VVAQ haqqında təkrar şəhadətnamələrin verilməsi

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarında və ya Qeydiyyat şöbəsinin və konsulluq idarəsinin yaş kağızı kitablarında vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinə əsasən Bolqarıstan Respublikasında daimi/müvəqqəti yaşayan Azərbaycan Republikası vətəndaşlarına onların ərizəsi əsasında arzusu nəzərə alınmaqla, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamə və ya arayış verilir.

 

Tələb olunan sənədlər(buradan yüklənə bilər);

 

  • Müvafiq təkrar şəhadətnamə üzrə ərizə:
  • Ərizə verən şəxsin şəxsiyyətini təsdiq edən sənəd;
  • Ərizə verən şəxsin  Bolqarıstan Respublikasında daimi/müvəqqəti yaşadığını təsdiq edən sənəd(lər);
  • Ölənlər barəsində təkrar şəhadətnamənin alınması üçün qohumluq münasibətlərini təsdiq edən sənədlər (doğum, nikah haqqında şəhadətnamələr).

 

İştirak etməli olan şəxslər

 

  • Barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının qeydi tərtib olunmuş şəxsin özü;
  • Yetkinlik yaşına çatmayanlar barəsində onların valideynləri, övladlığa götürənlər, qəyyumları və ya qəyyumluq və himayə orqanları; tərbiyə, müalicə və əhalinin sosial müdafiəsi orqanları;
  • Ölənlər barəsində - onların qanuni varisləri;
  • Notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında səlahiyyətli şəxslər.

 

Dövlət rüsumu

 

  • Əgər ilkin şəhadətnamə Azərbaycan Respublikasının Bolqarıstan Respublikasından alınmışsa “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının 2001-ci il tarixli Qanununun 16.3.5-ci maddəsinə əsasən 40 ABŞ dolları rüsum aşağıda məlumatları qeyd olunan bank hesabına köçürülməli və ödəniş haqqında qəbz digər sənədlərlə birlikdə Səfirliyin Konsulluq bölməsinə təqdim edilmədir:

 

BANK:   FIBANK

IBAN №: BG83FINV91501004553912

  • Əgər ilkin şəhadətnamə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri tərəfindən verilmişdirsə:
  • Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının 2001-ci il tarixli Qanununun 16.4-cü maddəsinə əsasən sənədlərin sorğu əsasında alınmasına görə 25 ABŞ dolları konsulluq rüsumu aşağıda məlumatları qeyd olunan bank hesabına köçürülməli və ödəniş haqqında qəbz digər sənədlərlə birlikdə Səfirliyin Konsulluq bölməsinə təqdim edilmədir;

 

BANK:   FIBANK

IBAN №: BG83FINV91501004553912

  • 2 AZN dövlət rüsumu aşağıda məlumatları qeyd olunan ünvana ödənilməli və qəbz digər birlikdə Səfirliyin Konsulluq bölməsinə təqdim edilmədir:

             B1. Benefisiar (alan bank)

             Dövlət Xəzinədarlıq Agentliyi

             Kod: 210005

             VOEN: 1401555071

             Müxbir hesab: AZ41NABZ01360100000000003944

             SWIFT BIK: CTREAZ 22

 

             B2. Alan müştəri

             Bakı şəhər Vergilər Departamenti

             Hesab nömrəsi: AZ17CTRE00000000000002117131

             VOEN: 1400305751

 

Arxiv üzrə axtarış