Ümumi məlumat

Bolqarıstan Respublikasında daimi və ya müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşlarının vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı Səfirliyinin konsulluq və viza şöbəsi tərəfindən aparılır.

Konsulluq və viza şöbəsi öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verir.

Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, bir qayda olaraq Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı Səfirliyinin konsulluq və viza şöbəsinin yerləşdiyi binada (otaqda) həyata keçirilir.

Arxiv üzrə axtarış