news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 17 dekabr 2021

No:512/21, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin nazir Ceyhun Bayramovun Belarus Respublikasının xarici işlər naziri Vladimir Makey ilə telefon danışığına dair məlumatı

17 dekabr 2021-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Belarus Respublikasının xarici işlər naziri Vladimir Makey ilə telefon danışığı baş tutub.

Tərəflər, Azərbaycan və Belarus arasında əməkdaşlıq gündəliyinin aktual məsələləri ətrafında fikir mübadiləsi aparıblar. İkitərəfli əməkdaşlığın inkişafı perspektivlərini müzakirə ediblər.

Nazir Vladimir Makey, Şərq Tərəfdaşlığının 6-ci Zirvə görüşü nəticəsində qəbul olunan Birgə Bəyannamədə Belarusla bağlı bəndə dair Azərbaycanın nümayiş etdirdiyi beynəlxalq hüquqa əsaslanan konstruktiv yanaşmaya görə təşəkkürünü ifadə edib.

Nazirlər, həmçinin regional vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparıblar.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti