcədən quraşdırılmış vasitələrlə foto-video çəkilişi aparılmış və dərhal SSRİ ərazisindən çıxarılaraq erməni lobbi təşkilatları vasitəsilə anti-Azərbaycan kampaniyasının tərkib hissəsi kimi yayılmışdır.
Ermənistan və erməni lobbisi dairələri tərəfindən Sumqayıt hadisələri qəsdən Azərbaycana qarşı təbliğat və dezinformasiya məqsədilə istifadə edilsə də, Azərbaycan dövlətinin həyata keçirdiyi tədbirlər, aparılmış obyektiv və faktlara söykənən istintaq materialları ilə həmin iğtişaşların məhz erməni millətçilərinin və onların havadarlarının öz məkrli niyyətlərinə nail olmaq məqsədilə təşkil edilərək törədilməsi kifayət qədər və təkzibedilməz faktlarla sübuta yetirilib.
Hazırda qeyd olunan iğtişaşların bütün sifarişçisi və iştirakçılarının aşkarlanaraq cinayət məsuliyyətinə cəlb olunması, eləcə də onların və havadarlarının ifşa olunması istiqamətində kompleks istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Sumqayıt hadisələri ilə əlaqədar daha ətraflı arayış bu keçidlərdən əldə edilə bilər:
http://www.mfa.gov.az/files/file/Sumgayit_events.pdf
http://www.prokurorluq.gov.az/sumqayit/index.php
Mətbuat konfransının video görüntüsünü buradan izləyə bilərsiniz.
------------------------------------
неофициальный перевод
Совместное заявление Министерства Иностранных Дел Азербайджанской Республики и Генеральной Прокуратуры Азербайджанской Республики в связи с Сумгаитскими беспорядками 1988 года
С конца 80-х годов Армения, в попытке реализовать свои необоснованные и незаконные территориальные претензии к Азербайджану, прибегла к насилию, террору, провокациям по этническим мотивам и использованию военной силы. Эти действия начались с нападений на азербайджанское население, как в Нагорно-Карабахском регионе Азербайджана, так и в самой Армении, и вылились в открытую военную агрессию Армении против Азербайджана с 1991 года, а кульминацией стали жестокие убийства тысяч азербайджанских мирных жителей, изгнание около 1 миллиона коренных азербайджанцев из их домов, как в Армении, так и на оккупированных территориях Азербайджана, а также масштабные разрушения и разграбления захваченных районов.
Армянское руководство, армянские шовинистические идеологи и экстремистские организации, осуществляющие кампанию против Азербайджана, в своем стремлении «оправдать» насильственные методы достижения этой цели, такие как массовое перемещение коренного населения Азербайджана, проживающего в Армении, отделение Нагорного Карабаха от Азербайджана, реализация Арменией политики незаконной оккупации и аннексии в отношении Азербайджана, начиная с конца 80-х годов спланировали и воплотили в жизнь этническую конфронтацию между армянами и азербайджанцами в различных регионах Азербайджана.
Этнические столкновения в феврале 1988 года в Сумгаите стали кульминацией таких преднамеренных провокаций.
В Сумгаите, расположенном в 30 километрах от Баку, проживало более пятнадцати разных национальностей. В 1988 году их количество составляло 258 000 человек и около 18 000 человек были этническими армянами. До февраля 1988 года и по сей день, в Сумгаите никогда не было этнического конфликта. Сумгаит продолжает развиваться как многонациональный и многоконфессиональный город, как и другие азербайджанские города.
26 февраля центральная сумгаитская площадь была заполнена людьми, протестующими против убийства армянами 22 февраля 1988 года 2 азербайджанцев в Нагорно-Карабахском регионе Азербайджана. С помощью армянских экстремистов, эта акция протеста вылилась в массовые беспорядки.
Для расследования беспорядков Генеральная Прокуратура СССР возбудила уголовное дело, создала специальную оперативно - следственную группу, возглавляемую следователем по особо важным делам Владимиром Галкином, которая состояла из 231 следователя и такого же числа оперативников из различных частей СССР. Как выяснилось при расследовании Генеральной Прокуратуры СССР, беспорядки стоили жизни 32 человек, 26 из которых были армянами, а 6 азербайджанцами. Согласно вынесенному приговору, 92 человек были приговорены к длительному тюремному заключению, один из которых был приговорен к смертной казни.
Однако, расследование, проведенное Генеральной Прокуратурой СССР, выявило, и суд вынес приговор только лишь части участников беспорядков. В результате давления со стороны политического руководства СССР и Комитета государственной безопасности СССР расследование не было доведено до логического конца, его организаторы и заказчики не были идентифицированы.
Для выявления истинной сущности этого преступления, которое Генеральная Прокуратура СССР обошла молчанием, как проявление сильной политической воли Азербайджана, по поручению Президента Азербайджанской Республики Ильхама Алиева, и решением Генерального прокурора Азербайджанской Республики от 19 марта 2010 года, в связи с массовыми беспорядками, и пятью приостановленными уголовными делами Генеральной Прокуратуры СССР, было решено их возобновить, объединив в одно уголовное дело, и поручить расследование следственной группе, учрежденной первым заместителем Генерального прокурора, состоящей из следователей и оперативников Прокуратуры, Министерства Внутренних Дел и Государственной Службы Безопасности.
Оценка и анализ многочисленных материалов, собранных этим следствием подтвердил, что беспорядки в Сумгаите были провокацией против Азербайджана, организованной армянскими спецслужбами и Комитетом Государственной Безопасности СССР. Армянские идеологи и поддерживающие их представители высших эшелонов власти СССР, понимали всю несостоятельность незаконного отделения Нагорного Карабаха от Азербайджана на основе Советской Конституции. Поэтому прибегли к провокациям и осуществлению полной этнической чистки азербайджанского населения Армении и дискредитации Азербайджана, оправдывая свои действия идеей якобы «невозможностью дальнейшего совместного сосуществования» армян и азербайджанцев.
Осуществление Службами Госбезопасности СССР этой провокации, было обусловлено намерением усилить напряжение в советской периферии, и прекратить их интенсивные центробежные устремления, оправдать дальнейшие репрессивные методы и продемонстрировать, что: «Советские Республики не смогут выжить в одиночку без сильной централизованной власти СССР». Подобные беспорядки и провокации имели место в Оше (Кыргызстан), Фергане (Узбекистан), Тбилиси (Грузия), Вильнюсе (Литва) и в других Республиках Советского Союза.
Несмотря на то, что накануне и во время беспорядков в самом Сумгаите и вокруг города было достаточно личного состава и техники Внутренних войск МВД СССР и Министерства Обороны. Однако с их стороны не было предпринято никаких превентивных мер, чтобы взять ситуацию под контроль.
Нападения на квартиры и другие жестокие действия проводились в соответствии с заранее подготовленным планом и списком армян жителей Сумгаита, под руководством и командованием Эдуарда Григоряна, ранее неоднократно судимого, тоже армянина и жителя Сумгаита. Армяне, которые подверглись нападениям, были те, кто отказывался выплачивать пожертвования тайным армянским организациям "Крунк" и "Карабах".
Отличившийся особой жестокостью по отношению к армянам во время массовых беспорядков Э.Григорян, был опознан и осужден в деле сестер Меджлумян, которых он же изнасиловал. Э. Григорян был приговорен судом к тюремному заключению. После развала СССР он был переведен в тюрьму в Армении, и при подозрительных обстоятельствах был немедленно освобожден.
Согласно текущему расследованию он обвиняется в преднамеренном убийстве при отягчающих обстоятельствах, групповом изнасиловании и других тяжких преступлениях, по решению суда в отношении его была выбрана мера пресечения в виде ареста, он был объявлен в розыск в Интерпол. Его нынешний адрес был идентифицирован оперативными средствами и поставлен в известность общественности. Однако Э.Григорян, находящийся под опекой разведывательных служб Армении, проживает свою жизнь на свободе в третьей стране.
Следственные материалы, в очередной раз, продемонстрировали, что если бы не гуманизм и смелость азербайджанского населения Сумгаита, масштабы беспорядков были бы большими в соответствии с планами организаторов этой провокации. Армянские очевидцы свидетельствуют о том, что десятки армян были спасены и защищены азербайджанскими семьями во время беспорядков.
Несмотря на особый надзор и цензуру фото-видео материалов в советскую эпоху, съемка и фотографирование событий осуществлялись с предварительно установленным регистрирующим оборудованием и эти материалы сразу же были вывезены из территории СССР. Позже эти фото и видео материалы широко использовались и распространялись армянскими лоббистскими организациями как часть антиазербайджанской пропаганды.
Хотя, события в Сумгаите используются Арменией и ее лоббистскими организациями как преднамеренная пропаганда и дезинформация против Азербайджана, благодаря мерам, предпринятым Азербайджанским Государством, объективным и фактическим следственным материалам, неопровержимыми и многочисленными фактами было доказано, что эти беспорядки были реализованы армянскими националистами и их покровителями, которые совершались ради достижения своих коварных целей.
В настоящее время для выявления и судебного наказания для всех организаторов и исполнителей массовых беспорядков в Сумгаите, и поддерживающих их сил, следственные группы продолжают проводить комплексные следственно - оперативные действия.
Более подробную информацию о событиях в Сумгаите можно найти по этим ссылкам:
http://www.mfa.gov.az/files/file/Sumgayit_events.pdf
http://www.prokurorluq.gov.az/sumqayit/index.php