news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 09 noyabr 2024

8 Noyabr - Zəfər Günü Bolqarıstanda qeyd edilib

Zəfər Günü Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı səfirliyinin kollektivi Sofiya şəhərinin Vrana parkında “8 noyabr Zəfər Günü” münasibətilə inşa edilmiş Xarı-Bülbül gül kompozisiyasını ziyarət ediblər.

Zəfər Bayramı Azərbaycan diasporunun nümayəndələrinin, həmçinin Azərbaycanın Bolqarıstanlı dostlarının iştirakı ilə Azərbaycan Respublikasının Bolqarıstandakı səfirliyində qeyd olunub. Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Bolqarıstandakı səfiri Hüseyn Hüseynov xalqımızın qürur mənbəyi olan bu şanlı qələbənin tarixindən və əhəmiyyətindən bəhs edərək, Ermənistanın otuz ilə yaxın davam edən hərbi işğal dövründə yerlə yeksan etdiyi ərazilərdə Azərbaycanın apardığı iri miqyaslı yenidənqurma işlərinin bu torpaqların əsl sahiblərinin kim olduğunu bariz şəkildə göstərdiyini bildirib. Bayram tədbirində ulu öndər Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi uzaq görən siyasət, həmçinin şəhid və qazilərimizin canı və qanı hesabına əldə edilmiş tarixi qələbədən bəhs edən videoçarxlar nümayiş etdirilib. 

Bununla yanaşı, Zəfər Günü münasibətilə Azərbaycan Respublikasının Bolqarıstandakı səfirliyi və Müqəddəs Kliment Ohridski adına Sofiya Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi tərəfindən  “Şərq mədəniyyəti və dilinin inkişafında Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşanın rolu” mövzusu üzrə Bolqarıstan tələbələri və gəncləri arasında inşa müsabiqəsi elan edilib.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti