news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 30 yanvar 2025

Sofiya şəhərində keçirilən Beynəlxalq Film Festivalı çərçivəsində Azərbaycan kinosu gecəsi təşkil olunub

Yanvarın 29-da Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçirilən 17-ci MENAR Beynəlxalq Film Festivalı çərçivəsində Azərbaycan kinosu gecəsi təşkil olunub. Azərbaycanın Bolqarıstandakı səfirliyinin fəal dəstəyi ilə keçirilən tədbirdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təqdim etdiyi bədii film, həmçinin 20 Yanvar faciəsinə həsr olunmuş sənədli film nümayiş etdirilib.

Tədbirdə çıxış edən Azərbaycanın Bolqarıstandakı səfiri Hüseyn Hüseynov 20 Yanvar faciəsinin Azərbaycan tarixinin həm qəmli, həm də şanlı səhifəsi olduğunu, Sovet imperiyasının Azərbaycan xalqının istiqlaliyyət iradəsini qıra bilmədiyini və 20 Yanvar hadisələrinin Azərbaycanın milli müstəqilliyinə qovuşduran yol olduğunu vurğulayaraq, məhz ümummilli lider Heydər Əliyevin cəsarətli siyasi iradəsi nəticəsində 20 Yanvar faciəsinə zəruri siyasi-hüquqi qiymətin verildiyini diqqətə çatdırıb.

Tədbirdə Bolqarıstanın dövlət rəsmiləri, yerli ictimai-siyasi, elm və mədəniyyət xadimləri, diplomatik korpusun nümayəndələri, jurnalistlər, həmçinin Azərbaycan icmasının nümayəndələri iştirak ediblər.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti