news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 06 iyul 2021

No:259/21, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva KİV-in sualını cavablandırır

Sual: Bir müddət öncə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMTQAK) ölkəmizin azad olunmuş ərazilərinə missiyasının həyata keçirilməsi ilə bağlı razılığın əldə edildiyini qeyd etmişdiniz. BMTQAK missiyasının həyata keçirilməsi ilə bağlı hər hansı yeniliklər varmı?

Cavab: Doğru qeyd etdiniz ki, Azərbaycan tərəfi və BMTQAK arasında aparılmış müzakirələr nəticəsində BMTQAK-ın ölkəmizin münaqişənin təsirinə məruz qalmış ərazilərinə missiyasının həyata keçirilməsi ilə bağlı razılıq əldə edilmişdir. Ümumiyyətlə vurğulamaq istərdik ki, Azərbaycan humanitar missiyaların həyata keçirilməsi ilə bağlı beynəlxalq hüquq prinsiplərini, xüsusilə də dövlət suverenliyi prinsipini rəhbər tutaraq beynəlxalq missiyaları öz ərazisində qəbul etməyə hazırdır. Bu xüsusda, BMTQAK missiyasının azad olunmuş ərazilərimizə həyata keçirilməsi ilə bağlı təşkilatdan konkret məlumatın təqdim edilməsini gözləyirik. Bir daha vurğulamaq istərdik ki, Azərbaycan beynəlxalq hüquq prinsipləri əsasında BMTQAK missiyasını qəbul etməyə hazırdır.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti