İlk dəfə pasport alan vətəndaşlar

Tələb olunan sənədlər

 

  • Ərizə-anket (18 yaşı tamam olmuş vətəndaş üçün buradan yüklənə bilər), (18 yaşı tamam olmamış vətəndaş üçün buradan yüklənə bilər);
  • Ümumvətəndaş pasportunun rəsmiləşdirilməsi məqsədilə vətəndaşın Səfirliyə ünvanlanmış ərizəsi (buradan yüklənə bilər);
  • Şəxsiyyət vəsiqəsi (15 yaşı tamam olmamış uşaqlar üçün şəxsiyyət vəsiqəsi olmadığı təqdirdə ilk öncə fərdi identifikasiya nömrəsi üçün müraciət olunmalıdır. Bunun üçün 15 yaşı tamam olmamış şəxsin qanuni nümayəndəsi tərəfindən Səfirliyə ərizə (buradan yüklənə bilər) ilə müraciət olunmalı və uşağın doğum haqqında şəhadətnaməsi təqdim olunmalıdır. Fərdi identifikasiya sorğusuna cavab gəldikdən sonra, pasport alınması üçün aşağıdakı sənədlər toplanaraq Səfirliyə təqdim olunur);
  • 3x4 ölçüdə iki ədəd (donuq-matoviy) rəngli fotoşəkil (başları örpəkli qadınların fotoşəkilləri qəbul olunmur)
  • Bolqarıstan Respublikasında daimi/müvəqqəti yaşayış hüququnu təsdiq edən sənəd;
  • Qan qrupu haqqında tibbi arayış (0-15 yaş uşaqlar üçün şəxsiyyət vəsiqəsi olmadıqda təqdim olunur);
  • 18-35 yaşlı kişi cinsindən olan müraciətçilər üçün hərbi bilet (əgər hərbi xidmətdə olmamışsa hərbi komissarlıqdan qeydiyyatdan çıxış haqqında arayış təqdim olunmalıdır);
  • 18 yaşı tamam olmamış şəxsin doğum haqqında şəhadətnaməsi;
  • 18 yaşı tamam olmamış şəxsin valideynlərinin razılıq ərizəsi (buradan yüklənə bilər)
  • 18 yaşı tamam olmamış şəxsin valideynlərinin şəxsiyyətini təsdiq edən sənədlər;
  • 18 yaşı tamam olmamış şəxs valideyn himayəsindən məhrum olmuşsa övladlığa götürənin, himayəçinin və ya qəyyumun razılıq ərizəsi;
  • 18 yaşı tamam olmamış şəxs valideyn himayəsindən məhrum olmuşsa övladlığa götürənin, himayəçinin və ya qəyyumun hüquqlarını təsdiq edən sənədlər;
  • 18 yaşı tamam olmamış şəxs valideyn himayəsindən məhrum olmuşsa övladlığa götürənin, himayəçinin və ya qəyyumun şəxsiyyətini təsdiq edən sənədlər.

 

 

İştirak etməli olan şəxslər

 

  • 18 yaşından yuxarı vətəndaşın şəxsən özu;
  • 18 yaşı tamam olmamış vətəndaşın özü və valideyinləri/himayəçiləri.

 

 

Dövlət rüsumu

 

  • “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının 2001-ci il tarixli Qanununun 16.1.1-ci maddəsinə əsasən, ümumvətəndaş pasportunun alınması məqsədilə sənədlərin səfirlikdə və ya konsulluqda tərtib edilib göndərilməsinə görə 25 ABŞ dolları məbləğində dövlət rüsumu alınır.
    Ödəniş aşağıda məlumatları qeyd olunan bank hesabına köçürülməli və ödəniş haqqında qəbz digər sənədlərlə birlikdə Səfirliyin konsulluq və viza şöbəsinə təqdim edilməlidir.

 

         BANK:   FIBANK

         IBAN №: BG83FINV91501004553912

  • Aşağıda qeyd olunmuş yaşa uyğun müvafiq dövlət rüsumu onlayn olaraq (http://www.bpqmi.gov.az/?/az/menu/25/) və ya  ərizəçinin qohumu/nümayəndəsi tərəfindən şəxsən Azərbaycanda Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə ödənilməli və ödəniş haqqında qəbzin əsli və ya surəti digər sənədlərlə birlikdə Səfirliyin konsulluq və viza şöbəsinə təqdim edilməlidir.

 

            0-1 yaş üçün15 manat
            1-3 yaş üçün 25 manat
            3-18 yaş üçün 35 manat
            18 yaşı tamam olmuş şəxs üçün 60 manat

 

Arxiv üzrə axtarış