news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 21 iyun 2021

No:242/21, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin nazir Ceyhun Bayramovun BMT-nin Sivilizasıyalar Alyansının ali nümayəndəsi Migel Angel Moratinos ilə görüşünə dair məlumatı

2021-ci ilin 21 iyun tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və BMT-nin Sivilizasıyalar Alyansının ali nümayəndəsi Migel Angel Moratinos arasında görüş baş tutub.

Ali nümayəndəni səmimiyyətlə salamlayan nazir Ceyhun Bayramov Azərbaycan ilə Alyans arasında qarşılıqlı faydalı əməkdaşlığın olduğunu diqqətə çatdırıb. Bu əməkdaşlığın genişləndirilməsində maraqlı olduğumuz bildirilib.

Ali nümayəndənin bölgəyə son səfərindən sonra bir çox dəyişikliyin baş verdiyini nəzərə alaraq, Nazir qarşı tərəfə bölgədə mövcud olan cari vəziyyət, ərazilərin genişmiqyaslı dağıntılara məruz qalması, ərazilərin tarixi-mədəni, dini irsinin yerlə yeksan edilməsi, gündəlik əsasda insan həyatına təhlükə yaradan mina məsələsi, habelə ərazilərin yenidən qurulması üçün görülən işlər barədə danışıb.

İşğal faktorunun aradan qaldırılması ilə iki ölkə arasında münasibətlərin normallaşdırılması şansının yarandığı, bunun əsasında isə beynəlxalq hüququn suverenlik, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığı prinsiplərinə ciddi riayət edilməsinin durduğu qeyd edildi.

Ali nümayəndə Migel Angel Moratinos BMT Baş katibinin əsas siyasi-təhlükəsizlik aləti qismində çıxış edən Alyansın fəaliyyət istiqamətləri barədə məlumat verdi. O, Azərbaycanın Alyansa verdiyi dəstəyin yüksək qiymətləndirildiyini qeyd etdi. Alyansın Azərbaycan ilə pandemiya sonrası əməkdaşlıq planlarının geniş olduğu diqqətə çatdırıldı.

Görüşdə, həmçinin qaqşılıqlı maraq doğuran digər məsələlər müzakirə edildi.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti