news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 02 iyun 2023

No:299/23, Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Fransa Prezidenti tərəfindən Azərbaycan və Ermənistan liderləri arasında Kişinyov görüşünün nəticələrinə dair yayılmış bəyanat barədə yerli mətbuatın sualına cavabı

Sual: 1 iyun tarixində Kişinyov şəhərində Azərbaycan və Ermənistan liderləri arasında Fransa Prezidenti Emmanuel Makron və Almaniya Kansleri Olaf Şoltsun iştirakı ilə keçirilmiş görüş nəticəsində Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel mətbuata açıqlama edib. Şarl Mişel ilə yanaşı Fransa Prezidenti də görüşün nəticələri barədə mətbuata bəyanat yayıb. Fransa Prezidenti tərəfindən verilmiş bu bəyanata münasibətinizi öyrənmək istərdik.

 

Cavab: Məlum olduğu kimi, Kişinyovda Avropa Siyasi İcması sammiti çərçivəsində Azərbaycan Respublikasının Prezidenti və Ermənistanın Baş naziri arasında Aİ Şurasının Prezidenti Şarl Mişelin, Fransa Prezidentinin və Almaniya Kanslerinin iştirakı ilə görüşün yekunları üzrə mətbuata açıqlama ənənəyə uyğun olaraq Brüssel formatının təşkilatçısı kimi Şarl Mişel tərəfindən verilib.

 

Daha sonra, Fransa Prezidenti tərəfindən birtərəfli qaydada görüş barədə verilmiş açıqlama tərəflərin mövqeyini əks etdirmir və təhrif edir.

 

Əfsuslar olsun ki, Fransa tərəfindən belə davranışın sərgilənməsi ilk hal deyil və bu, Azərbaycanla Ermənistan arasında sülh prosesinə, bölgədə sülh və sabitliyə heç də müsbət töhfə vermir.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti