Ümumi məlumat

Xarici ölkələrdə daimi və müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşlarının konsulluq uçotuna alınması və xarici ölkələrdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikası vətəndaşlarının qeydiyyatı onların hüquqlarının dövlət tərəfindən müdafiəsinin tam şəkildə təmin edilməsi, qanuni maraqlarının və təhlükəsizliklərinin qorunması məqsədilə aparılır.

 

Azərbaycan Respublikası vətəndaşlarının konsulluq uçotuna alınması və ya uçotdan çıxarılması zamanı onların pasportlarında heç bir qeyd aparılmır. Vətəndaş arzu etdiyi təqdirdə onun konsulluq uçotuna alınması və ya uçotdan çıxarılması barədə konsulluq tərəfindən arayış verilir.

Arxiv üzrə axtarış