Ölümün qeydə alınması

Ölüm haqqında məlumat Səfirliyin Konsulluq və Viza Şöbəsinə ölümün baş verdiyi və ya meyitin tapıldığı vaxtdan 10 (on) gündən gec olmayaraq verilməlidir.

 

Tələb olunan sənədlər

 

  • Ölən şəxsin yaxını tərəfindən ərizə (buradan yüklənə bilər);
  • Ölən şəxsin yaxınının şəxsiyyətini müəyyən edən sənəd;
  • Ölüm faktını təsdiq edən sənəd (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı);
  • Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (Bu halda ölümün qeydə alınması yalnız qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır);
  • Ölən şəxsin şəxsiyyətini təsdiq edən sənədlər;
  • Ölən şəxs hərbi vəzifəli və ya çağırışçı olduqda hərbi bilet (hərbi xidmətlə bağlı olan sənədlər).

 

İştirak etməli olan şəxslər

 

  • Ölmüş şəxsin qohumları;
  • Ölümün baş verdiyi təşkilatın müdiriyyəti;
  • Notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər səlahiyyətli şəxslər.

Dövlət rüsumu 

 

  • Ölümün qeydə alınması üçün dövlət rüsumu tutulmur.

 

Qeyd: Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir.

 

Arxiv üzrə axtarış