Nikahın qeydə alınması

Bolqarıstan Respublikasında Azərbaycan Respublikasının vətəndaşı nikaha daxil olduqda, nikahın qeydə alınması Səfirliyin Konsulluq və Viza Şöbəsi tərəfindən həyata keçirilir.

 

Tələb olunan sənədlər

 

  • Nikaha daxil olmağı arzu edən şəxslərin yazılı ərizələri (buradan yüklənə bilər);
  • Nikaha daxil olmağı arzu edən şəxslərin şəxsiyyətini təsdiq edən sənədlər;
  • Nikaha daxil olmağı arzu edən şəxslərin Bolqarıstan Respublikasında daimi/müvəqqəti yaşamasını təsdiq edən sənədlər;
  • Subaylıq haqqında arayış (son 6 ayda alınmış);
  • Əvvəllər nikahda olmuş şəxslər nikahın pozulması haqqında şəhadətnaməni (surətini) və ya ərinin/arvadının ölüm şəhadətnaməsini (surətini), yaxud nikahın etibarsız sayılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini və ya ondan çıxarışı;
  • Nikah yaşına çatmayan şəxsin (qızlar və oğlanlar üçün 18 yaş müəyyən olunmuşdur) nikah yaşının azaldılmasına icazə verilməsi barədə rayon (şəhər) icra hakimiyyətinin sərəncamı;
  • Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçdiklərini təsdiq edən arayış;

 

İştirak etməli olan şəxslər

 

  • Nikaha daxil olmağı arzu edən şəxslər;
  • Nikaha daxil olmağı arzu edən şəxslərin şahidləri.

 

Dövlət rüsumu

 

  • 10 ABŞ dolları konsulluq rüsumu aşağıda məlumatları qeyd olunan bank hesabına köçürülməli və ödəniş haqqında qəbz digər sənədlərlə birlikdə Səfirliyin Konsulluq və Viza Şöbəsinə təqdim edilmədir.

 

BANK:   FIBANK


IBAN №: BG83FINV91501004553912

 

Müraciət edilməsi qaydası

 

Nikaha daxil olmağı arzu edən Azərbaycan Respublikası vətəndaşı (vətəndaşları) konsulluqlara şəxsən ərizə ilə müraciət etməlidirlər. Konsulluğun vəzifəli şəxsi nikahın bağlanması haqqında ərizəyə dərkənar yazmaqla ona icazə verir.

 

Müraciətə baxılma müddəti

 

Nikah konsulluq tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin iştirakı ilə bu barədə ərizə verildiyi gündən 1 aydan tez olmayaraq bağlanır.

 

Aşağıdakı göstərilən üzrlü səbəblər olduqda nikahın bağlanma müddəti konsulluq tərəfindən azaldıla və ya 1 aydan çox olmayan müddətə uzadıla bilər:

1)    təcili olaraq uzunmüddətli ezamiyyətə getmə;

2)    daimi yaşamaq üçün başqa yerə köçmə;

3)    birgə uşaqların olması;

4)    nikaha daxil olmaq istəyən qadının hamilə olması;

5)    evlənənlərin və ya onların yaxın qohumlarının ağır xəstəliyi;

6)    hərbi xidmətə çağırılma;

7)    digər hallarda.

 

Yuxarıda göstərilən hallar müvafiq sənədlərin (ezamiyyə vərəqəsi, tibb arayışı, doğum haqqında şəhadətnamə və s) konsulluğa təqdim edilməsi ilə təsdiq edilməlidir.

 

Xüsusi hallarda (hamiləlik, birgə uşağın olması, nikaha daxil olmaq istəyən şəxslərin hər ikisinin yaşının 50-dən yuxarı olması və ya digər hallarda) nikah ərizə verilən gün bağlana bilər.

 

Qeyd: Nikaha daxil olmağı arzu edən şəxslər müəyyən olunmuş vaxtda gəlmədikdə və gəlməməyin səbəbi üzrlü hesab edilmədikdə nikahın qeydə alınması haqqında ərizə ləğv edilir. Nikaha daxil olmağı arzu edən şəxslər fikirlərini dəyişmədikdə yenidən ərizə verməlidirlər. Konsulluq isə nikahı qeydə almaq üçün yenidən 1 aylıq müddət müəyyən etməlidir.

 

Evlənmək istəyən şəxslər nikahı təntənəli şəraitdə bağlamaq hüququna malikdirlər. Bundan başqa nikaha daxil olmağı arzu edən şəxslərin müraciətinə əsasən nikah toy mərasimində qeydə alına bilər.

 

Arxiv üzrə axtarış