news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 05 iyul 2021

No:258/21, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin nazir Ceyhun Bayramovun Türkmənistan xarici işlər naziri Rəşid Meredovla telefon danışığına dair məlumatı

3 iyul 2021-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Türkmənistan xarici işlər naziri Rəşid Meredov ilə telefon danışığı baş tutub.

Nazirlər iki ölkə arasındakı əməkdaşlıq gündəliyi üzrə, o cümlədən ənənəvi dostluq münasibətlərinin daha da möhkəmləndirilməsi ilə bağlı aktual məsələlərə dair fikir mübadiləsi aparıblar.

Nazirlər, həmçinin regional təhlükəsizlik, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Cari il keçirilməsi nəzərdə tutulan Azərbaycan, Türkmənistan, Türkiyə yüksək səviyyəli görüşünün əhəmiyyəti vurğulanıb.

Telefon danışığı zamanı, habelə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

 
Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti