Xoş gəlmisiniz!
Sizi Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı səfirliyi adından salamlayıram. Azərbaycan Respublikasının səfiri qismində Azərbaycan hökumətini və xalqını Bolqarıstan kimi rəngarəng bir ölkədə təmsil etməkdən böyük şərəf hissi duyuram.
SSR-nin süqutundan sonra dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikasının suverenliyini tanımış ilk ölkələr sırasında yer alan Bolqarıstan Respublikası 1992-ci ilin 5 iyun tarixində Azərbaycan Respublikası ilə diplomatik əlaqələr qurmuşdur.
İki ölkə arasında strateji tərəfdaşlıq səciyyəsi daşıyan münasibətlər qarşılıqlı etimad və bərabərhüquqlu əməkdaşlığa əsaslanmış və dinamik siyasi dialoq, iqtisadi, humanitar, mədəniyyət, idman, təhsil, elm və digər sahələrdə yüksələn xətlə inkişaf etməkdədir.
Ümidvaram ki, internet səhifəmizdən bəhrələnməklə mədəniyyətlərin və sivilizasiyaların qovşağında yerləşən və füsunkar təbiəti ilə seçilən Azərbaycan Respublikasının zəngin tarixi və mədəniyyəti, daxili və xarici siyasəti, dayanıqlı inkişafı, turizm potensialı, eləcə də Azərbaycan-Bolqaristan əməkdaşlığı haqqında maraqlı məlumatlar əldə edə biləcəksiniz.
Hörmətlə,
Səfir Hüseyn Hüseynov