Bolqarıstan Prezidenti təyyarə qəzası ilə əlaqədar Azərbaycana başsağlığı verib
Dekabrın 25-də Bakı–Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları”na məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması və çox sayda insanın həyatını itirməsi və ya xəsarət alması ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə dekabrın 26-sı Azərbaycanda matəm günü elan olunub. Bu məqsədlə, Azərbaycan Respublikasının Bolqarıstandakı səfirliyində bayraqlar endirilib, eyni zamanda, səfirlikdə başsağlığı kitabı açılıb.
Başsağlığı qeydləri elektron qaydada sofia@mission.mfa.gov.az ünvanında da qəbul edilir.
Faciə ilə əlaqədar Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev və Bolqarıstanın Azərbaycandakı səfirliyi Azərbaycana başsağlığı veriblər.
Linklər - President of Bulgaria offers condolences Embassy of Bulgaria gives condolences