news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 22 noyabr 2021

No:451/21, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin nazir Ceyhun Bayramovun Beynəlxalq Türk Mədəniyyət Təşkilatının (TÜRKSOY) Baş katibi Düsen Kaseinov ilə görüşünə dair məlumatı

22 noyabr 2021-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov Beynəlxalq Türk Mədəniyyət Təşkilatının (TÜRKSOY) Baş katibi Düsen Kaseinov ilə görüşüb.

 

Tərəflər, Azərbaycan və TÜRKSOY arasında faydalı əməkdaşlıq və təşkilatın türk xalqlarının ortaq mədəniyyətinin təşviqi istiqamətində gördüyü işlər üzrə ümumi fikir mübadiləsi aparıblar.

 

Baş katib Düsen Kaseinov Azərbaycanda “Nizami İli”nin elan olunması ilə əlaqədar təşkilat tərəfindən həyata keçirilən tədbirlər barədə məlumat verib və dahi şair və mütəfəkkir Nizami Gəncəvinin yaradıcılığına həsr edilmiş tədbirlərin gələn ilin mart ayınadək davam ediləcəyini söyləyib.

 

Baş katib Düsen Kaseinov TÜRSOY tərəfindən nəşr edilmiş, Nizami Gəncəvi yaradıcılığına həsr olunmuş kitabı və “Nizami xatirə nişanı”nı nazir Ceyhun Bayramova təqdim edib.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti