news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 08 noyabr 2025

Bolqarıstanda 8 Noyabr - Zəfər Günü qeyd olunub

8 Noyabr - Zəfər Günü münasibətilə Bolqarıstan Respublikasında bir sıra tədbirlər həyata keçirilib.

Sofiya şəhərində Zəfər Günü Azərbaycan diasporunun nümayəndələri, diplomatlar, həmçinin Azərbaycanın Bolqarıstanlı dostlarının iştirakı ilə təntənəli şəkildə qeyd olunub.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Bolqarıstandakı səfirliyinin müvəqqəti işlər vəkili Çingiz Qəribli Ermənistanın işğalçılıq və etnik təmizləmə siyasətinə qarşı Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin peşəkar rəhbərliyi ilə Azərbaycan ordusunun qazandığı parlaq qələbənin siyasi-tarixi əhəmiyyətini vurğulayaraq, qələbədən sonra Azərbaycanın hər zaman olduğu kimi sülh və regional əməkdaşlıq siyasətini bərqərar etdiyini, eləcə də Azərbaycanın Böyük Qayıdış strategiyası çərçivəsində azad olunmuş ərazilərdə həyata keçirdiyi irimiqyaslı bərpa-quruculuq işlərinin azərbaycanlıların öz doğma torpaqlarına qayıdışına imkan verdiyini diqqətə çatdırıb.

Sofiya Universitetində fəaliyyət göstərən Bakı Slavyan Universitetinin Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin rəhbəri Sofiya Şıqayeva-Mitreska, Azərbaycan diasporunun nümayəndələrindən Sabir Quliyev və Nərgiz Əhmədova Ermənistan işğalının Azərbaycan xalqına vurduğu maddi və mənəvi zərbələrdən danışaraq, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında xalqımızın həmrəyliyi ilə Azərbaycan ordusunun möhtəşəm zəfər əldə etməsinin, habelə Azərbaycan dövlətinin azad olunmuş torpaqlarda apardığı yenidənqurma fəaliyyətlərinin Azərbaycanın gələcəyi baxımından xüsusi əhəmiyyətini qeyd ediblər.   

Zəfər Günü tədbirində Azərbaycan dövləti və xalqının birliyi və fədakarlığı nəticəsində əldə olunmuş tarixi qələbədən bəhs edən videoçarx nümayiş etdirilib.

Erməni təcavüzkarlığına qarşı Azərbaycan xalqının əldə etdiyi şanlı Zəfərlə bağlı məlumatlar Bolqarıstan mətbuatında geniş işıqlandırılıb. Məlumatlarda daim sülhsevər siyasət həyata keçirən Azərbaycanın erməni təcavüzünü dəf etmək məqsədilə apardığı müharibədə qalib gələrək torpaqlarını azad etdiyi, bununla da regionda sülh və əməkdaşlıq imkanı yaratdığı oxucuların nəzərinə çatdırılıb. 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti