news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 24 noyabr 2021

No:453/21, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin nazir Ceyhun Bayramovun Finlandiya Respublikasının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri ilə görüşünə dair məlumatı

24 noyabr 2021-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov Finlandiya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Kirsti Narineni qəbul etdi.

Nazir Ceyhun Bayramov Finlandiyadan olan həmkarı ilə BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində baş tutan görüşə istinad edərək, ölkələrimiz arasında münasibətlərinin inkişafı perspektivlərini qeyd etdi. İki ölkənin XİN-ləri arasında siyasi məsləhətləşmələrin keçirilməsinin əhəmiyyəti ifadə olundu.

Səfir Kristi Narine Azərbaycan Respublikasının Prezidenti ilə çox maraqlı görüşün keçirildiyini qeyd etdi. O, həmçinin Milli Məclisdə Finlandiya ilə Dostluq Qrupunun üzvləri ilə keçirillən görüşə məmnunluqla istinad etdi. Səfir Finlandiyanın bölgədə sülhün bərqərar olmasında maraqlı oduğunu və bu xüsusda, bölgənin sülh şəraitində gələcək inkişafına töhfə verməyə hazır olduğunu bildirdi.

Görüşdə tərəflər iki ölkənin iqtisadi, enerji, ətraf mühit, təhsil sahələrində qarşılıqlı əlaqələrinin inkişafı imkanlarını müzakirə etdilər.

Tərəflər, həmçinin regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi apardılar.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti