Ödənişli yollardan istifadə ilə bağlı Bolqarıstanda yeni sistemin tətbiqinə başlanılması
1 mart 2020-ci il tarixindən etibarən Bolqarıstanda ödənişli yollar boyunca texniki cəhətdən icazə verilən maksimum kütləsi 3,5 tondan çox olan nəqliyyat vasitələri gedilən məsafəyə uyğun yoldan istifadə (toll) haqqı ödəməlidir. Həmin sistem (toll) ağır yük maşınları və avtobuslar üçün e-vinyeti əvəz edir. Bu məqsəd üçün peyk texnologiyasından istifadə olunur. Qaydalara görə 1 km məsafə üzrə yol haqqı yol nəqliyyat vasitəsinin icazə verilən maksimum kütləsi, ekoloji sinifi və yolun kateqoriyasına görə müəyyən olunur.
Tariflər haqqında www.bgtoll.bg saytında məlumat yerləşdirilmişdir. Sürücülər ödənişlər haqqında məlumatı əldə etmək üçün saytın “Toll” bölməsindəki kalkulyatordan istifadə edə bilirlər. Ödəniş haqqının tətbiq edildiyi nəqliyyat vasitələri haqqında məlumat Əlavə 1-də və ödənişli yolların başlanğıc işarəsi Əlavə 2-də əks olunmuşdur.
Ödəniş
Yolların ödənişli hissələrindən istifadə üçün aşağıdakı iki üsuldan biri seçilə bilər:
- marşrut xəritəsindən (www.bgtoll.bg saytında yerləşdirilmişdir) istifadə etməklə öncədən nəqliyyat marşrutunun bəyanı və səyahətə başlamadan əvvəl qiymətləndirmə;
- milli xidmət təminatçısı ilə imzalanmış müqavilə ilə yerləşdirilmiş qurğu və ya əvvəlcədən quraşdırılmış GPS izləmə cihazı vasitəsi ilə keçid marşrutunun oxunması.
- Marşrut xəritəsi
Marşrut xəritəsi əvvəlcədən ödənilən xidmətdir. Gediləcək marşrutun başlanğıc və son nöqtəsi və istənilən dörd aralıq nöqtə seçilir. Nəqliyyat vasitəsi sistemdə qeydiyyatdan keçməyibsə, alışdan sonrakı gün saat 23:59-dək və elektron poçtla qeydiyyatdan keçilibsə 7 günə öncəsinədək aktivləşdirilə bilər. Sürücü, marşrut xəritəsinin aktivləşdirilməsindən 24 saat ərzində seçilmiş nöqtələri izləyərək, göstərilən marşrutu keçməlidir.
Marşrut xəritəsi e-vinyetləri təklif edən www.bgtoll.bg saytı, BGTOLL mobil tətbiqetmələri, BGTOLL loqosu ilə işlənmiş özünə xidmət ödəniş terminalları[1] (Əlavə 3) və ölkənin 27 regional yol idarəsində yerləşdirilmiş sayğaclardan əldə oluna bilər. www.bgtoll.bg veb saytında və BGTOLL mobil tətbiqetməsində ehtiyac duyulan məlumatlar 7 dildə - ingilis, alman, serb, türk, rus, rumın və yunan dillərində yerləşdirilmişdir.
- Milli xidmət təminatçıları ilə müqavilə əsasında qiymətləndirmə
Müqavilə pullu xidmət təklif edən ödənişli xidmət təminatçıları ilə bağlanıla bilər. Bununla, hər bir yük maşını və ya avtobus üçün gedilən ödənişli yolları bildirmək məqsədilə sabit qurğu təmin olunur. Ödənişin şərtləri müqavilənin tələblərindən asılı olur.
Əgər nəqliyyat vasitəsində GPS izləmə qurğusu varsa ondan qiymətləndirmə üçün istifadə oluna bilər. Ancaq qurğunu təmin edən şirkətlə milli xidmət təminatçılarından birinin müqaviləsinin olub-olmaması yoxlanılmalıdır. Əgər varsa, müvafiq şirkətlə müqavilə bağlana bilər. Quraşdırılmış cihazlardan və GPS izləmə qurğularından istifadə üçün BR-in Yol İnfrastruktur Agentliyinin tərəfdaşları ilə əlaqə saxlanılması məqsədəuyğundur. Bu barədə www.bgtoll.bg veb saytında məlumat mövcuddur.
Nəzarət
Nəqliyyat vasitəsi ödənişli yollarda hərəkət edərkən əvvəlcədən alınmış marşrut xəritəsi olmadıqda, müvafiq cihaz quraşdırılmadıqda, etibarlı GPS izləmə qurğusu ilə təchiz olunmadıqda və ya eyni qurğular real vaxt rejimində məlumat vermədikdə elektron sistem pozuntu barədə məlumat verəcəkdir. Sürücüyə mobil toll nəzarət siqnalı verildikdə, BR-in Yol hərəkəti haqqında qanununun 167a maddəsinin 2-ci bəndinin 1-ci yarım bəndinə uyğun olaraq nəqliyyat vasitəsi saxlanılmalıdır. Bu zaman, nəzarət orqanları sürücüdən kompensasiya məbləğini ödəməyi təklif edirlər. Həmin məbləğ POS terminal əsasında debit kart vasitəsilə yerində ödənilə bilər. Ödənişin olunması qanun pozuntusuna görə müəyyən inzibati cəzadan yayınmağa imkan verir (Kompensasiya məbləğləri barədə Əlavə 4-də məlumat verilmişdir).
Sürücü kompensasiya haqqı ödəməkdən imtina edərsə, inzibati xətaya görə cərimə edilir. Səyahətin davam etdirilməsi üçün isə maksimum toll haqqı ödənilməlidir. Məbləğ nəqliyyat vasitəsinin texniki icazə verilən maksimum kütləsi və ətraf mühit kateqoriyasından asılı olacaqdır. Belə olan halda, kompensasiya haqqı 14 gün ərzində bank köçürməsi ilə ödənilə bilər. Bu zaman sürücüyə tətbiq olunmuş inzibati xətaya dair cərimə nömrəsinin ödəniş tapşırığında əksinin tapmasına diqqət yetirilməlidir. Əgər bu olmazsa, qaydanı pozmuş sürücü haqqında cəza qərardatı çıxarılır və cərimə olunur.
Gedilən məsafəni müəyyən etmək üçün elan olunan məlumatın yoxluğunda sürücü 1800 BGN cərimə olunur (BGN– Bolqarıstanın milli pul vahididir. 1 avro təqribən 1.95 BGN-dir). Yanlış təqdim olunan məlumatlara görə - məsələn nəqliyyat vasitəsinin emissiya sinfi, kateqoriyası və ya yük oxlarının sayı haqqında doğru məlumat verilmədikdə nəqliyyat vasitəsinin sahibi 2500 BGN məbləğində cərimə olunur.
Elektron sistem pozuntuları avtomatik aşkar edərsə və yolda sürücü toll nəzarəti tərəfindən saxlanılmazsa, poçt vasitəsilə nəqliyyat sahibinə elektron qaimə göndərilir. Kompensasiya haqqının bank köçürməsi vasiəsilə ödənilməsi üçün 14 gün müddət verilir. Əks