İşğal olunmuş ərazilərinə səyahət etmək istəyənlərə xəbərdarlıq

Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə səyahət etmək istəyən xarici ölkə vətəndaşlarına xəbərdarlıq

Səfirlik Azərbaycan Respublikasının Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərinə səfər etmək istəyən bütün xarici ölkələrin vətəndaşlarına xatırladır ki, Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindən davam edən işğal səbəbi ilə sözügedən ərazilər müvəqqəti olaraq Azərbaycan Respublikasının nəzarəti xaricindədir.

Azərbaycan Respublikasının razılığı olmadan beynəlxalq səviyyədə Azərbaycanın tərkib hissəsi kimi tanınan yuxarıda qeyd edilmiş ərazilərə hər hansı səfər Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün, milli qanunvericiliyin, həmçinin beynəlxalq norma və prinsiplərin pozulması hesab edilir.

Bununla əlaqədar olaraq, Səfirlik bütün xarici ölkə vətəndaşlarını Azərbaycan Respublikasının Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərinə səfərdən çəkinməyə çağırır.

Səfirlik xatırladır ki, Azərbaycan Respublikasının icazəsi olmadan işğal olunmuş ərazilərə səyahət edən şəxslər Azərbaycan Respublikası ərazisinə buraxılmayacaqdır.

Arxiv üzrə axtarış